Icma.az
close
up
RU
İran Türkiyənin təklifini rədd etdi, nəticədə şoka düşdü Batur

İran Türkiyənin təklifini rədd etdi, nəticədə şoka düşdü Batur

Icma.az xəbər verir, Axar.az saytına əsaslanaraq.

Zəngəzur dəhlizi rusların bizim başımıza açdığı oyunun nəticəsidir. Eynilə “Mərkəzi Asiya” ifadəsi də.

Axar.az xəbər verir ki, bu sözləri türkiyəli yazar Emin Batur qeyd edib.

“İstilaçılar əvvəlcə Böyük Türküstanı Şərqi və Qərbi Türküstana bölüb parçalayaraq, tarixi birliyi pozdular. Şərqi Türküstanı Çin işğal etdi və adını “Sincan” – yəni “yeni torpaq” qoydu. Qərbi Türküstan adı isə heç vaxt geniş istifadə olunmadı. Çünki bölgə artıq Özbəkistan, Qazaxıstan, Türkmənistan, Qırğızıstan adları ilə parçalara ayrılmışdı.

Hətta bu ölkələr arasında düşmənçilik toxumu səpərək bir-biri ilə qarşıdurma səviyyəsinə gətirdilər (məsələn, Özbəkistan və Qırğızıstan arasında baş verən Oş hadisələri). Eyni strategiyanın bir parçası olaraq 1920-ci ildə Zəngəzur bölgəsi Azərbaycandan alınaraq Ermənistana verilmişdi. Bununla da Türkiyə (Osmanlı İmperiyası) ilə Türküstan arasındakı əlaqə qopdu və münasibətlər sadəcə Naxçıvan üzərindən məhdud şəkildə davam edə bildi.

O illərdə Türkiyənin bu bölgülərə qarşı çıxmağa gücü yox idi. Heç belə bir niyyəti də yox idi. Azərbaycan isə 28 aprel 1920-ci ildə ruslar tərəfindən işğala məruz qalmışdı və təbii olaraq müqavimət göstərə bilmirdi.

Amma İran məsələyə sərt reaksiya verdi. 2021-ci ildə İran bölgədə - İraq, Suriya, Livan və Yəməndə təsir gücünü maksimuma çatdırmışdı. Özünü bölgənin əsas gücü hesab edirdi və Türkiyənin “gəlin bunu birlikdə həll edək” təklifini rədd etdi.

Ağlabatan bir səbəb göstərmədilər. İran Türkiyənin Türküstanla birləşməsinin onun üçün təhlükəli olduğunu düşündü. Amma hər kəs bilir ki, Türküstanla quracağımız əlaqə Türkiyəni böyük bir gücə çevirəcək. İran isə bunu açıq şəkildə yox, “imperialist...” və sair deyərək, ABŞ-ın bölgəyə gəlməsini fəlakət kimi göstərirdi. Amma eyni İran vaxtilə ABŞ-la İraqda razılaşmalar imzalamışdı.

O zaman belə sual yaranır: ABŞ pisdir, bəs Rusiya xeyriyyə təşkilatıdır?

Türkiyə açıq şəkildə bildirdi ki, bu məsələ Türkiyə, İran, Azərbaycan və Ermənistan arasında həll olunmalıdır.

Rusiya da eyni şəkildə məsələyə qarşı çıxdı.

Çünki həm Ermənistan, həm də Azərbaycan keçmiş sovet ölkələri olduqlarına görə, iki ölkənin də möhtac olduğunu və gec-tez qapısına gələcəklərini düşünürdü.

Rusiya da Türkiyənin türk cümhuriyyətləri ilə olan əlaqələrinin güclənməsinə razı deyildi, İran kimi boş xəyallarla bunun qarşısını almağa çalışırdı.

Rusiya və İran razılıq vermədikdə, məsələ ABŞ vasitəsilə həll olundu. İran və Rusiyanın “dərin zehinləri” bunu təsəvvür edə bilmirdi. İnkişaf qarşısında şoka düşdülər və hələ də bu şokdan ayıla bilmirlər.

Türkiyə istədiyini aldı. Türküstan yolunu açdı. Bu həm iqtisadi, həm mədəni, həm də geosiyasi baxımdan böyük uğurdur.

Azərbaycan da istəyinə çatdı. Türkiyə ilə Türküstanı birləşdirən magistral və dəmir yoluna qovuşdu. Avropaya çıxışı genişləndi və embarqodan sonra rahat nəfəs almağa başladı.

Ermənistan “Böyük Ermənistan” xülyasının boş olduğunu anladı. Diasporun yaratdığı illüziyadan ayıldı və real siyasətə yönəldi. PKK-nın yönləndirdiyi qüvvələr təxribat yaratmağa çalışsalar da, Paşinyan bunun oyun olduğunu başa düşərək doğru qərar verdi və imzanı atdı.

ABŞ bölgədəki mövqeyini möhkəmləndirdi və Çinlə rəqabətdə əhəmiyyətli üstünlük qazandı. Zəngəzur yolunun Ermənistan tərəfinə nəzarət etməklə həm Rusiya, həm də Çin üzərində güc balansını dəyişdi.

İran da ABŞ-ın gəlməsindən narahatdır.

İran narahat olmasın. Bizə etdiyi bütün səhvlərə baxmayaraq, ABŞ-ın təzyiqlərinə qarşı çıxdıq. İndi də belə bir vəziyyətdə İrana zərər verilməsinə imkan vermərik. Sadəcə İran bizimlə harmoniyada olsun.

İndi vəziyyət tam fərqlidir. Ancaq qarşımızda iki İran var: biri bizə qarşı olan, digəri isə bizimlə güc birliyi qurmaq istəyən.

İranın “Zəngəzur dəhlizinə qarşı deyilik” bəyanatından qısa müddət sonra İranın ali dini lideri Xameneinin xüsusi nümayəndəsi əks bəyanat verdi.

Pezeşkian isə bizimlə bu məsələdə uyum içindədir və bizimlə güc birliyi qurmaq istəyən qrupu təmsil edir. Bəs, görəsən, o bu mövzuda uğur qazana biləcəkmi?”, - Batur qeyd edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:253
embedMənbə:https://axar.az
archiveBu xəbər 14 Avqust 2025 08:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see296

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see274

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see271

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see258

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see250

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see248

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see239

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see239

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see236

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see221

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see220

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see215

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see213

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see212

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see211

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see206

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see203

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see202

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see199

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri