İran XİN rəhbəri təyyarəsinin havaya qalxması üçün İsraildən icazə alıb KİV
Icma.az, Lent az portalına istinadən məlumat verir.
İranın xarici işlər naziri Abbas Əraqçi ölkəni tərk etməsini İsrail hərbi strukturları ilə razılaşdırmağa məcbur olub.
Lent.az-ın məlumatına görə, bu barədə İran Beynəlxalq agentliyi Almaniyanın ZDF telekanalına istinadən xəbər verir.
Mənbələrin bildirdiyinə görə, nazir Cenevrəyə gedirmiş. Əraqçi orada iyunun 20-də regional təhlükəsizlik məsələlərini müzakirə etmək üçün Avropa ölkələrinin xarici işlər nazirliklərinin rəhbərləri ilə görüş keçirib.
Qeyd olunur ki, hazırda İranın hava məkanının çox hissəsi münaqişə çərçivəsində İsrail ordusunun nəzarətində olduğu üçün Əraqçinin uçuşu İsrail tərəfinə əvvəlcədən xəbər verilmədən həyata keçirilə bilməzdi.
Mənbələr vurğulayırlar ki, təhlükəsizlik baxımından marşrutun qarşısını almaq və ya hava hücumundan müdafiə sistemində səhv etməmək üçün İsrail Hərbi Hava Qüvvələri ilə razılaşdırılıb. Belə ki, XİN rəhbərinin ölkədən getməsi yalnız İsrail hərbçilərinin icazəsi ilə mümkün olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:51
Bu xəbər 21 İyun 2025 19:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















