İran Trampı hədələdi: Avropadakı bazalar vurulacaq
Icma.az, Lent az portalına istinadən məlumat verir.
İran ABŞ prezidenti Donald Trampın ölkəyə qarşı yeni hərbi əməliyyatlara başlaması halında Avropadakı ABŞ hərbi bazalarına və digər obyektlərinə zərbə endirə bilər.
Lent.az xəbər verir ki, “The Times” qəzetinin yazdığına görə, mümkün hədəflər arasında Böyük Britaniya, Almaniya, İtaliya və Portuqaliyadakı ABŞ hərbi obyektləri də var.
İran rəsmiləri həmçinin sualtı internet kabellərinin də hədəfə alına biləcəyini bildiriblər.
Qərb təhlükəsizlik rəsmiləri hesab edirlər ki, İranın raketləri Avropadakı bir çox hərbi bazaya çatmaya bilər. Lakin Tehran hücumlar həyata keçirmək üçün özünə bağlı silahlı qruplardan və cinayətkar şəbəkələrdən istifadə edə, həmçinin kiberhücumlara və terror əməliyyatlarına əl ata bilər.
Potensial hədəflər arasında ABŞ və İsrail diplomatları, hərbi obyektlər və yəhudi icma mərkəzləri də göstərilir.
Məlumata görə, ABŞ və İsrail mümkün yeni hücumlara hazırlaşır. Vaşinqton regionda raketdən müdafiə sistemlərini gücləndirir və Yaxın Şərqə üçüncü təyyarədaşıyan gəmisini göndərir.
Qətər, Türkiyə və Pakistan iyun ayında əldə olunmuş atəşkəs razılaşmasını bərpa etmək üçün diplomatik səylərini davam etdirirlər.
Tehran isə danışıqların nəticəsinin ABŞ-ın sanksiyaların ləğvi də daxil olmaqla, İranın şərtlərini qəbul etməsindən asılı olduğunu bildirir.
Baxış sayı:65
Bu xəbər 02 Noyabr 2026 23:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















