İran üzərindən Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında əlaqənin təmin edilməsi üzrə işlər davam edir Pezeşkian
Icma.az bildirir, Milli.az portalına istinadən.
İran üzərindən Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında əlaqənin təmin edilməsi üzrə işlər davam edir.
Milli.Az xəbər verir ki, bunu İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian AzTV-yə müsahibəsində deyib.
"Biz Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında quru əlaqənin təmin edilməsi üçün təşəbbüs göstərmişik. Bu gün bu layihə çox sürətlə həyata keçirilir. Bu artıq razılaşdırılıb və İran torpaqları ilə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında quru əlaqənin yaradılmasında heç bir problem olmayacaq. Biz İranı Azərbaycanlıların ikinci Vətəni hesab edirik", - o bildirib.
Onun sözlərinə görə, yolun çəkilməsi istiqamətində mühəndislər fəaliyyətlərini davam etdirirlər.
"Biz çalışırıq ki, bu yolu daha təhlükəsiz və daha sağlam şəkildə yekunlaşdıraq. Yüksək səviyyəli mütəxəssislər layihəni dəyərləndiriblər. Ümid edirəm ki, bu layihə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında əlaqəni təhlükəsiz şəkildə təmin edəcək, eyni zamanda Azərbaycanla Təbriz, Ərdəbil və Qərbi Azərbaycan arasında əlaqələrə də töhfə verəcək", - o bildirib.
Qeyd edək ki, İran Prezidenti Məsud Pezeşkian aprelin 28-də Azərbaycana səfər edəcək.
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:179
Bu xəbər 27 Aprel 2025 23:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















