İran XİN: “Qalibaf və Vens imzalanma günündə iştirak edəcəklər”
Icma.az, Sitat.info portalına istinadən məlumat yayır.
Bu gün İran xarici işlər nazirinin müavini Məcid Təxt-Rəvançi jurnalistlərə açıqlamasında İran və ABŞ arasında müzakirə olunan anlaşma memorandumu ilə bağlı yeni detallar təqdim edib.
Sitat.info xəbər verir ki, onun sözlərinə görə, memorandumun əsas məqsədi bütün cəbhələrdə hərbi əməliyyatların dayandırılmasıdır. Təxt-Rəvançi bildirib ki, sənəddə Livan da daxil olmaqla bütün cəbhələrdə müharibənin sona çatdırılması nəzərdə tutulur və mümkün pozuntulara nəzarət üçün xüsusi mexanizm yaradılıb.
O qeyd edib ki, sənəddə İranın dondurulmuş maliyyə vəsaitlərinin taleyi, blokadanın aradan qaldırılması, Hörmüz boğazında gəmiçiliyin bərpası və müharibədən sonrakı yenidənqurma məsələləri də yer alır.
Təxt-Rəvançinin sözlərinə görə, imzalanma mərasiminin İsveçrədə keçirilməsi planlaşdırılır, lakin dəqiq məkan və mərasimin formatı hələ müəyyən edilməyib. Elektron imza variantının da müzakirə olunduğu bildirilir.
Nigar,
Sitat.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:148
Bu xəbər 16 İyun 2026 15:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















