Uitkoff və Kuşner Cenevrədə Umerovla görüşəcək
Apa.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff və iş adamı Cared Kuşner 26 fevralda Cenevrədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerovla görüşəcək.
APA xəbər verir ki, bu barədə Ukraynanın "Novosti.Live" portalı məlumat verib.
"Ceredlə birlikdə bu cümə axşamı Cenevrəyə gəlirəm. Çərşənbə axşamı yola düşürük. Cenevrədə olmağımızın əsas məqsədi iranlılarla görüşməkdir. Çünki biz bu vəziyyəti diplomatik yolla da həll etməyə çalışırıq. Amma mən Rustemlə sözün əsl mənasında hər gün danışmışam və ondan Zelenskidən Cenevrədə görüşmək üçün icazə almasını xahiş etmişəm", - Uitkoff deyib.
Uitkoff Umerovla görüşün məqsədinin söhbəti davam etdirmək və sülh razılaşmasına nail ola bilmək üçün müxtəlif variantları araşdırmaq olduğunu bildirib.
Uitkoff Ukrayna münaqişəsinin həlli ilə bağlı danışıqların növbəti mərhələsinin yaxın 10 gün ərzində baş tutacağına ümid etdiyini bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:113
Bu xəbər 25 Fevral 2026 03:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















