İran regionda sabitliyin bərqərar olması üçün Yaxın Şərqdə yeni struktur yaratmağı təklif edir
Hurriyyet portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
İranın vitse-prezidenti Zərif regionda sabitliyin yaradılması və regional oyunçular arasında əməkdaşlığın gücləndirilməsi üçün Yaxın Şərqdə Müsəlman Qərbi Asiya Dialoq Assosiasiyası (MWADA) adlı yeni strukturun yaradılmasını təklif edib. O, bu barədə “The Economist” jurnalında yazıb.
Onun fikrincə, yeni təşəbbüs Yaxın Şərqdəki bütün müsəlman ölkələri - Bəhreyn, Misir, İran, İraq, İordaniya, Küveyt, Livan, Oman, Qətər, Səudiyyə Ərəbistanı, Suriya, Türkiyə, BƏƏ və Yəmən kimi ölkələri ümumi din, kollektiv təhlükəsizlik və müdaxilə etməmək prinsipi ilə ortaq platforma əsasında birləşdirilməlidir.
O qeyd edib ki, MWADA-nın əsas prioritetləri Qəzza zolağında, Livanda, Suriyada, Yəməndə mövcud bütün böhranların həlli və qeyri-regional oyunçuların kənar müdaxilələrinə qarşı mübarizə olmalıdır.
Ülviyyə, Hurriyyet.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:116
Bu xəbər 24 Dekabr 2024 15:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















