İran ordusu: Mübarizəmiz düşmən peşman olana qədər davam edəcək
Icma.az, Turkstan.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
"İran gələcək hücumların qarşısını almaq üçün düşməni peşman edəcək səviyyəyə çatdırana qədər mübarizəni davam etdirəcək”.
Turkustan.az xəbər verir ki, yarımrəsmi Fars Xəbər Agentliyinin məlumatına görə, bu sözləri İran Ordusunun sözçüsü,briqada generalı Məhəmməd Əkrəminiya bildirib. Əlavə edib ki, ABŞ–İsrail ittifaqının İrana qarşı müharibədə qarşıya qoyduğu məqsədlərə nail ola bilmədiyini qeyd edib.
O vurğulayıb ki, qarşı tərəf faktiki olaraq məğlub vəziyyətdədir və hərbi əməliyyatların davam etdirilməsi düşməni səmimi peşmançılıq hiss edəcəyi nöqtəyə çatdırmaq məqsədi daşıyır. Onun sözlərinə görə, bu yanaşma emosional deyil, strateji və rasional əsaslara söykənir.
Əkrəminiya əlavə edib ki, belə bir nəticə gələcəkdə müharibənin təkrarlanmasının qarşısını almaq üçün vacibdir. O qeyd edib ki, bu səviyyəyə çatdıqda çəkindirmə gücü əhəmiyyətli dərəcədə artacaq və düşmən bir daha İrana qarşı hərəkət etməyə cəsarət etməyəcək.
Aytən Yaşar/ Turkustan.az
Baxış sayı:120
Bu xəbər 06 Aprel 2026 20:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















