Icma.az
close
up
RU
“İran sərhədləri açmaq istəyirsə, əvvəlcə təhlükəsizliyi təmin etməlidir” DEPUTAT ŞƏRH ETDİ

“İran sərhədləri açmaq istəyirsə, əvvəlcə təhlükəsizliyi təmin etməlidir” DEPUTAT ŞƏRH ETDİ

Icma.az, Gununsesi portalına istinadən məlumatı açıqlayır.

Sentyabrın 18-də Ərdəbilə səfər edən İranın Azərbaycandakı səfiri Müctəba Dəmirçilu iki ölkə arasında sərhədlərin açılması və əməkdaşlığın genişləndirilməsi istiqamətində aparılan danışıqlarla bağlı açıqlama verib.

Səfir bildirib ki, Ərdəbil əyalətinin rəsmiləri ilə keçirilən görüşlərdə iqtisadi əlaqələrin genişləndirilməsi, o cümlədən dəmiryolu xətləri, sərhəd bazarları və birgə iqtisadi zonaların yaradılması kimi layihələr müzakirə olunub.

Görəsən, sərhədlərin yenidən açılması təhlükəsizlik baxımından hansı riskləri gətirə bilər və bu addım gələcəkdə iki ölkə arasındakı münasibətlərə necə təsir edəcək?

Gununsesi.info-ya danışan Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirib ki,  Azərbaycanın qonşu ölkələrlə quru sərhədlərinin bağlı olması bir sıra təhlükəsizlik təhdidləri ilə bağlıdır:

“Ötən dövr ərzində baş verən hadisələr göstərdi ki, sərhədlərin bağlı saxlanılması zəruri və aktual tədbir olmuşdur. Təhlükəsizliyin müxtəlif komponentləri nəzərə alınaraq quru sərhədləri bu günə qədər açılmayıb. Qonşu İranla sərhədlər bağlı olsa da, hər gün mətbuatda İrandan Azərbaycana narkotik vasitələrinin müxtəlif metod və üsullarla ötürülməsinə şahidlik edirik. Bu daşımalar dəniz və hava dronları vasitəsilə, həmçinin virtual məkanlarda yaradılmış əlaqələr vasitəsilə həyata keçirilir”.

Deputat vurğulayıb ki, İran Azərbaycana qarşı bir tiryək müharibəsi aparır və bu, ölkənin genefondu və gənclərin inkişafına ciddi mənfi təsir göstərir.

“Əgər İran Azərbaycanla sərhədlərin açılmasını istəyirsə, ilk növbədə ölkə daxilindəki narkotik tacirləri cəzalandırmalı və onların Azərbaycana narkotik ötürməsinin qarşısını almalıdır. Lakin İran bunun tam əksini edir. Bəzi daxili hüquq mühafizə orqanlarının qüvvələri bu fəaliyyətləri dəstəkləyir.

Əks təqdirdə, Azərbaycana gətirilən bütün narkotik vasitələr əsasən İran sərhədindən keçirilərək ölkəyə daxil olur”.

Hikmət Babaoğlu onu da qeyd edib ki, İran sərhədçiləri və hüquq mühafizə orqanları lazım olan tədbirləri görmədiklərinə görə, müxtəlif narkotik vasitələr asanlıqla Azərbaycan sərhədini keçə bilir.

“Ona görə ilk növbədə Azərbaycan mediasında yayılan statistikanı nəzərdən keçirib, narkotiklərin yayılmasını və onlarla mübarizəyə dair məlumatları analiz etməlidirlər. Bu narkotik müharibəsini təşkil edənləri aradan qaldırdıqdan sonra, mənə elə gəlir ki, İran sərhədlərini açmaq mümkündür”-deyə deputat fikirlərini yekunlaşdırıb.

Şəbnəm Rəhimova

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:45
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 19 Sentyabr 2025 17:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see187

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see164

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see159

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see158

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see158

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see152

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see148

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see143

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see141

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see136

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see136

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see135

SON DƏQİQƏ Siqaret satışı ilə bağlı QƏRAR VERİLDİ

22 Dekabr 2025 11:25see135

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see135

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see134

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see134

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see133

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see133

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see130

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri