Icma.az
close
up
RU
Avrasiyada çağdaş sabitliyin 3 dayağı

Avrasiyada çağdaş sabitliyin 3 dayağı

Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Çin – Qazaxıstan – Azərbaycan birliyini sarsıtmaq cəhdləri iflasa məhkumdur 

Həqiqi dostluq uzaq məsafələri belə yaxınlaşdırmağa qadirdir. Çinin Azərbaycandan uzaqda yerləşməsinə baxmayaraq, iki ölkə arasında səmimi dostluq münasibətləri var və bu münasibət getdikcə daha da inkişaf etməkdədir. İki strateji tərəfdaş arasında yerləşən Qazaxıstan isə Avrasiyada sabitliyin üçüncü dirəyi kimi bu statusda öz mövqeyini birmənalı şəkildə müəyyənləşdirib. Azərbaycan Prezidenti ­ İlham Əliyevin irəli sürdüyü uğurlu enerji tərəfdaşlığı, tranzit layihələri, qarşılıqlı faydalı əməkdaşlıq və təhlükəsilzik səyləri həm Qazaxıstan lideri Kasım-Jomart Tokayev, həm də Çin Xalq Respublikasının Sədri Si Cinpin tərəfindən dəstəklənir. Bu dəstəyi şərtləndirən amillər yalnız müasir dövrün enerji və təhlükəsizlik çağırışları deyil, həm də əsasını Qədim İpək Yolundan götürən ortaq maraqlara söykənən milli dəyərlərdir.   

Üçtərəfli əlaqələrin inkişaf dinamikasının ümumi mənzərəsi bunu deməyə əsas verir ki, Azərbaycan–Çin, Azərbaycan–Qazaxıstan münasibətləri tarixinin ən yaxşı dövrünü yaşayır. Təsadüfi deyil ki, Prezident İlham Əliyev bu ölkələri Azərbaycanın strateji tərəfdaşları adlandırır.  

Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə münasibətlərinə qarşılıqlı faydalı əməkdaşlıq, eləcə də ölkəmizin Pekinin “Bir kəmər, bir yol” layihəsində iştirakına məhz bu prizmadan baxmaq və dəyərləndirmək lazımdır. Bakının regional və beynəlxalq təşəbbüslərini yüksək qiymətləndirən Pekinin Azərbaycanla siyasi-iqtisadi əlaqələrin inkişafına yönəlmiş konkret addımlar atması xüsusi qeyd olunmalıdır.

Bu barədə XQ-yə açıqlama verən siyasi icmalçı Tofiq Abbasov hesab edir ki, regional sabitliyin bütün dirəklərinin möhkəm bünövrəyə mailk olması zəruri şərtdir: “Bu sabitliyə xələl gətirmək istəyənlər nə bölgədə, nə də Avrasiya məkanındadır. Onlar uzaqlarda, Avropa dairələrində neoimperialist və neomüstəmləkəçi qüvvələrdir. Bu qüvvələrə lazım olan yeganə şey bölgəmizdə sabitliyin olmamasıdır. Onlar görəndə ki, Azərbaycan, Qazaxıstan və Çin öz aralarında strateji tərəfdaşlıq sazişləri imzalayırlar, götürdükləri öhdəliklərə hörmətlə yanaşır və bu istiqamətdə konkret addımlar atırlar, bu, onları qayğılandırır. Çünki sabitlik şəraitində özlərinin məkrli planlarını reallaşdıra bilmirlər”.

Siyasi ekspert bölgənin, Avrasiyada sabitliyin təməl sütunlarını yaradanların beynəlxalq əməkdaşlığa, xarici investisiyaların axınına müsbət yanaşdıqlarına diqqəti yönəltdi: “Gəlsinlər hamı tərəfindən qəbul olunmuş qaydalarla, prosedurlarla fəaliyyət göstərsinlər. Məgər Fransanın, ABŞ-ın şirkətləri Azərbaycanda fəaliyyət göstərmirlər? İşləyirlər. Amma burada işləyərək, həm də Bakının, regiondakı tərəfdaşlarımızın qanlarını qaraltmağa çalışırlar. Bu zaman hansısa demokratik normalar, insan haqları bəhanə gətirilir. Açıq deyək ki, əgər Çin böyük potensiala malik olmasaydı, onu çoxdan problemlər girdabına salmışdılar”. 

***           

Yeri gəlmişkən, Çin Xalq Respublikasının (ÇXR) Sədri Si Cinpinin Qazaxıstana üç gün bundan əvvəlki rəsmi səfəri medianın gündəmindən düşməyən mövzulardandır. İki ölkənin nümayəndə heyətlərinin üzvləri energetika, aerokosmik, rəqəmsallaşma, gömrük tənzimlənməsi, kənd təsərrüfatı, elektron ticarət, turizm, əqli mülkiyyət, enerji sektorunun inkişafı sahələrində əməkdaşlığı əhatə edən sənədlər mübadiləsi aparıblar. Bundan əlavə, hökumətlərarası səviyyədə investisiyaların təşviqi və qarşılıqlı qorunması, texniki-iqtisadi əməkdaşlıq haqqında sazişlər imzalanıb. İyunun 17-də Qazaxıstanın paytaxtı Astanada keçirilən İkinci Mərkəzi Asiya–Çin Sammitində regionun beş ölkəsi – Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Tacikistan və Türkmənistanın liderləri, həmçinin Çin Xalq Respublikasının sədri Si Cinpin iştirak ediblər. Sammitin yekunlarına dair Astana Bəyannaməsi qəbul edilib və  “Əbədi dostluq, mehriban qonşuluq və əməkdaşlıq haqqında” Müqavilə imzalanıb.

Mərkəzi Asiya ölkələri ilə Çinin gələcəyə yönəlik əməkdaşlıq layihələri göz qabağındadır. Çin liderinin Qazaxıstana rəsmi səfəri iki ölkə arasında dostluğun canlı nümayişi olmaqla yanaşı, həm də Mərkəzi Asiyanın qlobal təhlükəsizlik və əməkdaşlıq arxitekturasında artan rolunun mühüm geosiyasi siqnalıdır. Qazaxıstan Prezidentinin Si Cinpini böyük dövlət xadimi və beynəlxalq arenada yüksək nüfuza malik müdrik lider kimi xarakterizə etməsi diqqətdən yayınmadı. Bu zaman Kasım-Jomart Tokayev Çinin özünəməxsusluğu ilə sosializm  quruculuğunda əldə etdiyi uğurlardan məmnunluğunu ifadə edib.

***

Bu məqamda bir il üç ay əvvələ qayıdaraq, bir əlamətdar hadisəni xatırlatmaq istərdik. 2024-cü il martın 11-də Prezidenti İlham Əliyev və onun qazaxıstanlı həmkarı Kasım-Jomart Tokayev Çinin Siyan terminalından Bakının Abşeron stansiyasına konteyner qatarının gəlişi mərasimini videobağlantı ilə izlədilər. Konteyner qatarının Çinin Sian şəhərində istismara verilmiş Qazaxıstana məxsus Nəqliyyat-Logistika Mərkəzi tərəfindən yola salınması Orta Dəhlizin bütün iştirakçıları üçün böyük əhəmiyyət kəsb edir. Altmış bir konteynerdən ibarət qatar uzunluğu 7 min kilometr olan marşrutu (Sian terminalı–Aktau–Abşeron stansiyası) 11 günə qət edib. Multimodal daşıma zamanı konteynerlər Qazaxıstan limanında yenidən yüklənərək Xəzər dənizi ilə Bakı Beynəlxalq Dəniz Ticarət Limanına, oradan isə Abşeron stansiyasına çatdırılıb.

Bu hadisə, sadəcə, Orta Dəhlizin inkişaf etdirilməsi və yeni yüklərin cəlb edilməsi baxımından əhəmiyyət daşımırdı. Ortada Avrasiya enerji təhlükəsizliyinin təminatçısı rolunda çıxış edən Çin, Qazaxıstan və Azərbaycanın strateji birliyi faktı var. 

Məhz kənar müdaxilələrə birgə sipər çəkilməsi məsələsinə də toxunan siyasi ekspert bu müstəvidə Azərbaycanın qətiyyətli davranışını xüsusi olaraq vurğuladı: “Bədxahlarımızın pozuculuq fəaliyyətini, destruktiv hərəkətlərini bundan sonra da görəcəyik. Amma bu, bizi qətiyyən qorxutmalı deyil. Çünki Azərbaycanın Türk Dövlətləri Təşkilatındakı etibarlı məsləkdaşları ilə yanaşı, Çin, Pakistan kimi strateji tərəfdaşları da var. Bu baxımdan, Çin, Qazaxıstan və Azərbaycanın sarsılmaz birliyini kənardan sarsıtmaq cəhdlərinin hamısı iflasa uğrayacaq. Sağlam əməkdaşlıq mühitini formalaşdıran “üçlük”, eyni zamanda, bölgədə beynəlxalq hüququn, bəşəri dəyərlərin təminatçısı kimi çıxış edir. Qardaş Türkiyənin də istəyi ondan ibarətdir ki, bölgədə, xüsusilə, Qafqazda problem yaranmasın. Avrasiyada sabitlik dirəklərini daha da möhkəmləndirmək üçün bizim həm istəyimiz, həm də bacarığımız var”.            

***

Çin lideri Astana səfərində münasibətlərin xüsusi formatını daha da dərinləşdirməyə hazır olduğunu bildirib. Bu ­kontekstdə təkcə regionun deyil, bütün dünyanın sabitliyinə və rifahına töhfə verəcəyini vurğulayan Si Cinpin inkişaf etməkdə olan ölkələrin geniş spektrinin maraqlarının qorunmasını nəzərdə tutan həqiqi çoxtərəflilik prinsiplərinin həyata keçirilməsinə xüsusi diqqət yetirib. O, həmçinin beynəlxalq hüququn aliliyini təmin edən BMT ilə beynəlxalq sistemin gücləndirilməsinin vacibliyini önə çəkib. Çin lideri hüquq-mühafizə və müdafiə sahəsində ikitərəfli və çoxtərəfli əməkdaşlığın genişləndirilməsinin vacibliyini qeyd edib ki, bu da terrorizm, separatizm və ekstremizmə qarşı mübarizəni gücləndirəcək.

Sonda onu da qeyd edək ki, ÇXR Sədrinin Astanaya rəsmi səfərinin davam etdiyi  günlərdə Qazaxıstan Prezidenti Türkdilli Dövlətlərin Parlament Assambleyasının (TürkPA) iştirakçıları olan ölkələrin parlament spikerləri ilə görüşüb, O, TürkPA-nı mühüm siyasi platforma adlandırıb. Assambleyanın fəaliyyəti sayəsində türk həmrəyliyinin ildən-ilə gücləndiyini və bunun bütün türk dünyasının beynəlxalq nüfuzunun artmasına töhfə verdiyini vurğulaması ayrıca qeyd olunmalıdır: “Ölkələrimizi ümumi yaxınlaşma istəyi birləşdirir”. 

Beləliklə, deyə bilərik ki, Qazaxıstan formalaşmaqda olan yeni dünya düzənində fəal və konstruktiv rol oynayan, qlobal güc mərkəzləri arasında manevr edən və Qərbdən Şərqə kimi bütün əsas sahələrdə tərəfdaşlıq əlaqələri inkişaf etdirən “orta güc” dövləti statusunu inamla möhkəmləndirir. Astanadan dünyaya verilən əsas mesajlardan biri kimi Avrasiya məkanında sabitliyin qarantı sayılan Çin–Qazaxıstan–Azərbaycan “üçlüy”ünün daha geniş perspektivə hesablanan əməkdaşlığının üfüqlərinə böyük inamın ifadəsi oldu.    

İ.BƏDİRXANLI 
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:174
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 19 İyun 2025 01:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Gənclərimizi müasir elmi trendlərlə tanış etmək çox vacibdir”

11 İyun 2026 21:09see374

Azərbaycanda urbanizasiya prosesi və mənzil siyasətinin yeni strategiyaları

10 İyun 2026 16:52see285

Bu gün Dünya Çempionatı başlayır Açılış matçının saatı

11 İyun 2026 09:12see225

İranlı deputatdan Azərbaycanla bağlı SENSASİON ÇIXIŞ

10 İyun 2026 22:12see220

Bu məkanlar BŞİH dən alındı

10 İyun 2026 21:24see216

Azərbaycanla münasibətlərimiz strateji səviyyəyə yüksəlib Amerikalı senator

10 İyun 2026 21:34see215

Nevroloqlarımız İstanbul konfransında

11 İyun 2026 12:02see204

Şamaxı millimizin müdafiəçisini transfer etdi RƏSMİ

10 İyun 2026 21:22see202

284 saylı məktəbdə birinci sinfə qəbul ləğv olunub? VİDEO

10 İyun 2026 23:51see193

Fransa və İspaniya ön planda: futbol üzrə dünya çempionatının favoritləri açıqlandı “The New York Times“

10 İyun 2026 21:00see191

Batut gimnastikası və tamblinq üzrə Azərbaycan çempionatının qalibləri bəlli olub

10 İyun 2026 21:23see185

Çində yeraltı detektor xəyali neytrinolar haqqında məlumat əldə edib

11 İyun 2026 12:01see182

Tramp: ABŞ İrandan milyonlarla barel neft çıxarıb

10 İyun 2026 21:16see181

Gənclər Liqası: “Sabah” “Bazel”lə qarşılaşacaq

10 İyun 2026 21:17see179

Günəşdən qoruyucu krem əvəzinə bundan istifadə olunur

12 İyun 2026 04:27see178

Vuçiç istefa verəcək: “Sizə xəbər verəcəyəm”

11 İyun 2026 13:32see177

Məktəblərdə mobil telefonların qadağası ilə bağlı nəzarət mexanizmləri tətbiq edilir

10 İyun 2026 21:50see177

Bu rayonda 122 hektarda aqropark yaradılacaq AÇIQLAMA

12 İyun 2026 04:07see173

Bir dəqiqəyə bir kiloqram bal yedi

11 İyun 2026 01:11see173

Vuçiç Baş nazir olmaq istəyir

11 İyun 2026 03:08see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri