İran Paşinyanı hədələdi: “Ayağını sındırarıq”
Icma.az, Modern.az portalına istinadən məlumatı açıqlayır.
İranın Ali Rəhbərinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti Ermənistanın “Tramp marşrutu” (TRIPP) layihəsini dəstəkləməsini sərt tənqid edib və Tehranın bu məsələ ilə bağlı mövqeyinin dəyişməz olduğunu bildirib.
Modern.az xəbər verir ki, bu barədə Vilayəti “Baş nazirə açıq və səmimi müraciət” adlı məqaləsində yazıb.
O, Ermənistanın baş naziri Nikol Paşinyanın siyasətini tənqid edərək bildirib ki, “Tramp marşrutu”nun qəbul edilməsi Ermənistan xalqı üçün utancverici addımdır.
Vilayəti xatırladıb ki, İran Zəngəzur dəhlizinin yaradılmasına qarşıdır və bu mövqe ölkənin ali rəhbərliyinin müəyyən etdiyi “qırmızı xətt”dir.
O, Ermənistanın Tehrandakı səfirinə də xəbərdarlıq etdiyini bildirib:
“Tramp və müttəfiqləri İranın bu "qırmızı xətti"ni keçmək istəsələr, onların ayaqlarını sındırarıq”.
Vilayəti qeyd edib ki, İran Rusiya ilə və ya Rusiyasız Cənubi Qafqazın təhlükəsizliyini qorumağı öz məsuliyyəti hesab edir.
Onun sözlərinə görə, Paşinyanın son addımları Ermənistanın Azərbaycan, İran və Türkiyə ilə münasibətlərini qeyri-sabit və proqnozlaşdırılmaz vəziyyətə salır.
Qeyd edək ki, Ermənistan parlamenti ötən həftənin sonunda “Tramp marşrutu” layihəsinin tikintisi ilə bağlı təklifi təsdiqləyib. Vilayəti bu qərarı Paşinyan hökumətinin nəticəsiz və Ermənistanın maraqlarına zidd addımı kimi qiymətləndirib.
Baxış sayı:96
Bu xəbər 05 Noyabr 2026 16:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















