Icma.az
close
up
RU
İran üçün hazırlanan “V” planı

İran üçün hazırlanan “V” planı

Xalqcebhesi portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Cənubi Azərbaycan faktoru tez-tez “tarixi fürsət” kimi təqdim edilsə də, Bakı istəmədiyi halda proseslərin mərkəzinə çəkilə bilər

İranda ötən ilin sonundan başlayan etiraz dalğası davam edir. Məlumata görə, polislə etirazçılar arasında baş verən toqquşmalarda hər gün ölənlərin sayı artır. ABŞ prezidenti Donald Trampın nümayişçiləri dəstəkləyərək “əgər İran əvvəlki kimi zorakılıq tətbiq edərək dinc nümayişçiləri öldürərsə, Birləşmiş Ştatlar etirazçıların köməyinə gedəcək” bəyanatı verib. İranın rəhbərliyi isə təhdidə cavab verərək bildirib ki, ABŞ-ın İran etirazlarına müdaxiləsi bütün regionda xaosa səbəb ola bilər.

İran üçün “V”- yəni ölkənin viran olması planı region üçün olduqca riskli ssenaridir və Azərbaycan üçün bir sıra ciddi mənfi nəticələr yarada bilər.

İran Azərbaycanın cənub sərhədi boyunca tampon ölkə rolunu oynayır. İranın dağılması halında sərhəd boyu nəzarətsiz ərazilər yarana, silahlı qruplar, qaçaqmalçılıq və terror riskləri arta bilər. Bu isə Azərbaycanın sərhəd təhlükəsizliyi üçün böyük hərbi və resurs yükü deməkdir. ABŞ, İsrail, Rusiya, hətta Çin kimi güclər İran ərazisində və ya ətrafında möhkəmlənə bilər ki, bu da Azərbaycanın birbaşa geosiyasi təzyiq zonasına çevrilməsi anlamına gəlir və balanslaşdırılmış xarici siyasəti çətinləşdirər.

Cənubi Azərbaycan faktoru tez-tez “tarixi fürsət” kimi təqdim edilsə də, bu bölgədə etnik hərəkatlar nəzarətdən çıxa, Bakı istəmədiyi halda proseslərin mərkəzinə çəkilə bilər.

Sona Əliyeva

Siyasi təhlilçi Sona Əliyeva "Yeni Müsavat"ay dedi ki, İrandakı gərginlik təkcə Azərbaycan üçün deyil, onun digər qonşuları - Türkiyə və Pakistan üçün də geostrateji təhdiddir: "Güney qonşumuz artıq daxildə baş verən etirazlara nəzarəti demək olar ki, itirib. Tehran hökuməti sıravi etirazçılara atəş açmağa başlayıb. Hər iki tərəfdən xeyli sayda ölən var. Əgər vəziyyət kuliminasiya nöqtəsinə çatarsa, o zaman ABŞ və İsrailin İrana müdaxiləsi özünü çox gözlətməyəcək. Belə olan halda Azərbaycanın cənub sərhədləri ciddi təhlükə altına düşə bilər. Bu baxımdan, Azərbaycan dövləti, aidiyyatı qurumlarımız həmin istiqamətdə önləyici tədbirlər görməlidirlər. Bəlkə də artıq bununla bağlı hər hansı hazırlıqlara da başlanılıb. Əgər xarici müdaxilə olarsa, təkcə Azərbaycan sərhədləri yox, Türkiyə və Pakistanın, hətta Türkmənistanın sərhədləri də xaotik vəziyyətə düşəcək. Bəluclar Pakistana, türkmən və qaşqaylar Türkmənistana üz tutacaqlar. 35 milyonluq Azərbaycan türkləri isə Türkiyə və Azərbaycana pənah gətirəcək. Milyonçu farslar və ali bürokrat təbəqə isə Rusiyaya üz tutacaq. Digər tərəfdən, terror və qaçaqmalçılıq sərhədlərdə at oynadacaq. Yəqin ki, ABŞ və İsrail İrana hücum öncəsi ayrıntı və detalları Bakı və Ankara ilə məsləhətləşəcək".

Niyaməddin Orduxanlı

ƏHD partiyasının baş katibi, politoloq Niyaməddin Orduxanlının sözlərinə görə, son 3 ildə İran bu cür aksiyaları görməyib. Azərbaycan kökənli olan Pezeşkian prezident seçiləndə biz qeyd edirdik ki, bu bəlkə də İranın dinc yolla inkişafı üçün son şansdır. İranın dini lideri Pezeşkianı müdafiə etməli, ona ciddi islahatlar həyata keçirmək imkanı yaratmalıdır. Biz qonşu İranın dinc, təkamül yolu ilə inkişafını istəyirik. Baş verənlərdən çox təəssüf hissi keçiririk. Bilirsiniz ki, İranda prezidentin səlahiyyəti bizdə baş nazirin səlahiyyəti qədərdir. İqtisadi və hərbi gücə əsaslanmayan təkəbbürlü xarici siyasət, xaricdə böyük maliyyə vəsaiti tələb edən proksi qüvvələrin saxlanılması ölkəyə sanksiyalar tətbiqinə səbəb olub, iqtisadiyyata xarici investisiya cəlbinin qarşısını alıb.

Vəziyyətdən çıxmaq üçün dini lider dərhal islahatlara başlanılması barədə göstəriş verməli, dövlət idarəetməsini qanuni yolla xalq tərəfindən seçilmiş prezidentə verməlidir.

Keçirilən aksiyaların ilk günü ABŞ prezidenti Tramp bəyan etdi ki, İranda xalqa divan tutulsa ABŞ dinc etirazçıları müdafiə edəcək. Sual yaranır ki, bu hansı formada ola bilər? Düşünürəm ki, bu daha çox etirazçıları ruhlandırmaq üçündür. Amma siyasi qərarların qəbul olunduğu dövlət idarələri də bombalana bilər. İranda yaşayan 40 milyonluq Azərbaycanlılara divan tutularsa biz necə davranmalıyıq? Bizim üçün bu məsələ çox aktualdır. Ümid edirəm ki, hadisələr o həddə gəlib çatmaz və İranda böyük islahatlara başlanılar. Pezeşkian İranı yaxşıya doğru dəyişmək gücünə sahibdir. Sadəcə, mollaların siyasətdən bir az kənara çəkilməsi və onu müdafiə etməsi lazımdır".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:116
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 07 Yanvar 2026 14:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see344

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see315

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see308

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see295

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see275

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see269

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see265

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see263

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see243

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see235

ChatGPT nin məsləhətinə qulaq asan epilepsiya xəstəsi öldü

29 Oktyabr 2026 18:54see230

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see226

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see216

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see210

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see207

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see202

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see201

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see195

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see193

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri