Icma.az
close
up
RU
İran Prezidentinin Azərbaycana səfəri yeni başlanğıca səbəb ola bilər AÇIQLAMA

İran Prezidentinin Azərbaycana səfəri yeni başlanğıca səbəb ola bilər AÇIQLAMA

Demokrat.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

İran Prezidenti Məsud Pezeşkian Azərbaycana səfər edəcək. Səfərin bu ay baş tutması nəzərdə tutulub. Bu, M.Pezeşkianın İran Prezidenti vəzifəsində Azərbaycana ilk səfəri olacaq.  
Mövzu ilə bağlı politoloq İlyas Hüseynov Demokrat.az-a açıqlamasında bildirib ki, Azərbaycanla İran arasında mehriban qonşuluq siyasətinin inkişaf etdirilməsi, tarixi, dini münasibətlərin nəzərə alınması ilə dövlətlərarası münasibətlərin dərinləşdirilməsi mühüm aktualıq kəsb edir:
“Bu xüsusda İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana səfəri də hesab edirəm ki, ikitərəfli münasibətlərin inkişafına xidmət edəcəkdir. Bizim İranla həm də bir sıra energetika və kənd təsərrüfatı sahəsində də münasibətlərimiz var. Bu yaxınlarda “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının istifadəyə verilməsi də çox mühüm hadisəyə çevrilmişdir. Təəssüflər olsun ki, İran Prezidenti İbrahim Rəisi faciəvi helikopter qazasında həyatını itirdi. Yeni Prezident Pezeşkian  Azərbaycana səfəri də bir tərəfdən aktualıq ilə seçilir, digər tərəfdən münasibətlərə yeni dinamizm qata bilər”.
Politoloq qeyd edib ki, bu günə qədər İran və Azərbaycan arasında olan münasibətlərdə olan müxtəlif ziddiyyətləri aradan qaldırmaq üçün də yaxşı fürsətdir:
“Eyni zamanda “3+3” platformasının dayanıqlı olması, sabitlik, təhlükəsizlik, iqtisadi-ticari münasibətlər baxımından da bu səfəri nəzərdən keçirmək olar. 
Eyni zamanda İran və Azərbaycan arasında siyasi gündəlikdə hər zaman prioritet olan məsələ kənar güc mərkəzlərinin regiona müdaxilə etməməsidir. 
Bakı ilə Tehran bu mövqedən çıxış edir.  Yəni, ümumiyyətlə düşünürəm ki, bu səfər mühüm hadisələrlə yadda qalacaq və bu səfər yeni bir başlanğıca səbəb ola bilər”. 
Leyla Turan
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:130
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 02 Aprel 2025 11:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see172

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see167

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see154

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see145

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see143

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see141

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see138

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see135

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see133

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see132

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see131

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see129

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see128

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see127

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri