İran Trampın hədələri fonunda ABŞ ilə birbaşa əlaqələri kəsib
Icma.az, Moderator.az saytına istinadən bildirir.
İran Ağ Evin rəhbəri Donald Trampın "bütün İran sivilizasiyasını məhv etmək" hədələrindən sonra ABŞ ilə birbaşa əlaqələri kəsib.
Moderator.az xəbər verir ki, bu barədə mənbələrə istinadən "Wall Street Journal" ("WSJ") qəzeti məlumat yayıb.
Qeyd olunub ki, bu addım ABŞ Prezidenti tərəfindən Şərq vaxtı ilə saat 20:00-dək (Bakı vaxtı ilə 04:00-dək) müəyyən edilmiş son müddətə qədər razılaşmanın əldə olunması istiqamətindəki səyləri müvəqqəti olaraq çətinləşdirib.
Mənbələrdən biri qeyd edib ki, İran əlaqələri kəsməklə Vaşinqtonun irəli sürdüyü şərtlərə narazılığını və itaətsizliyini nümayiş etdirmək niyyətindədir. Müəyyən edilmiş müddət başa çatana qədər birbaşa əlaqələrin bərpa olunub-olunmayacağı hələlik məlum deyil.
Ağ Evdən hələlik heç bir şərh verməyib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:131
Bu xəbər 07 Aprel 2026 19:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















