Icma.az
close
up
RU
İran Silahlı Qüvvələrinin yeni Baş Qərargah rəisi kimdir? DOSYE

İran Silahlı Qüvvələrinin yeni Baş Qərargah rəisi kimdir? DOSYE

Modern.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi vəzifəsinə yeni komandan gətirilib.
İranın Ali Lideri Müctəba Xameneinin fərmanı ilə bu vəzifə general Əli Abdullahiyə həvalə olunub.
İran mətbuatı yazır ki, Ali Rəhbər Xameni (o, həm də Ali Baş Komandandır) komandirlərlə bağlı son təyinatlara imza atarkən onların döyüş meydanı təcrübəsinə və yüksəksəviyyəli idarəçiliyə xüsusi önəm verib.
Xameninin imzaladığı ayrı-ayrı fərmanlarla Silahlı Qüvvələrin altı komandiri və idarəçisi Silahlı Qüvvələrin Baş Qərargahı, İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) və Bəsic Təşkilatında müvafiq vəzifələrə təyin olunublar. Bu təyinatlar Silahlı Qüvvələrin müdafiə, əməliyyat və idarəetmə imkanlarını möhkəmləndirmək və artırmaq məqsədilə həyata keçirilib.


Müvafiq fərmanlara əsasən, SEPAH-ın general-mayoru Əli Abdullahi Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-mayor Kiumərs Heydəri isə Silahlı Qüvvələrin Baş Qərargah rəisinin müavini təyin edilib.

General-mayor Əhməd Vahidinin hərbi rütbəsi general-leytenantlığa qaldırılaraq İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) ali baş komandiri, general-leytenant Mustafa İzədi isə SEPAH komandirinin müavini vəzifəsinə gətirilib.

Növbəti fərmanlarla kontr-admiral Əli Özməi SEPAH Hərbi Dəniz Qüvvələrinin komandiri, Höccətül-islam vəl-müslimin Hüseyn Taib isə yarımhərbi Bəsic Təşkilatının rəhbəri təyin edilib.

Təyin olunan şəxslərin keçmişinə nəzər saldıqda görünür ki, onların böyük əksəriyyəti İran-İraq müharibəsi dövrünün veteran komandirləridir və Silahlı Qüvvələrin müxtəlif əməliyyat, qərargah, təhlükəsizlik və idarəetmə sahələrində təcrübəli rəhbər kadrlardır.
Qeyd edək ki, İranda Baş Qərargah rəisi kifayət qədər təhlükəli vəzifəyə çevrilib. Belə ki, son 14 ayda İran Silahlı Qüvvələrinin iki Baş Qərargah rəisi öldürülüb.

General-leytenant Məhəmməd Baqeri keçən ilin iyun ayında, onun ardınca general-leytenant Əbdülrəhim Musəvi isə bu ilin fevralında İsrail və ABŞ hücumları zamanı öldürülüblər.
Ali Lider Müctəba Xameni general Əli Abdullahi qarşısında silahlı qüvvələrin və xalq səfərbərliyinin müdafiə və təhlükəsizlik imkanlarının artırılması, mümkün təhdidlərə operativ cavab vermək imkanlarının yaradılması, həmçinin Silahlı Qüvvələrin Baş Qərargahı ilə "Xatəm əl-Ənbiyə" Mərkəzi Qərargahının birləşdirilməsi prosesinin tamamlanması kimi vəzifələr qoyub.
İran mənbələri yazırlar ki, 1959-cu il təvəllüdlü general-mayor Əli Abdullahi Silahlı Qüvvələrin veteran komandirlərindən biridir. O, 1979-cu ildən hərbi sahədə xidmətə başlayıb. Abdullahinin xidmət yolu SEPAH-ın müxtəlif qoşun növlərini, Hüquq-Mühafizə Qüvvələrini, Daxili İşlər Nazirliyini və Silahlı Qüvvələrin Baş Qərargahını əhatə edir.

Abdullahi İran-İraq müharibəsi dövründə müxtəlif məsul vəzifələr daşıyıb.

O, Gilanın 16-cı "Qüds" diviziyasının komandiri, SEPAH Quru Qoşunlarının qərargah rəisi, SEPAH Qərargah İnspeksiyasının rəhbəri və SEPAH Hərbi Hava Qüvvələri komandanının müavini vəzifələrində çalışıb.

Daha sonra Hüquq-Mühafizə Qüvvələrində bir neçə vəzifə tutub, o cümlədən Əlaqələndirmə üzrə müavin və Qüvvələrin komandan müavini olub.


Abdullahi ölkənin mülki idarəçiliyində də təcrübəyə malikdir; müxtəlif dövrlərdə Semnan və Gilan vilayətlərinin qubernatoru, eləcə də daxili işlər nazirinin Təhlükəsizlik və Hüquq-Mühafizə məsələləri üzrə müavini vəzifələrində çalışıb.

Silahlı Qüvvələrin strukturuna qayıtdıqdan sonra Baş Qərargahda Təchizat, Dəstək və Sənaye Tədqiqatları üzrə müavin və Baş Qərargahın Əlaqələndirmə üzrə müavini kimi vəzifələri icra edib.

2025-ci ildə təyin edildiyi "Xatəm əl-Ənbiyə" Mərkəzi Qərargahının komandirliyi Abdullahinin son illərdəki mühüm vəzifələrindən biri olub. Qeyd edək ki "Xatəm əl-Ənbiyə" Mərkəzi Qərargahı İran Silahlı Qüvvələrinin əməliyyat qərargahıdır. 
General Abullahi Mahmud Əhmədinejadın prezidentliyi dövründə (2005-2013) qubernator və nazir müavini vəzifələrində çalışıb.
Genralın adı ABŞ Maliyyə Nazirliyi tərəfindən sanksiyalaşdırılan iranlı vəzifəli şəxslər siyahısına salınıb.
O, 2022-ci ildə beynəlxalq təhlükəsizlik üzrə Moskva konfransında İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini kimi iştirak edib. Konfransda Abdullahi ABŞ-ı "Böyük Şeytan" adlandırıb və Amerika totalitarizminin və təktərəfliliyin qlobal təhlükəsizliyi təhdid etdiyini bildirib. General konfransda həmçinin amerikalıların böhran, sanksiyalar və müharibələr yaratdığını bildirib.
İndi diqqətlər Silahlı Qüvvələrin yeni Baş Qərargah rəisi Əli Abdullahiyə yönəlib.
"O da İsrail və ABŞ hücumlarının qurbanı ola bilərmi" sualı hazırda xarici KİV-də müzakirə olunan mövzulardan biridir.
Ə.Qafarlı

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:100
embedMənbə:https://modern.az
archiveBu xəbər 21 Avqust 2026 03:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see548

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see472

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see432

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see298

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see297

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see296

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see289

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see283

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see277

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see270

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see262

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see249

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see240

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see232

Azərbaycanda avtomobil bazarı kökündən dəyişəcək

01 Noyabr 2026 10:15see223

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see220

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see218

Azərbaycanda rayonların özünümaliyyələşdirmə dövrü başlayır

01 Noyabr 2026 11:03see211

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see195

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri