İran və ABŞ danışıqların yerini dəyişməyi düşünür
Unikal.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
İran və ABŞ danışıqların növbəti raundunun yeri ilə bağlı məsləhətləşmələr aparırlar.
"Unikal" xəbər verir ki, bunu İranın Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi bildirib.
Onun sözlərinə görə, yer hələ seçilməyib. Danışıqların yenidən Omanda, yoxsa başqa yerdə baş tutacağı ilə bağlı müzakirələr aparılır.
Bəqayi əlavə edib ki, Oman vasitəçi kimi çıxış etməyə davam edəcək.
Aprelin 12-də Maskatda (Oman) İranın xarici işlər naziri Abbas Əraqçi ilə ABŞ prezidentinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoff arasında dolayı danışıqlar keçirilib.
Danışıqlardan sonra İran bəyan edib ki, müzakirələr qarşılıqlı hörmətə əsaslanan konstruktiv atmosferdə keçib.
Bu mövzuda digər xəbərlər:İtaliyada ABŞ və İran arasında danışıqların olacağı təsdiqlənib
14 Aprel 2025 15:01
ABŞ və İran danışıqların üçüncü mərhələsini başa vurub
26 Aprel 2025 20:27
İran və ABŞ arasında danışıqların keçirilməsi ehtimalı təsdiqlənib
02 Fevral 2026 14:46
ABŞ və İran danışıqların ikinci mərhələsi üçün masadadır
17 Fevral 2026 14:10
İslamabadda İran və ABŞ danışıqların ikinci mərhələsi olacaq
20 Aprel 2026 09:14
Baxış sayı:131
Bu xəbər 13 Aprel 2025 18:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















