Icma.az
close
up
RU
İran rejiminin “halvası” BİŞİR Çənbər daralır, BELƏ getsə...

İran rejiminin “halvası” BİŞİR Çənbər daralır, BELƏ getsə...

Icma.az, Moderator.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Dünən Naxçıvana xain hücumla İran antiislam rejimi öz mahiyyətini dünyaya bir daha göstərdi. Onsuz da bilirdik.

Erməni işğalçıları ilə, məscidlərimizi yerlə bir edənlərlə, salamat qalan Allah evlərində isə donuz saxlayanlarla dostluqlarından bilirdik. Xocalı soyqırımına laqeyd münasibətlərindən, on illərlə ərazimizdəki separatçı- terrorçulara hər cür dəstək verib qayğı göstərmələrindən bilirdik. “Su axar çuxurunu tapar”...

Amma indi aqoniya vəziyyətində hara gəldi raket atır, dron göndərir. Mülki obyektləri, məktəbləri hədəf alır. Özü də barmaqla sayılacaq tərəfdaşlarının və onun halına acıyan havadarlarının sayını günü-gündən azaltmaqla...

“Beynəlxalq hüquq ABŞ-ın avantürist hərəkətləri ilə məhv edilir. Venesuelada hərbi əməliyyat, indi isə İranda”.

Bunu rusiyalı hərbi analitik İqor Korotçenko deyib.

Digər rusiyalı politoloq Marat Başiriv isə iddia edib ki, əgər İran daha bir həftə dözsə, ona beynəlxalq dəstək artacaq və bu, ABŞ üçün məğlubiyyət olacaq, eyni zamanda, bu, guya Rusiya və Çinin maraqlarına işləyəcək...

Əvvəla, 2-ci Dünya savaşından sonra beynəlxalq hüququ ilk dəfə və nümayişkaranə şəkildə məhz Rusiya ayaqaltı edib. 2008-də Gürcüstana girməklə, 2014-də Krımı işğal eləməklə. Nəhayət, 5-ci ildir Ukraynaya qarşı işğalçı müharibə aparmaqla. “Kor kora kor deməsə”, o məsələ.

İrana beynəlxalq dəstəyə gəlincə, bu da absurd gözləntidir. Nəyə görə ona beynəlxalq dəstək olmalıdır? Regional və beynəlxalq sülhə ən böyük hədənin qaynağı elə İranın özü deyil?..

Ritorik suallardır təbii ki. Gerçək belədir ki, Şimali Koreya, diktator Kim Çen İn xaric, heç bir dövlət fars rejiminə açıq dəstək ifadə etməyib, ona hərbi kömək göstərməyə hazır olduğunu bəyan etməyib.

İkincisi, fevralın 28-dən etibarən dünyanın heç bir ölkəsində İran rejiminə dəstək aksiyaları keçirilməyib, keçirilmir və keçirilməyəcək də. Özəlliklə müsəlman dünyasında. Hamı ən yaxşı halda neytral qalmağa, obrazlı ifadə etsək, öz abır-həyasını gözləməyə çalışır.

Əksinə, bəşəriyyətin cismində ləkə olan bu kriminal rejim düşmənlərin sayını artırmaqdadır. Hətta onun yaxın keçmişdəki bütün pislikləri və yaramazlıqlarına rəğmən, mötədil mövqe tutan, ərazində heç bir xarici hərbi baza olmayan Azərbaycan kimi dövlətə İran diş atdı. Eləcə də qardaş Türkiyə və bir sıra ərəb-müsəlman ölkələrini bu rejim ağılsızcasına özünə düşmənə çevirməkdədir...

Bu arada molla rejimi üçün pis xəbərlər artmağa başlayıb. Azərbaycan dünəndən İran üçün şimal-cənub nəqliyyat dəhlizini bağlayıb. Ardınca xəbər gəlib ki, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Tehranın ölkə ərazisinə hücumlarına cavab olaraq BƏƏ-də yerləşən İran aktivlərini dondurmağa hazırlaşır.

Bu haqda “The Wall Street Journal” qəzeti yazıb. Nəşrin məlumatına görə, belə bir addım atılarsa, İranın xarici valyutaya və beynəlxalq ticarət şəbəkələrinə çıxışı ciddi şəkildə məhdudlaşdırılacaq. Qəzetin mənbələrinə görə, BƏƏ nümayəndələri artıq İrana bu cür tədbirlərin mümkünlüyü barədə şəxsi kanallarla məlumat çatdırıblar.

O da məlum olub ki, İranın raket və PUA-larla həyata keçirdiyi hücumların intensivliyi cəmi bir neçə gün ərzində kəskin azalıb. Müxtəlif hərbi mənbələr və beynəlxalq media tərəfindən yayılan məlumatlara görə, hücumların sayında sürətli eniş müşahidə olunur və bu dinamika regiondakı müharibənin gedişinə dair mühüm ipucları verir.

Açıqlanan statistikaya əsasən, İranın hücumlarının miqyası günbəgün aşağı düşüb. Belə ki, fevralın 28-də İran tərəfindən 300-dən çox raket və pilotsuz aparat buraxıldığı bildirilir. Martın 1-də bu rəqəm təxminən 200-ə enib. Martın 2-də hücumların sayı 110–120 arasında dəyişib. Martın 3-də 70–80, martın 4-də 50–60, martın 5-də isə təxminən 30–40 raket və dron qeydə alınıb. Beləliklə, cəmi altı gün ərzində hücumların intensivliyi təxminən 7–8 dəfə azalıb.

Çənbər daralır. Belə getsə, İran rejiminin “halvası” gözlədiyimizdən də tez hazır olacaq... /Musavat.com/

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:136
embedMənbə:https://moderator.az
archiveBu xəbər 06 Mart 2026 12:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see288

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

03 Noyabr 2026 00:37see283

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

02 Noyabr 2026 23:42see279

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

02 Noyabr 2026 23:57see267

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see266

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see250

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see244

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see240

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see220

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see207

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see201

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see200

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see199

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see197

Hər şeyi qazanmaq və ən yaxşı olmaq istəyirəm Barselona nın futbolçusu

02 Noyabr 2026 23:34see195

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see191

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see180

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see178

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see176

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri