İran Prezidenti: Biz ABŞ, Avropa və İsraillə tammiqyaslı müharibədəyik
Icma.az, Cebheinfo portalına istinadən məlumat verir.
ABŞ, İsrail və Avropa faktiki olaraq İrana qarşı müharibə aparır.
"Cebheinfo.az" xəbər verir ki, "Report"un məlumatına görə, bu fikri İran Prezidenti Məsud Pezeşkian ali dini lider Ayətullah Əli Xameneinin saytında dərc olunmuş müsahibəsində ifadə edib.
"Mənim fikrimcə, biz Amerika, İsrail və Avropa ilə tammiqyaslı müharibə vəziyyətindəyik. Onlar istəmirlər ki, ölkəmiz möhkəm şəkildə ayaqda dursun", – deyə o bildirib.
Pezeşkianın sözlərinə görə, İranın hərbi qüvvələri əvvəlki hücumlar zamanı olduğundan xeyli güclənib. O əlavə edib ki, yeni zərbələr olacağı təqdirdə, Tehran "daha qətiyyətli cavab" verməyə hazırdır.
Eyni zamanda, İslam Respublikasının Prezidenti qeyd edib ki, İran qonşu ölkələrlə, o cümlədən mədəniyyət və iqtisadiyyat sahəsində münasibətləri əhəmiyyətli dərəcədə yaxşılaşdırıb. Bu kontekstdə o, Azərbaycanı, Özbəkistanı, Türkiyəni, BƏƏ-ni və digər ölkələri xatırladıb.
Pezeşkian əlavə edib ki, İran Çin, Rusiya, Qazaxıstan, Qırğızıstan və Tacikistanla "çox yaxşı münasibətlər" qurub.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:38
Bu xəbər 27 Dekabr 2025 23:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















