V ixtisas qrupu üzrə abituriyentlər üçün kitabça təqdim edilib
Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bakı, 12 avqust, AZƏRTAC
V ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul müsabiqəsində iştirak etmək hüququ qazanmış abituriyentlər üçün “İxtisas seçimi zamanı nələrə diqqət yetirməli?” adlı kitabça təqdim edilib.
Dövlət İmtahan Mərkəzindən AZƏRTAC-a bildirilib ki, “Abituriyent” jurnalının xüsusi buraxılışı olan kitabçada V ixtisas qrupunda müsabiqədə iştirak etmək hüququ qazanmış abituriyentlərin imtahan ballarının paylanması, ali təhsil müəssisələrinə ixtisas qrupu üzrə qəbul planı, dövlət sifarişi üzrə yerlərin sayı, müsabiqə şərtləri və digər zəruri məlumatlar təqdim olunub.
Kitabçanın elektron versiyasını (PDF formatında) https://abiturient.az saytından əldə etmək mümkündür.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:149
Bu xəbər 12 Avqust 2026 17:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















