Icma.az
close
up
RU
İran siyahı yaydı, azərbaycanlılara xəbərdarlıq etdi...

İran siyahı yaydı, azərbaycanlılara xəbərdarlıq etdi...

Bakupost saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.


Politoloq Elxan Şahinoğlu İran Kəşfiyyat Nazirliyinin xarici ölkələrdə fəaliyyət göstərən iranlıların təsis etdiyi müxalif media orqanlarının, bir neçə dövlətin İranla əlaqəli media qurumlarının və iranlı media fəallarının adlarını açıqladığını bildirib. Siyahıda Güney Azərbaycan Televiziyası da var.

Məlumata görə, “GünAz TV”yə müsahibə verən, mesaj yazan, foto və video göndərən şəxslərin “Casusluğa görə cəzanın artırılması haqqında” Qanunun 4-cü maddəsinə əsasən ağır cəzalandırılacaqları barədə xəbərdarlıq edilib.

Azərbaycan da oxşar qərar verməlidirmi? “Səhər” kanalı başda olmaqla, İranda ölkəmiz əleyhinə təbliğat aparan, dezinformasiya yayan televiziya kanallarına müsahibə verən, foto və video göndərən şəxslər hüquqi məsuliyyətə cəlb olunmalıdırmı?

"Bakupost" xəbər verir ki, Globalinfo.az-a danışan politoloq Bakir Həsənbəyli SSRİ-nin dağılması prosesi bu ittifaqa daxil olan respublikaların müstəqillik əldə etməsi ilə nəticələndi deyib.

“Artıq regionda yaranmış yeni dövlətlər, yeni sərhədlər və yeni qonşular prinsipi meydana gəldi. Cənubi Qafqaz tarixən müxtəlif dövlətlərin maraq göstərdiyi coğrafiya olub. Müstəqilliyini yeni qazanmış dövlətlərlə bağlı bu maraq özünü daha qabarıq şəkildə göstərməyə başladı. Bu prosesdə ən aktiv rolu isə özünü SSRİ-nin varisi hesab edən Rusiya, o cümlədən hər fürsətdə İslam inqilabının ixracı ilə məşğul olan İran oynadı. Rusiyanın məqsədi müstəqil olmalarına rəğmən keçmiş müttəfiqlərdən “arxa bağça” formatı yaratmaq, qeyri-rəsmi olsa belə, idarəçiliyi mərkəzləşdirmək idi.

Ermənistan və Belarus timsalında bu istəyinə qismən nail olan Rusiya digər respublikalarla bağlı da prosesi davam etdirməkdə israrlı idi. Bunun üçün terror, sui-qəsdlər, separatizmin körüklənməsi kimi müxtəlif vasitələrdən istifadə etməklə məcburetmə siyasətinə üstünlük verilirdi.

İranın bu məsələdə fəaliyyəti isə daha fərqli idi. Müstəqilliyin ilk dönəmlərində ölkədə bir-birinin ardınca təsis olunan siyasi partiyalar içərisində Rusiya meyilli olanlarla paralel, birbaşa İranla təmasları olan siyasi təsisatlar da yarandı. Niyə “birbaşa” deyirəm? Çünki 90-cı illərdə həmin təsisat rəhbərlərinin İranda, səhrada qurulmuş alaçıqda teokratik rejimin xüsusi xidmət orqanları ilə görüşü gizli lentə alınmışdı. Həmin şəxslər məsuliyyətə cəlb olunduqdan sonra şəkillər mediada tirajlanmışdı. Azərbaycan hökumətinin və xüsusi xidmət orqanlarının operativ müdaxiləsi İranın siyasi partiyalar üzərindən həmləsinin qarşısını aldı.

Daha sonra İran rejimi dini ibadətgahlar, əsasən də məscidlər üzərindən İslam inqilabının ixracı layihəsinə başladı. Onu da qeyd edim ki, bu prosesin qarşısı bir neçə il öncə qismən alınsa da, fəaliyyət bu gün də davam edir. Sosial şəbəkə seqmentini izləyərkən özünü “ruhani” qiyafəsində təqdim edən teokratik rejim tərəfdarlarının açıq fəaliyyətini görmək olar. Bu cür tiplərin əksər çıxışları teokratik rejimin ixrac etməyə çalışdığı İslam inqilabının Azərbaycanda həyata keçirilməsinə hesablanıb”.

Politoloq bildirib ki, Azərbaycanda bu kimi fəaliyyətlərlə məşğul olan şəxslər aşkarlanmalı və zərərsizləşdirilməlidir:

“Bu tiplər COVID-19-dan daha təhlükəli viruslardır. Biz bunu İranın özündə, daha dəhşətli formasını isə Əfqanıstanda müşahidə edirik. Konkret olaraq İran tərəfinin Azərbaycanda yayımlanan və teokratik rejimin siyasətini tənqid edən hər hansı media quruluşuna müsahibə verən öz ölkəsinin vətəndaşları ilə bağlı “hüquq müstəvisində” mübarizə metodu seçməsinə gəldikdə isə bu, təəccüblü deyil. İran şimalında yerləşən, regionun lider ölkəsi olan, artıq orta güc səviyyəsinə yüksəlmiş Azərbaycanı həzm edə bilmir. Rejimin zehniyyəti üçün bu cür güclü Azərbaycan, İranda yaşayan 40 milyonluq Azərbaycan kökənli türk üçün olduqca pis nümunədir.

Sabah bizdən 3-4 dəfə çox olan cənublu soydaşlarımızın müstəqillik mübarizəsinə başlamaq kimi fəaliyyətləri ola bilər. Rejim bu prosesin baş verə biləcəyini bilir və narahat olur. Məhz bu arahatlıq xaotik addımların atılmasına səbəb olur.

Azərbaycan tərəfi İranın ölkəmiz əleyhinə, onun konstitusiya quruluşunun dəyişdirilməsinə yönəlmiş siyasət aparan media quruluşlarına müsahibə verən yerli siyasətçilərimizin cəzalandırılması məsələsini ciddi şəkildə araşdırmalıdır. Əgər şəxs teokratik rejimin Azərbaycandakı ruporuna çevrilirsə, o zaman həmin “siyasətçi” dərhal və ən ağır şəkildə cəzalandırılmalıdır. Cəmiyyətdən təcrid olunmalıdır. Yox, tutaq ki, İranın “Səhər” kanalının əməkdaşı kiməsə telefon açıb məqsədli sual verir və milli mənafeyi, dövlətçiliyi hər şeydən üstün tutan həmin şəxs ona ən kəskin şəkildə cavab verirsə, o zaman biz niyə belə şəxslərlə bağlı cəza tədbirləri seçək? Əksinə, milli və dövlətçilik mövqeyinə görə onlara təşəkkür etmək lazımdır”.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:137
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 18 İyul 2026 12:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see472

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see293

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see284

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see283

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see269

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see260

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see254

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see253

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see239

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see237

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see223

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see223

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see222

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see221

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see220

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see219

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see215

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see209

“Çıraq” platformasından indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb

07 Noyabr 2026 10:27see204

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see203
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri