Icma.az
close
up
RU
İran rəhbərliyi parçalanıb: SEPAH ABŞ la danışıq tərəfdarlarını RƏDD EDİR

İran rəhbərliyi parçalanıb: SEPAH ABŞ la danışıq tərəfdarlarını RƏDD EDİR

Modern.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

İran hakimiyyətində, xüsusilə danışıqlar aparan nümayəndə heyəti ilə ordu – İnqilab Keşikçiləri Korpusu (SEPAH) arasında ciddi fikir ayrılığı yaranıb və bu, ABŞ-la razılaşma əldə etmək imkanlarını çətinləşdirir.
Parlamentin sədri Məhəmməd Baqir Qalibaf, prezident Məsud Pezeşkian, xarici işlər naziri Abbas Əraqçi ABŞ-la münaqişəni danışıqlar yolu ilə həll etməyə üstünlük verdiyi halda, SEPAH generalları başda Əhməd Vahidi olmaqla buna qarşı çıxırlar.
Modern.az-ın məlumatına görə, “Əl-Cəzirə” yazır ki, bu barədə ABŞ rəsmiləri prezident Donald Trampın atəşkəs üçün əlavə vaxt verməsi fonunda danışıblar.

ABŞ rəsmilərindən biri “Axios” saytına bildirib ki, İran daxilində danışıqlar aparan tərəflərlə hərbi qurum arasında “tam parçalanma” var və hər iki tərəf “az ünsiyyət quran” kimi təsvir edilən ali rəhbər Müctəba Xameneiyə çıxış əldə edə bilmir.

O əlavə edib ki, hazırkı Ali Milli Təhlükəsizlik Şurasının katibi Məhəmməd Baqir Zolqədr sələfi Əli Laricani ilə müqayisədə kifayət qədər effektiv deyil. Laricani daha böyük siyasi nüfuza malik idi və SEPAH-la  siyasi rəhbərlik arasında koordinasiyanı daha yaxşı təmin edə bilirdi, Zolqədrdə isə bu xüsusiyyətlər çatışmır.

ABŞ tərəfi bu parçalanmanı Pakistanın paytaxtı İslamabadda keçirilən danışıqların ilk raundundan sonra müşahidə edib. Həmin vaxt SEPAH komandanı Əhməd Vahidi və onun müavinləri İran nümayəndə heyətinin müzakirə etdiyi bir çox məsələləri rədd ediblər.

Məlumata görə, İranda geniş təsir gücünə malik olan SEPAH generalları Vaşinqtonla münasibətlər strategiyası ilə bağlı mülki danışıqlar aparanlarla açıq şəkildə fikir ayrılığı yaşayır. Bu fikir ayrılığı xarici işlər naziri Abbas Əraqçi Hörmüz boğazının yenidən açılmasını elan etdikdə ortaya çıxıb. Belə ki, SEPAH Hörmüz boğazının açılmasını həyata keçirməkdən imtina edib və hətta İnqilab Keşikçilərinin generalları açıq şəkildə Abbas Əraqçini tənqid etməyə başlayıblar.

“Axios” saytının 3 ABŞ rəsmisinə istinadən verdiyi məlumata görə, prezident Donald Tramp mövcud atəşkəsi əlavə olaraq 3–5 gün uzatmağa hazırdır. Onların sözlərinə görə, Trampın məqsədi İran daxilindəki rəqib qruplara vəziyyəti nizamlamaq və vahid mövqe ilə çıxış etmək üçün daha çox vaxt verməkdir.

Eyni zamanda İrana verilən əlavə möhlətin “açıq müddətli” olmayacağı da vurğulanıb.

“CNN” şəbəkəsi də mənbələrə istinadən eyni məlumatı yayıb və bildirib ki, prezident iranlılara diplomatiyanı yenidən bərpa etmək üçün vahid təklif hazırlamaq məqsədilə “məhdud müddət” verməyi planlaşdırır.

Rəsmilərin sözlərinə görə, Trampın komandası hesab edir ki, müharibəni bitirən və İranın nüvə proqramı ilə bağlı qalan problemləri həll edən razılaşmaya nail olmaq hələ də mümkündür. Lakin əsas problem, onların fikrincə, İran tərəfində yekun qərar vermək səlahiyyətinə malik vahid mərkəzin olmamasıdır.

Trampa yaxın mənbə bildirib ki, ABŞ prezidenti artıq hərbi gücdən istifadə etmək istəmir və müharibəni bitirmək qərarına gəlib.

Bir sıra ABŞ rəsmiləri və Trampa yaxın şəxslər belə qənaətə gəliblər ki, prezident hesab edir: ABŞ hərbi baxımdan mümkün olan maksimum nəticəni əldə edib və indi daxildə siyasi xərcləri artan, populyarlığı azalan bu müharibədən çıxmaq istəyir.
Mənbələr təsdiqləyiblər ki, Tramp müharibəni sona çatdırmağa çalışır və yalnız bütün digər alternativlər tükəndikdən sonra yenidən hərbi variantı nəzərdən keçirə bilər.

Pakistan mənbələrinə görə, ABŞ və İran arasında ikinci danışıqlar raundu yaxın günlərdə - cümə günü baş tuta bilər.
Xatırladaq ki, aprelin 11-12-də baş tutan İslamaabad danışıqlarında ​İran nümayəndə heyətində  ​Məhəmməd Baqir Qalibaf (parlament sədri), ​Abbas Əraqçi (xarici işlər naziri), ​Məcid Taxt-Rəvançı (xarici işlər nazirinin müavini), ​Məhəmməd Baqir Zolqədr (Ali Milli Təhlükəsizlik Şurasının katibi) təmsil olunub.


A.Qorxmaz

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:157
embedMənbə:https://modern.az
archiveBu xəbər 23 Aprel 2026 12:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see373

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see286

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see284

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see281

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see280

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see274

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see273

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see255

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see252

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see247

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see243

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see241

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see236

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see224

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see216

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see216

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see215

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see198

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see191

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri