Icma.az
close
up
RU
İran XİN Zəngəzur açıqlamasını təkzib etdi Nə baş verir?

İran XİN Zəngəzur açıqlamasını təkzib etdi Nə baş verir?

Icma.az, Axar.az portalına istinadən məlumatı açıqlayır.

Ötən gün İran XİN sözçüsü İsmayıl Bəqainin Zəngəzur dəhlizi haqda açıqlamasının Azərbaycan mediasında dərhal tirajlanması Ermənistanda xüsusi panika ilə müşayiət olundu.

Axar.az xəbər verir ki, məlumat yayılandan dərhal sonra İsmayıl Bəqai təkzib yaydı və ümumiyyətlə Zəngəzur barədə danışmadığını bildirdi.

Bəs, anlaşılmazlıq haradan qaynaqlanırdı?

İranın rəsmi xəbər agentlikləri Türkiyə ilə sərhəddə yığılıb qalan İrana məxsus 1000 yük maşını barədə məlumat yaymışdı. Belə ki, İranla Türkiyə arasında yük maşınları ilə bağlı problem yaranıb: İran Türkiyə yük maşınlarına yanacaq satılmasını qadağan edib. İranda yanacaq Türkiyəyə nisbətən ucuz olduğu üçün Türkiyə TIR-ları yanacağı İrandan almağa üstünlük verirlər – həm girişdə, həm də çıxışda.

Türkiyə isə İranın bu qadağasına cavab olaraq İran yük maşınlarına Türkiyəyə girişdə çənlərindəki yanacağın hər litrinə görə 28 lirə vergi tətbiq edib. Üstəlik, İran TIR-ları ehtiyacdan artıq yanacaq da götürürlər və Türkiyədə satırlar. Türkiyə İran TIR-larının satdığı yanacağa da əlavə vergi təyin edib.

Bəqai məhz bu məqama toxunaraq, İran nümayəndə heyətinin yaxın günlərdə məsələnin həlli üçün Türkiyəyə yollanacağını açıqlamışdı.

Bəqainin açıqlamasında ən çox diqqəti çəkən isə “Bu, siyasi deyil, texniki məsələdir” sözləri olmuşdu.

Zəngəzur dəhlizi necə ortaya atıldı?

Bəqainin eyni sözləri iki fərqli informasiya kimi yayıldı: birində yalnız Türkiyə-İran sərhədindən danışılır, digərində isə “sərhəd” ifadəsi “Zəngəzur dəhlizi” sözləri ilə əvəz edilir.

İlk baxışdaca ziddiyyət göz qabağındaydı:

- Bəqai Zəngəzur dəhlizi haqda “siyasi deyil, texniki məsələdir” sözlərini işlədə bilməzdi;

- Zəngəzurla bağlı “texniki məsələni” həll etmək üçün İran nümayəndə heyəti niyə müzakirə üçün Türkiyəyə getməlidir? Hətta bu məsələdə Türkiyə israrlı olsa belə, bu niyə “nəqliyyatçıların həll edəcəyi məsələ” (Bəqainin sözləridir) kimi təqdim edilir?

- Bəqai ayrı-ayrı mövzular haqda necə tam eyni sözlərlə - yalnız “sərhəd” sözünün yerinə “Zəngəzur dəhlizi”ni işlətməklə - danışa bilər?

Bunlar təsdiqləyirdi ki, Bəqai Türkiyə-İran sərhədindən danışır, Zəngəzur dəhlizindən deyil!

Eyni zamanda, İranın əsas xəbər agentlikləri də, Türkiyə mediası da Bəqainin sərhəd açıqlamasını yaymışdı, Zəngəzuru deyil.

İnformasiya manipulyasiyasını kim edib?

Bütün deyilənlərə baxmayraq, informasiya manipulyasiyasını Azərbaycan mediası deyil, İran mediası edib. Bəqainin Zəngəzur dəhlizi ilə bağlı açıqlamasını yayan “Etimad”dır. “Etimad” İranın rəsmi qəzeti və ya xəbər agentliyi olmasa da, kifayət qədər geniş tiraja malik, oxunan saytıdır. Azərbaycanın bəzi xəbər agentlikləri də informasiyanın mənbəyi kimi “Etimad” və “Xəbəronlayn”dan istifadə edib.

O ayrı məsələ ki, Bəqainin Zəngəzur dəhlizi haqda bu cür ifadələr işlətməsinin mümkün olub-olmadığı şübhəsi ilə bir neçə və daha güvəncli mənbə, o cümlədən İran XİN-in rəsmi səhifəsi ilə müqayisələr aparıla bilərdi.

Hər bir halda Azərbaycanın bəzi media qurumları burada manipulyasiyaya məruz qalandır, manipulyasiya edən isə İranın öz mediasıdır və maraqlıdır ki, Bəqainin təkzibindən sonra belə manipulyatorlar – bu kontektdə “Etimad” – xəbəri səhifəsindən qaldırmayıb (skrin-şotlar təqdim edilir).

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:176
embedMənbə:https://axar.az
archiveBu xəbər 07 Yanvar 2025 13:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see328

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see309

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see299

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see296

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see289

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see279

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see259

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see256

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see249

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see248

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see245

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see241

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see235

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see235

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see233

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see225

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see213

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see207

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see195

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

19 Noyabr 2026 15:22see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri