Icma.az
close
up
RU
Tural Abbaslıdan Siyavuş Novruzova reaksiya gəldi: İnəklərin öldüyünü illərdir ki, deyirik…

Tural Abbaslıdan Siyavuş Novruzova reaksiya gəldi: İnəklərin öldüyünü illərdir ki, deyirik…

Icma.az bildirir, Tribuna portalına istinadən.

- +

“Özünüməşğulluq proqramının həyata keçirilməsinin mexanizmində çox böyük nöqsanlar var”.
Bunu ötən gün Milli Məclisdə “Dövlət sosial müdafiə fondunun 2025-ci il büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Siyavuş Novruzov deyib. Deputat qeyd edib ki, xəstə heyvanları insanlara verirlər: “Belə ki, qapıdan ancaq həyətə daxil olur. Bundan 3 gün sonra ölür. Onların bunu bir dəfə almaq şansı var, onu da belə edirlər. Mobil telefonu alanda ona bir illik zəmanət verilir. Kəndçiyə özünü təmin etmək üçün iki inək verirsinizsə, onu bir illik sığortalayın. Heç olmasa, 3 aylıq qidasını verin. Həmin şəxs bunu kefdən yox, ehtiyacdan alır”, deyə deputat bildirib.
Tribunainfo.az-a danışan AĞ Partiyanın başqanı Tural Abbaslı bildirib ki, Siyavuş Novruzovun dediklərini illərdir söyləyirlər: ” Çünki biz müxalifət partiyası olduğumuz üçün insanlar bizə daha rahat çata bilir. Bu problemləri dəfələrlə videogörüntülərlə, fotolarla bizə çatdırıblar. Onlar xahiş ediblər ki, bu məsələni işıqlandıraq və aidiyyəti qurumlara çatdıraq. Biz də dönəm-dönəm bu məsələləri qaldırmışıq. Bu günün özündə də efirlərin birində bu barədə danışmışam”.

Tural Abbaslı qeyd edib ki, insanlar inəkləri alırlar və bir müddət sonra inəklər ölür: ” Bizim özümüzün şəxsən tanıdığımız insanlar var. Dövlətdən bir inəyə ayrılan məbləğə baxaq, verilən inəyin real bazar qiymətinə baxsaq elə aradakı fərqi görəcəyik. Və bu, danılmaz faktdır. Bunu sübut etməyə də ehtiyac yoxdur. Çünki illərdir sübut olunub. İstənilən bir özünəməşğulluq vasitəsilə özünə heyvan alan regionumuzun hər hansı bir sakinindən soruşsanız onlar da bunu təsdiq edər”.
Partiya başqanının fikrincə, xoş haldır ki, iqtidar partiyasının nümayəndəsi də artıq bu məsələləri dilə gətirir: “Yəqin Naxçıvanda da kimlərsə Siyavuş müəllimə bu problemləri çatdırıblar. Gərək bu məsələ həllini tapsın. Burada məsələ kim düz dedi, kim səhv dedi deyil. Belə bir şikayət varsa, gərək bu məsələ ciddi şəkildə araşdırılsın. Kağız üzərində hər şey düzgündür, amma reallıqda insanlar arasında monitorinq eləsək görərik ki, özünüməşğulluqdan sonra neçə adam ehtiyacdan qurtulub, neçə adam yoxsulluq limitindən çıxıb. Məşğulluqla heyvan alan kəndli ailəsinin neçəsinin rifah vəziyyəti yaxşılaşıb. Məmurlar bizi eşitmirdi, indi hər halda iqtidar partiyasının nümayəndəsini, deputatı eşidərlər”.

Dəniz Pənahova

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:63
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 27 Noyabr 2024 08:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see282

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see254

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see233

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see166

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see160

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see153

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see145

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see141

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see141

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see138

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see136

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see133

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see132

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see132

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

16 Yanvar 2026 21:27see132

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see131

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see130

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see130

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

16 Yanvar 2026 22:26see129

“Subway Surfers” 14 il sonra qayıdır

16 Yanvar 2026 21:34see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri