Icma.az
close
up
RU
“İran və İsrail heç vaxt müharibə etməyəcək” deyən Tural Abbaslıdan açıqlama: “Siyasətdən xəbəri olmayanlar səthi analizlər edirlər”

“İran və İsrail heç vaxt müharibə etməyəcək” deyən Tural Abbaslıdan açıqlama: “Siyasətdən xəbəri olmayanlar səthi analizlər edirlər”

Pravda.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Ağ Partiyanın sədri Tural Abbaslı bir müddət əvvəl müsahibəsində İran və İsrailin heç vaxt müharibə etməyəcəyi barədə fikirlərinin gündəmə gətirilməsinə, sosial şəbəkələrdə tənqid edilməsinə münasibət bildirib.

T.Abbaslı Pravda.az-a açıqlamasında deyib ki, XXI əsrdə müharibə anlayışı geniş anlayışdır.

“İnsanlar bu məsələləri müxtəlif cür yozurlar. Hazırda İsrail və İran bir-birilərinə raket atır, ancaq hərbi obyektləri bombalayırlar. Biz bunu klassik anlamda müharibə kimi qiymətləndiririksə, belə çıxır ki, İsrail Suriya və İraqda da müharibə aparır. Çünki həm Suriyanı, həm də İraqı bombalayır. Eyni zamanda Livanda. Yaxud Amerika Suriyada, İraqda, Yəməndə əraziləri vurub. Onda belə çıxır ki, Amerika da Yəməndə müharibə aparır? Bəzən siyasətdən xəbəri olmayanlar, siyasət anlayışını başa düşməyənlər ümumi, səthi analizlər edir, aranı qarışdırırlar. Bu gün İsrail və İran bir-birilərinə ballistik raketlər atırlar, yaxud İsrail İran daxilində təxribatlarla terror edir. İran və İsrailin bir-birilərinə hazırda raket zərbələri endirmələrinə də müharibə deyirik, Ukrayna və Rusiya arasındakına da. Rusiya-Ukrayna müharibəsi üç ildir, davam edir, minlərlə insan həlak olub, ərazilər işğal altındadır. İran və İsrail münaqişəsində isə raket atılır, “sən dayan, mən də dayanım” kimi müzakirələr gedir. İsrail deyir ki, rejim dəyişməlidir, Amerika isə əksinə. Onda İsrail və Amerika fikir ayrılığındadır? Bu baxımdan, bir az geniş və dərin analiz aparmaq lazımdır. Görək, bir-birinə raket atmaq prosesi nə qədər davam edəcək? Rejim dəyişəcək, ya yox? Bunlar üzdən müzakirə olunası məsələlər deyil...” - o bildirib.

Aytəkin Qardaşova

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:82
embedMənbə:https://pravda.az
archiveBu xəbər 20 İyun 2025 17:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yaponiyada güclü zəlzələ baş verib

19 İyun 2025 06:21see135

Osmanlı dövründə baş verən ürpədici Vampir hadisəsi FOTOLAR

19 İyun 2025 01:37see131

Rusiya XİN ABŞ yə xəbərdarlıq edir

19 İyun 2025 15:23see128

Yenidən B seriyasında işləyəcək

19 İyun 2025 05:48see126

Putin Ərdoğana təşəkkür edib

19 İyun 2025 02:51see125

Mariya Zaxarova Rusiya Ermənistan münasibətlərinə dair sualı cavablandırdı

19 İyun 2025 18:50see123

Arxeoloqlar dinozavr dövrünə aid “qoblin” qalıqlarını tapıblar...

19 İyun 2025 22:15see121

Yeni komissiya yaradıldı SƏRƏNCAM KONKRET

19 İyun 2025 09:48see120

Müharibəyə görə 12 mindən çox iranlı zəvvar geri dönə bilmir

20 İyun 2025 01:59see117

Fernando Muslera Argentina klubu ilə anlaşdı

20 İyun 2025 12:37see116

Damla tanınmış müğənninin əri ilə sevgili olub; Afaq SİRLƏRİ AÇDI (VİDEO)

20 İyun 2025 05:15see115

İpək mövsümü davam edir

19 İyun 2025 01:53see115

İranın yeraltı zavodları var, onlara heç nə olmayıb

19 İyun 2025 07:04see114

DİN in mətbuat xidmətinin məlumatı

19 İyun 2025 11:42see114

Abşeronda qadını vəhşicəsinə döyüb, qarət etdilər

19 İyun 2025 11:02see113

3 qüvvə hərəkətə keçir: İranda bu dövləti qurmaq istəyirlər DETALLAR

19 İyun 2025 10:46see112

Avtomobilin mühərrikinin xarab olduğunu göstərən beş əlamət

19 İyun 2025 04:48see112

Azərbaycan təbabətinin dünya şöhrətli cərrahı

19 İyun 2025 01:57see110

İTKİN DÜŞMÜŞ DAHA BİR ŞƏHİDİN ŞƏXSİYYƏTİ MÜƏYYƏNLƏŞDİ FOTO

19 İyun 2025 10:06see110

Avrasiyada çağdaş sabitliyin 3 dayağı

19 İyun 2025 01:38see110
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri