Icma.az
close
up
RU
İran və Rusiyanın kritik Suriya qərarı: qalırlar, ya gedirlər? TƏHLİL

İran və Rusiyanın kritik Suriya qərarı: qalırlar, ya gedirlər? TƏHLİL

GlobalInfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

İdlibdəki müxalif qrupların Heyət Təhrir əş-Şam qruplaşması liderliyində noyabrın 27-dən başlayan hücumu cümə günü ölkənin mərkəzindəki Hums şəhərinə çatdı.

10 gün ərzində müxalif qruplar ölkənin ən böyük şəhəri və sənaye mərkəzi Hələb, İdlib vilayətinin hökumət nəzarətindəki hissələrini, Hama və nəhayət, Hums şəhərini ələ keçirdi. Hazırda Palmira (Tədmur) şəhərinə doğru irəliləyən silahlı müxaliflər ölkənin mərkəzində yerləşən ən böyük hərbi aviabaza hesab olunan T-4-ü mühasirəyə alıb.

Son sutka ərazində hökumət ölkənin şərqindən Deyr əz-Zor, Dəməşqdən əlavə qüvvə cəlb edərək geri çəkilən ordu birlikləri ilə Hums ətrafında müdafiə səddi yaratmağa çalışır. Paralel olaraq Dəməşqin şimal girişində də müdafiə istehkamları qurulması xəbərləri var.

Cənubda isə dünən qəflətən hərəkətə gələn silahlı müxaliflər İordaniya ilə sərhəddə Dəra vilayəti və İsrail (Colan təpələri) ilə sərhəddəki Quneytra vilayətində hökumət qüvvələrinə hücum edərək İordaniya və İsrail sərhəd ərazilərinin böyük bir hissəni nəzarətə götürüb. Hətta cənubdan irəliləyən bəzi qrupların Dəməşq vilayətinə çatdığı haqda xəbərlər yayılır.

Heyət Təhrir əş-Şam qruplaşması

Hazırda bütün nəzərlər Dəməşqlə yanaşı Tehran və Moskvaya dikilib. Bəşər Əsəd iqtidarını qoruyan, müdafiə edən ölkələrin son 10 gündə ona lazımı dəstək vermədiyi, hətta Suriyanı tərk etməyə hazırlaşdığı haqda xəbərlər yayılır.

Dünən günorta saatlarında Rusiyanın Suriyadakı səfirliyi əməkdaşlarını bu ölkədən çıxarmağa başladığı haqda xəbər yayıldı. Axşam tərəfi isə mediada belə bir getdi ki, Bəşər Əsəd Rusiyanın xarici kəşfiyyat xidməti rəisi Sergey Narışkinlə telefonla danışıb, ondan dəstək istəyib, ancaq mənfi cavab alıb. Bundan başqa, bir neçə gündür Rusiyanın Tartus şəhərindəki hərbi-dəniz bazasını boşaltmağa hazırladığı, hətta bəzi gəmilərin tərk etdiyi xəbəri yayılıb.

Oxşar vəziyyət İranla bağlıdır. “Nyu York Tayms” öz “mənbələrinə” istinadən rəsmi Tehranın diplomatlarını və hərbi müşavirlərini Suriyadan çıxarmağa başladığı haqda xəbər yayıb.

Xəbərdə qeyd olunur ki, SEPAH-ın bəzi bölmələri də artıq İraq və Livana evakuasiya edilib. Bəzi iranlıların Tehrana təyyarə ilə aparıldığını, bəzilərinin isə yerüstü nəqliyyatla ölkəni tərk etdiyi bildirilib. Oxşar məlumatlar dünən də dövriyyəyə buraxıldı.

Yeri gəlmişkən, İran mediasında bu tezisi gücləndirən bəzi işarələr var. Məsələn, bəzi İran media orqanları İranın Suriyada vuruşmaq fikrində olmadığını yazır.

Ancaq İran XİN artıq səfirlik əməkdaşlarını Dəməşqdən çıxarmaqla bağlı xəbəri təkzib edib. Qeyd etmək lazımdır ki, İranda ənənəvi olaraq liberal qanad, yəni “islahatçılar” adlanan qrup – hansı ki, hazırkı prezident də bu qrupa mənsubdur – İranın Suriyadan, ümumiyyətlə, Yaxın Şərqdən çəkilməsi və Qərblə dil tapması tərəfdarıdır. Başqa sözlə, İranın Suriyadan çıxmasını istəyən qruplar hələ əvvəldən var idi, bunlar “islahatçılar”dır.

Ancaq İranın Suriyadan çəkilməsi İslam Respublikasının strateji konsepsiyasına ziddir. Birincisi, İran və Rusiya daha əvvəl hansı səbəbdən Suriyada idilərsə, hazırda həmin səbəblər qalır. İran 1980-ci illərdə Hafiz Əsədlə yaxınlaşıb, 90-cı illərdə daha da yaxınlaşıb və sonradan bu yaxınlaşma müttəfiqliyə çevrilib. İran üçün Suriya həm də Livan və Fələstinə açılan qapıdır. Bu “qapı” bağlansa İranın Hizbullah və digər silahlı qruplara dəstəyi məhdudlaşacaq, bu da nəticə etibarı ilə İsrailin tələb etdiyi Taif razılaşmasının ləğv olunmasına aparacaq. Çünki sonuncu müharibədə onsuz da ağır zərbə alan Hizbullah quru yolu olmasa, İrandan lazımı yardımı ala bilməyəcək. Yəni Bəşər Əsədin getməsi Tehran üçün regionda böyük məğlubiyyətdir. Tehranın üsyançılarla dil tapması mümkün deyil.

Bəşər Əsəd

Eyni sözləri Rusiya haqqında da demək olar. Rusiyanın sovet dövründən Şərq regionunda yeganə xarici hərbi dəniz bazası Suriyanın Tartus liman şəhərində olub. Rusiya bu bazanı 2010-cu ildə, qəribə də olsa “Ərəb baharından” bir il əvvəl yeniləyib və imkanlarını genişləndirib. Yəni Əsədin gedişi və Suriyada yeni hakimiyyətin qurulması Rusiyanın Suriyanı itirməsi demək olacaq. Aralıq dənizi isə bütün böyük dövlətlər üçün lazımı məkandır. Bu mənada Rusiyanın indiki vəziyyətdə Suriyanı tamamilə tərk edəcəyini düşünmək məntiqsiz olardı. Lakin o da var ki, Rusiyanın başı Ukraynada qarışıb, ciddi güc itirib və Suriyada 10 il əvvəl olduğu qədər güclü şəkildə özünü göstərə bilmir.

Hazırda Bəşər Əsəd hökuməti süqut etməsə də, son 10 gün ərzində yenidən 12 il əvvəlki vəziyyətə, vətəndaş müharibəsinin ilk dövrünə qayıdıb. Üstəlik döyüş cəbhəsində və beynəlxalq siyasi şərait onun əleyhinə işləyir. Hazıda Əsədi qətiyyətlə dəstəkləyən yeganə güc Hizbullahdır.
Bəşər Əsəd bu vəziyyətdə nə qədər davam gətirəcək? Bunu indi demək çətindir. Əgər hökumət Humsda güclü müqavimət səddi yaradıb hücumu dayandıra bilsə, o zaman Dəməşqin özünə gəlmək üçün imkanı olacaq. Əks təqdirdə müxaliflər yaxın günlərdə Dəməşqin qapısına çatacaqlar.

Lakin unutmaq olmaz ki, Suriyada gözlənilmədən bu şəkildə hücum əməliyyatı təşkil edən güclərin əsas hədəfləri Bəşər Əsədi devirmək qədər Rusiya və İranı Suriyadan çıxarmaqdır. Bu baş verərsə Yaxın Şərqin gələcəyi yeni formada şəkillənəcək. Bu mənada düşünmək olar ki, Suriyada hazırda davam edən müharibə Ukraynada gedən böyük qlobal toqquşmanın regional elementidir. Və bitdiyini düşünmək tezdir.

Kənan Rövşənoğlu,
Xüsusi olaraq Globalinfo.az üçün

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:138
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 07 Dekabr 2024 17:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri