Icma.az
close
up
RU
İran prezidenti: İsrailin istənilən hərbi hücumuna hazırıq, lazım gələrsə... Biz təhdidləri qəbul etmirik...

İran prezidenti: İsrailin istənilən hərbi hücumuna hazırıq, lazım gələrsə... Biz təhdidləri qəbul etmirik...

Mia.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Qətərin "Əl-Cəzirə" kanalına müsahibə verən İran prezidenti Məsud Pezeşkian açıqlamaları ilə dünya mediasının diqqətini çəkib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, o, müsahibəsində ölkəsinə İsrail və ABŞ tərəfndən iyunakı 12 günlük hücumdan danışıb.

Məsud Pezeşkian İsrailin İrana o zaman hücumına daha sərt cavab verdiklərini iddia edib: "İsrailin istənilən hərbi hücumuna hazırıq. Güclərimiz lazım gələrsə, İsrailin dərlniklərini yenidən vurmağa qadirdir. İsrail bizə qarşı hücumlar etdi, biz də güclü şəkildə cavab verdik. Onlaırn çox dərin hədəflərini vurduq, sadəcə bunları dünyadan və xalqlarından gizlədirlər".

Pezeşkian bildirib ki, 12 günlük hücumda İsrailin planı fərqli olub: "İsrail İran hökumətini məhv edərək ölkəmizi dağıdıb yox etməyə çalışdı, amma bacarmadılar. Təbii ki, bəzi sızmalar oldu, lakin bunda əsas rolu ABŞ texnologiyası oynadı. ABŞ texnologiyası olmasaydı, çox zəif qalardılar. Əlbəttə, biz müharibə istəmirik. Ancaq biz yalnız atəşkəsə güvənə, müdafiəsiz qala bilmərik. Özümüzü güclü şəkildə müdafiə etmək üçün hazırlıqlı olacağıq. İsrail raket hücumlarımızın təsirini dediyim kimi, gizlətməyə çalışır, lakin bu rejimin müharibəni dayandırma tələbi baş verənlərin arxa planını açıq şəkildə ortaya qoyur. İRAN təslim olmayıb və olmayacaq. Bunu hər kəs bilsin. Bu, məlum faktdır. Bununla belə, biz diplomatiya və dialoqa inanan bir ölkəyik".

İran prezidenti qeyd edib ki, müharibə zamanı region ölkələri görünməmiş səviyyədə onlara güclü dəstək verib: "Qaldı nüvə silahı mövzusuna, buna sahib olmaq bizim siyasi, dini, humanitar və strateji mövqeyimizə ziddir. Lakin beynəlxalq hüquq çərçivəsində torpaqlarımızda uranın zənginləşdirilməsi fəaliyyətləri davam edəcək. Bununla bağlı potensial danışıqlarda qazan-qazan yanaşması ilə hərəkət edəcəyik. Biz təhdidləri və əmrləri qəbul etmirik. ABŞ prezidenti Donald Tramp deyir ki, İranın nüvə silahı olmamalıdır. Biz bunu Trampın dediyi üçün deyil, liderimizin - Ayətullah Əli Xameneinin fətvası olduğu üçün qəbul edirik. Nüvə proqramımızın bitmədiyini söyləmək bir illüziyadır. Bu, hansısa obyetdə deyil, alimlərimizin beynindədir"

Tahir Şəlvəli
MİA.AZ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:125
embedMənbə:https://mia.az
archiveBu xəbər 23 İyul 2025 16:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see263

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see245

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see236

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see234

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see233

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see219

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see210

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see195

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see186

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see184

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see184

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see177

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see167

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see160

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see159

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see158

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see156

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see154
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri