Icma.az
close
up
RU
İran və Azərbaycan arasında enerji sahəsində əməkdaşlıq dərin tarixi köklərə malikdir Ekspert

İran və Azərbaycan arasında enerji sahəsində əməkdaşlıq dərin tarixi köklərə malikdir Ekspert

Icma.az, Demokrat.az portalına istinadən məlumat verir.

“İranla Azərbaycan arasında müstəqillik dövründə enerji sahəsində əməkdaşlıq elektrik enerjisinin mübadiləsi ilə başlayıb. Belə ki, hər iki ölkə arasında pik saatlarda enerji tələbatında yaranan çatışmazlığı aradan qaldırmaq məqsədilə bir-birinə elektrik enerjisi ötürülüb. Bu əməkdaşlıq çərçivəsində İmişli, Pərsabad, Astara və Naxçıvan üzərindən yüksək gərginlikli elektrik xətləri çəkilərək yenilənib”. 
Bunu Demokrat.az-a açıqlamasında enerji məsələləri üzrə ekspert İlham Şaban deyib.
O bildirib ki, məqsəd elektrik enerjisi mübadiləsinin daha da genişləndirilməsi olub:
“Daha sonra enerji əməkdaşlığı neft məhsullarının ticarətini də əhatə etməyə başlayıb. Bu mübadilə mütəmadi xarakter daşımayıb və əsasən ilin müəyyən dövrlərində ehtiyacdan irəli gəlib. 
İki ölkə arasında bu günə qədər stabil davam edən əsas enerji layihələrindən biri Hacıqabul-Astara istiqamətində təbii qaz kəməri vasitəsilə 2005-ci ilin noyabrından Naxçıvan Muxtar Respublikasına təbii qazın ötürülməsi layihəsidir. 
İl ərzində təqribən 400-450 milyon kubmetr qaz bu yolla Naxçıvana ötürülür. Bundan əlavə, İran və Azərbaycan arasında 15 ildən artıqdır ki, tranzit enerji ötürülməsi ilə bağlı danışıqlar aparılır. Bu çərçivədə əsas ideya Rusiyanın elektrik enerjisinin Azərbaycan üzərindən İrana ötürülməsidir. Lakin bu layihə hələ reallaşmayıb, çünki Rusiyanın öz ərazisində sovet dövründən qalma elektrik xətlərini müvafiq şəkildə hazırlamaması bu prosesi ləngidir”.
O qeyd edib ki, 2024-cü ilin yanvar ayında İran və Rusiya arasında təbii qazın alqı-satqısı ilə bağlı müqavilə imzalanıb:
“Bu müqaviləyə əsasən, ilkin mərhələdə 2 milyard kubmetr qaz, daha sonra isə 55 milyard kubmetrə qədər qazın Azərbaycan üzərindən İrana nəqli planlaşdırılır. Lakin bu istiqamətdə hələlik praktik addımlar atılmayıb və Azərbaycan tərəfi bu məsələyə dair mövqe bildirməyib. Görünən odur ki, öncə hökumətlərarası tranzit sazişi imzalanmalıdır. 
Bundan başqa, İranla Azərbaycan arasında enerji əməkdaşlığının digər mühüm istiqaməti Araz çayı üzərində birgə su-elektrik stansiyalarının inşasıdır. Ən böyük layihələrdən biri Qız Qalası və Xudafərin su bəndləri üzərində inşa olunacaq, ümumi gücü 280 MVt olan elektrik stansiyalarıdır. Bu layihədə əldə olunan enerji bərabər şəkildə bölüşdürüləcək 140 MVt İran, 140 MVt Azərbaycan üçün nəzərdə tutulub. Ümumilikdə, İran və Azərbaycan arasında enerji sahəsində əməkdaşlıq dərin tarixi köklərə malikdir və bu əlaqələr bu gün də uğurla davam etdirilir”.
Leyla Turan
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:69
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 30 Aprel 2025 18:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see666

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see308

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see290

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see272

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see270

Mallar gömrükdə qalıb: “Temu” Azərbaycan bazarından çıxır?

02 Fevral 2026 14:52see240

Nikosayağı həmin paylaşımını da sildi VİDEO

02 Fevral 2026 10:36see224

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see203

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see197

Müharibə bölgəsindən qaçan və sığınacaq axtaran şəxslər ilk fürsətdə qonşu ölkələrə axın edir, orada məskunlaşırlar

02 Fevral 2026 15:03see182

Bakıda 15 yaşlı qız atasını bıçaqladı

03 Fevral 2026 01:51see178

Tramp indi açıq şəkildə iki istiqamətdə siyasət aparır

02 Fevral 2026 08:22see174

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see174

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see170

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see161

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see158

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see153

Maşınını satmaq istədi; diaqnostikada nəticəni öyrənib xəstəxanalıq oldu VİDEO

02 Fevral 2026 21:01see153

Məğlubedilməz BÜRCLƏR: onların ən yaxşı saatı fevralda başlayacaq

04 Fevral 2026 00:13see152

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see152
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri