İran ordusu: ABŞ la danışıqlar uğursuz olarsa, uzunmüddətli müharibəyə hazırıq
Icma.az, Bizimyol portalına istinadən məlumat yayır.
Bizimyol.info "trthaber"ə istinadən xəbər verir ki, dövlət televiziyasına müsahibə verən Ekreminiya hərbi və diplomatik proseslə bağlı fikirlərini bölüşərək qeyd edib ki, atəşkəs İranın mövqeyi sayəsində qarşı tərəfə qəbul etdirilib.
“İran qətiyyətli mövqeyi ilə düşməni atəşkəsi qəbul etməyə məcbur etdi. Danışıqların əsasını və mərkəzini İranın şərtləri təşkil edir”, - deyə o bildirib. Bununla belə, prosesə ehtiyatla yanaşdıqlarını vurğulayan sözçü: “Danışıqların uğurla nəticələnəcəyinə ümid edirik, lakin uğursuz olacağı halda uzunmüddətli müharibəyə də hazırıq”, - deyə əlavə edib.
Qarşı tərəfə etimadsızlıq məsələsinə də toxunan Ekreminiya 2015-ci ildə imzalanmış nüvə sazişini xatırladaraq: “Düşmən nüvə razılaşması prosesində etibarlı olmadığını göstərdi. Əvvəlki iki danışıqlar mərhələsində də eyni mövqeni sərgiləyib”, - deyə general qeyd edib.
O bildirib ki, İranın hərbi hazırlıqları davam edir: “Gözümüz düşmənin üzərindədir, barmağımız isə tətiyin üstündədir” deyib.
Ekreminiya həmçinin parlamentin Hörmüz boğazından keçidlərə görə ödəniş tətbiqini nəzərdə tutan qanun layihəsinə də toxunaraq: “Parlamentin qərarı ilə Hörmüz boğazının nəzarətə götürülməsi bu müharibədə İran üçün iqtisadi fayda gətirən bir qazanc olacaq”, - deyə qeyd edib.
Qadir, Bizimyol.info
Baxış sayı:192
Bu xəbər 09 Aprel 2026 16:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















