İran XİN: Ədalət və qarşılıqlı hörmət əsasında ABŞ la danışıqlara hazırıq
Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
İranın xarici işlər naziri Abbas Əraqçi deyib ki, ABŞ administrasiyası “ədalət və qarşılıqlı hörmət əsasında” dialoqa hazır olduqda Tehran nüvə danışıqlarını bərpa etməyə hazırdır.
Məlumatı “Anadolu” verib.
İranın Azad və Ticarət Zonalarının İnvestisiya Potensialları üzrə Milli Konfransda çıxış edən Əraqçi vurğulayıb ki, Avropa ölkələri ilə danışıqlar davam edir və vasitəçilər vasitəsilə ABŞ ilə mesajlar mübadiləsi aparılır.
“Amerikalılar ədalət və qarşılıqlı hörmət əsasında danışıqlara hazır olduqları qənaətinə gələn gün biz də başlamağa hazır olacağıq”, - nazir deyib.
Xarici işlər naziri əlavə edib ki, ABŞ və İsrailin hücumlarından sonra İran Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) ilə əməkdaşlığı dayandırıb, lakin indi tərəflər yeni qarşılıqlı fəaliyyət modeli hazırlamağa çalışırlar. Əraqçinin sözlərinə görə, bir gün əvvəl Vyanada aparılan danışıqlar müsbət olub.
P.ƏMİRCANOV
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:106
Bu xəbər 08 Sentyabr 2025 10:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















