İran XİN: Avropa Tehrana qarşı sanksiyalar məsələsində mövqeyini müəyyənləşdirməlidir
Apa.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
İranın Xarici İşlər Nazirliyi Avropa ölkələrini Tehrana qarşı sanksiyaların yumşaldılması və ləğvi məsələsində öz mövqelərini aydınlaşdırmağa çağırıb.
APA xəbər verir ki, bu barədə nazirlik "X" hesabında paylaşım edib.
“Avropa ölkələri qərar verməlidirlər: onlar sanksiyaların ləğvi prosesində konstruktiv rol oynamaq və əvvəlki mövqelərini bərpa etmək istəyirlər, yoxsa bu prosesdə destruktiv qüvvə kimi çıxış edəcəklər? Avropa vaxtilə Birgə Hərtərəfli Fəaliyyət Planının formalaşmasında mühüm rol oynamışdı və bu sahədə faydalı təcrübə qazanmışdı. İran İslam Respublikası bu müddət ərzində danışıqların gedişi ilə bağlı Avropa tərəfini vicdanla məlumatlandırıb”, – deyə bəyanatda qeyd olunur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:108
Bu xəbər 22 Aprel 2025 07:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















