İran “Oracle”ı hədəf aldı
Icma.az, Qafqazinfo saytına istinadən bildirir.
İranın Strateji Xarici Əlaqələr Şurasının rəhbəri Kamal Xaraziyə və onun həyat yoldaşına qarşı həyata keçirilən hücuma cavab olaraq, Birləşmiş Ərəb Əmirliklərində yerləşən ABŞ şirkətinə məxsus infrastruktur hədəfə alınıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə İran İnqilab Keşikçiləri Korpusu açıqlama yayıb.
Qeyd olunub ki, ABŞ-nin “Oracle” şirkətinə aid məlumat mərkəzi və İT infrastrukturu hədəf seçilib.
Bildirilir ki, bundan əvvəl general Fətəli Zadəyə qarşı törədilmiş sui-qəsdə cavab olaraq ABŞ-nin “Amazon” şirkətinin bulud hesablama infrastrukturu məhv edilib.
İran tərəfi vurğulayıb ki, ölkə vətəndaşlarına qarşı həyata keçirilən hücumlara cavab olaraq, ABŞ və İsrail ittifaqı ilə əlaqəli hesab edilən informasiya texnologiyaları və süni intellekt sahəsində fəaliyyət göstərən qurumlar hədəf alınacaq.
Xatırladaq ki, aprelin 1-də ABŞ və İsrailin İrana qarşı həyata keçirdiyi hücumlar zamanı Kamal Xarazinin Tehrandakı iqamətgahı vurulub. Hadisə nəticəsində keçmiş xarici işlər naziri ağır yaralanıb, onun həyat yoldaşı isə həyatını itirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:107
Bu xəbər 03 Aprel 2026 06:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















