İran Prezidentinin qızı: Azərbaycanda bacı qardaşlarım ilə görüşməkdən böyük məmnunluq duyuram
Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bakı, 23 dekabr, AZƏRTAC
Bu diyara gəlmək və Azərbaycanda bacı-qardaşlarım ilə görüşməkdən böyük məmnunluq duyuram.
AZƏRTAC xəbər verir ki, bu sözləri İran İslam Respublikasının Prezidentinin qızı Zəhra Pezeşkian “Rəqəmsal mühitdə uşaqların müdafiəsi: Müasir alətlər və beynəlxalq əməkdaşlıq” mövzusunda Bakıda keçirilən beynəlxalq konfransda söyləyib.
Bir müddət əvvəl atası, İran Prezidenti Məsud Pezeşkian ilə birlikdə Bakıya və Xankəndiyə səfər etdiyini xatırladan Zəhra Pezeşkian bunu müsəlman və qonşu ölkələr olan İran və Azərbaycan arasında dostluğun, dərin mənəvi bağlılığın göstəricisi adlandırıb.
“Tarixi, mədəni və dini baxımdan ortaq köklərə və dəyərlərə malik olan bu iki ölkə üçün ailə institutunun qorunması əsas və ortaq dəyərlərdən biridir və xalqlarımızın qəlbində xüsusi yer tutur. Biz İslam baxışına əsasən qadını gözəlliyin və ləyaqətin təcəssümü hesab edirik və ona ailənin, mədəniyyətin və tərbiyə sisteminin mərkəzində mühüm, formalaşdırıcı rol veririk", - Z.Pezeşkian vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:70
Bu xəbər 23 Dekabr 2025 13:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















