Icma.az
close
up
RU
İran Suriyanı nəzarətdə saxlamaqla, bölgədəki nüfuzunu artırmağa və ölkələri təhdid etməyə çalışırdı

İran Suriyanı nəzarətdə saxlamaqla, bölgədəki nüfuzunu artırmağa və ölkələri təhdid etməyə çalışırdı

Icma.az, Bizimyol portalına istinadən məlumat verir.

“2011-ci ildə Orta Şərqdə başlayan “Ərəb baharı” adlandırdığımız etirazlar bir sıra ölkələrdə, o cümlədən Suriyada başladı. Həmin vaxt Bəşər Əsəd İranın, “Sipahi-i-Pasdaran" terror qruplaşmasının yardımı ilə oradakı etirazları yatırmaq üçün kütləvi qırğınlara başladı. Sivil insanları bombaladılar, onları zindanlara atdılar, bir çoxlarını işgəncə altında öldürdülər. Onların sayı 700 minə yaxındır. Bir sözlə, Suriya vətəndaşlarına qarşı çox böyük qırğınlar törədildi. Bütün bunların günahkarı İranın siyasi-ideoloji əsası olan "Sipah-i-Pasdaran" idi. Bütün baş verənlərin nəticəsində Bəşər Əsəd özünü böphranlı Suriyanın daxilində görməyə başladı. Bu böhranlı vəziyyət vətəndaş savaşı halına gəlmişdi. Bir sıra müxalif qruplar yaranmağa başlamışdı. Bu müxalif qruplar hətta Bəşər Əsədin ordusundan ayrılan qruplar hesabına yaranmışdı”.

Bu barədə Bizimyol.info xəbər portalına Savalan Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi, GAMAC İdarə Heyətinin üzvü Sadiq İsabəyli danışıb. Siyasi şərhçi qeyd edib ki, aradan illər keçsə də, Suriyada böhranlı vəziyyət davam edir. Milyonlarla Suriya vətəndaşı öz yaşadıqları bölgələri tərk edib, başqa ölkələrdə yaşamaq məcburiyyətində qalıb.

Sadiq İsabəyli

Siyasi şərhçi əlavə edib ki, bu prosesin aparılmasında İran rejiminin, həm ideoloji, həm də strateji maraqları var idi və İran rejimi öz maraqları əsasında Bəşar Əsədə yardım adı altında öz planlarını gerçəkləşdirməyə çalışırdı.

“Vətəndaş savaşları və yaxud o etirazlar kütləviləşəndə Əli Xomenei Qasim Süleymaniyə bildirir ki, “Sən Suriyaya getməli və Bəşər Əsəd hökümətinin yıxılmasının qarşısını almalısan. Bunun üçün maddi nə lazımdırsa, İran rejimi bunu həyata keçirəcək”. Verilən rəqəmlərə görə, İran rejimi o müddət ərzində 50 milyard dollara yaxın vəsait xərclənmişdi. Eyni zamanda İran rejimi fərqli ölkələrdən olan şiə inancında olan insanlardan ibarət terror qruplaşmasını bir şəbəkə olaraq formalaşdırdı. Livanda “Hizbullah” terror təşkilatı və İraqda “Haşdi Şabi” var idi. Suriyada əfqanlardan ibarət “Fatimuyyun” dəstəsi, pakistanlılardan ibarət “Zeynəbiyyun” dəstəsini yaratdılar. Suriyadakı daxili savaşlarda onlardan istifadə etməyə başladılar. Bu dəstələr kütləvi qırğınlar törətməklə, sivillərin yaşadıqları əraziləri bombalamaqla Bəşər Əsədə müxalif olan bütün qüvvələri neytrallaşdırıb, Bəşər Əsədə siyasi dəstək verməklə çalışırdılar ki, o hakimiyyətdə qalsın. Bu dəstəyi həyata keçirməklə İran istəyirdi ki, Suriyanı özündən asılı vəziyyətdə saxlasın. Bəşər Əsəd rejimi İranın dediyi hər şeyə boyun əyməyə məcbur idi. Elə bir vəziyyət yaranmışdı ki, həm orduda, həm də siyasi strukturda İranın sözü keçərli idi. “Hizbullah” artıq Suriyada söz sahibi idi. Belə ki, İran rejimi artıq İsrail dövlətini təhdid edə bilirdi. Həm də Suriya üzərindən Livanda “Hizbullah”ın gücləndirilməsi və onlara silahların çatdırılması həyata keçirilirdi. Yeraltı tunellər vasitəsilə silahlar “Hizbullah”a çatdırıla bilərdi”-deyən ekspert bildirib.

“İran rejimi Suriyanı nəzarət altında saxlamaqla o bölgədə öz nüfuzunu artırmağa çalışırdı. Bu, həm də ölkələrarası regional rəqabətdə çox rahat şəkildə bölgə ölkələrini - Türkiyə, Səudiyyə Ərəbistanı, İsrail və Amerikanı da təhdid edə bilərdi. Bu da ona imkan verirdi ki, İran rejimi daxildə apardıqları siyasətlərdə Qərb dövlətləri və bölgə dövlətləri İranla hesablaşmaq məcburiyyətində qalsın. Bir tərəfdən nüvə fəaliyyətlərini gücləndirir, digər tərəfdən insan haqqlarının pozulması məsələsində çox rahat şəkildə əliaçıq davrana bilirdi. Vətəndaşlarına qarşı istədiyi kimi cəza tətbiq edə bilirdi. Digər dövlətlər bu məsələyə ehtiyatla, bəzən göz yummaqla yanaşırdı. Xüsusilə Amerika düşünürdü ki, “biz İrana qarşı basqıları artırsaq, o zaman bizim Orta Şərqdəki maraqlarımız İranın yaratdığı terror şəbəkələrinin əli ilə təhlükəyə düşə bilər”-deyə Sadiq İsabəyli əlavə edib.

İradə Cəlil, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:97
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 07 Dekabr 2024 22:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see290

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see259

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see206

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see197

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see187

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see185

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see179

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see171

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see153

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see153

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see151

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see149

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see148

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see147

SOCAR ın əməkdaşı qəzada öldü Fotolar

25 Yanvar 2026 11:33see143

Xabi Alonso Liverpul u çalışdıra bilər

25 Yanvar 2026 16:21see142

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see139

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see139

Güclü külək, qar, yollar buz bağlayacaq Həftənin ilk iş gününün HAVASI

25 Yanvar 2026 12:44see139

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri