Icma.az
close
up
RU
İran “yeddilər”i ikiüzlülükdə ittiham etdi

İran “yeddilər”i ikiüzlülükdə ittiham etdi

Icma.az bildirir, Xalq qazeti portalına istinadən.

Rəsmi Tehran “G7”nin tələblərini siyasi təzyiq sayır

“Böyük yeddilik” (“G7”) ölkələrinin xarici işlər nazirləri İranı ABŞ ilə birbaşa danışıqlara başlamağa çağırıb. Kanadanın Ontario şəhərində keçirilən ikigünlük görüşün sonunda qəbul olunmuş bəyanatda vurğulanır ki, Tehran MAGATE ilə əməkdaşlığı tam bərpa etməli, beynəlxalq nəzarət mexanizmlərinin, o cümlədən nüvə obyektlərində yoxlamaların əvvəlki kimi davam etdirilməsinə şərait yaratmalıdır. Sənəddə xüsusi olaraq qeyd olunur: “Biz İranı ABŞ-la, eləcə də “Avropa üçlüyü” (Böyük Britaniya, Fransa və Almaniyanın) dəstəyi ilə aparılacaq birbaşa danışıqlara qatılmağa çağırırıq”.

Qeyd edək ki, bu ilin avqust və sentyabr aylarında İranla “üçlük” arasında bir sıra görüşlər keçirilib. Danışıqlarda əsas diqqət İranın nüvə proqramına yönəlib. Görüşlər zamanı “üçlük” Tehrana 3 əsas təklif irəli sürüb. Bu təkliflərdən birincisi, nüvə fəaliyyətinin tam dayandırılması, ikincisi, 400 kiloqramdan artıq zənginləşdirilmiş uranın saxlanıldığı yer barədə məlumatın açıqlanması, üçüncüsü nüvə proqramı üzrə ABŞ-la birbaşa danışıqlara başlanılmasıdır. Bildirilib ki, bu təkliflərin məqsədi həm regionda gərginliyin azaldılması, həm də İranın nüvə fəaliyyəti ilə bağlı şəffaflığın təmin edilməsidir.

Bu çağırışa İranın cavabı çox gecikməyib. İran Xarici İşlər Nazirliyi “Yeddilər qrupu”na daxil olan ölkələrin Tehrandan MAGATE ilə əməkdaşlıq tələbini sərt tənqid edib. Nazirliyin açıqlamasında deyilir ki, bu tələblər ABŞ və İsrailin bölgədə böhranın eskalasiyasındakı açıq rolunu görməzlikdən gəlməklə riyakarlığın nümunəsidir. İran tərəfi xüsusilə, Avropa ölkələrinin BMT Təhlükəsizlik Şurası vasitəsilə anti-İran sanksiyalarını bərpa etmək cəhdlərini və nüvə sazişi JCPOA-nın (İran Nüvə Proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planı) mübahisələrin həlli mexanizmlərindən sui-istifadəsini qınayıb. Nazirlikdən bildirilib ki, Qərbin çağırışları birtərəfli yanaşmadan doğur və böhranın əsas səbəblərini görməzdən gəlir. Bu səbəblər isə ABŞ-ın 2018-ci ildə JCPOA-dan çıxması və İsrailin İran ərazisinə yönəltdiyi hücumlarıdır.

Yada salaq ki, İsrailin iyunun 13-də başlatdığı hücumlar, ardınca ABŞ-ın Fordo, Natanz və İsfahan kimi strateji nüvə mərkəzlərinə endirdiyi zərbələr İranın nüvə infrastrukturuna böyük zərər vurub. ABŞ Prezidenti Donald Tramp bu obyektlərin məhv edilməsini İranın nüvə proqramının “tam ləğvi” kimi qiymətləndirsə də, İran rəsmiləri vəziyyətin belə olmadığını bildirirlər. Xarici işlər naziri Abbas Əraqçinin sözlərinə görə, İranın zənginləşdirilmiş uranının böyük qismi zərbələr nəticəsində dağılmış obyektlərin altında qalıb və hansı hissəsinin yararlı olduğu barədə dəqiq məlumat yoxdur. Əraqçi uranın zənginləşdirilməsi texnologiyasının “məhv edilmədiyini” vurğulayıb: “Müharibədən əvvəl biz onlara (zənginləşdirilmiş urana) toxunmadıq. Onların əksəriyyəti yer altındadır, daha doğrusu, demək olar ki, hamısı yerin altındadır və lazımi şərait yaradılana qədər orada qalacaqlar”. O, buna baxmayaraq, uranın zənginləşdirilməsi proqramının yenidən qurulması üçün iradənin tam olduğunu vurğulayıb.

MAGATE rəhbəri Rafael Qrossinin açıqlamaları da mövcud vəziyyətin mürəkkəbliyini təsdiqləyib. O bildirib ki, MAGATE iyun ayından sonra İranda bir neçə yoxlama həyata keçirib, lakin ən mühüm nüvə obyektləri olan Fordo, Natanz və İsfahana giriş icazəsi verilməyib. Agentlikdən bildirilib ki, 60 faiz səviyyəsində zənginləşdirilmiş 400 kiloqram uranın yeri onlara məlum deyil. Bu fakt beynəlxalq ictimaiyyətdə ciddi narahatlıq yaradır. Tehran isə bunu bölgədəki təhlükəsizlik riskləri və obyektlərin hücuma məruz qalması ilə izah edib.

Belə bir şəraitdə “G7” ölkələrinin İranı MAGATE ilə əməkdaşlığı bərpa etməyə çağırması Tehranda birmənalı qarşılanmayıb. İranın mövqeyinə görə, ölkəyə qarşı sanksiyaların bərpa olunmasına yönəlmiş addımlar Qərbin öz öhdəliklərini pozduğunu göstərir və bu şərtlər altında “G7”nin Tehrana qarşı tələbləri siyasi təzyiqdən başqa bir şey deyil.

Digər tərəfdən, ABŞ-ın həyata keçirdiyi sanksiya paketi Vaşinqtonun Tehrana qarşı “maksimum təzyiq” siyasətini davam etdirdiyini göstərir. ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsinin (OFAC) İran, BƏƏ, Çin, Honkonq, Hindistan, Almaniya və Ukraynadan olan, İranda ballistik raketlər və pilotsuz uçuş aparatlarının (PUA) istehsalı üçün komponentlərin alınmasında iştirak edən 32 fiziki və hüquqi şəxsə qarşı sanksiyalar tətbiq etməsi Vaşinqtonun İranın hərbi potensialını məhdudlaşdırmaq və ölkənin maliyyə kanallarını zəiflətmək niyyətindən xəbər verir. Ağ Ev İranı qlobal maliyyə sistemindən təcrid etməyə çalışdığını gizlətmir və bu fəaliyyətini BMT Təhlükəsizlik Şurasının 2025-ci ildə yenidən sanksiyaları bərpa etmək istiqamətində mümkün qərarlarının öncədən hazırlanmış mexanizmi kimi qiymətləndirir.

Bütün bu təzyiqlərə baxmayaraq, ABŞ-ın İranla üçüncü ölkələr vasitəsilə danışıqlara dair ziddiyyətli siqnallar göndərməsi Vaşinqtonun məqsədlərinin hələ də tam aydın olmadığını göstərir. İranın xarici işlər nazirinin müavini Səid Xətibzadə bildirib ki, Tehran dinc nüvə proqramının tərəfdarı olsa da, milli təhlükəsizlik məsələlərində geri addım atmayacaq. Bu, Tehranın danışıqlar masasına yalnız real və qarşılıqlı təminatlara əsaslanan təkliflər qarşılığında qayıda biləcəyini göstərir.

Bütün bu proseslərin fonunda JCPOA-nın gələcəyi qeyri-müəyyən görünür. Sazişin əsas dayaqları olan qarşılıqlı etimad, hüquqi mexanizmlər və MAGATE nəzarəti son illər ərzində xeyli zədələnib. İranın MAGATE ilə əməkdaşlığı məhdudlaşdırması, Qərbin İrana qarşı sərtləşən mövqeyi və regionda davam edən hərbi gərginlik diplomatik həll imkanlarını zəiflədib. İran və Qərb arasında qarşılıqlı ittihamların artması göstərir ki, tərəflər arasında yaranmış etimad çatları qısa müddətdə aradan qaldırıla bilməz.

Beləliklə, bu gün Yaxın Şərq yeni nüvə qeyri-müəyyənliyi dövrünə qədəm qoyur. MAGATE-nin əsas obyektlərə giriş əldə etməməsi, zərbələrdən sonra zənginləşdirilmiş uranın taleyi ilə bağlı ortaya çıxan suallar və İranın yenidən qurmaq istədiyi nüvə potensialı regionda təhlükəsizlik balansını daha da kövrəkləşdirir. Mövcud mənzərə göstərir ki, tərəflər diplomatik iradə nümayiş etdirmədikcə, böhran siyasi bəyanatlardan kənara çıxaraq daha ciddi nəticələr doğura bilər.

İran ilə Qərb arasında qarşıdurmanın növbəti mərhələsinin hansı istiqamətdə inkişaf edəcəyi Vaşinqton və Tehranın yaxın aylarda atacağı addımlardan asılı olacaq. Vaşinqtonun nüvə proqramı üzrə danışıqları bərpa etmək çağırışına cavab olaraq İranın xarici işlər naziri əvvəlcə bildirmişdi ki, Tehran danışıqlar üçün ABŞ-dan gələcək “məntiqi, ölçülmüş və ədalətli təklif”i nəzərdən keçirə bilər, lakin uranın zənginləşdirilməsindən imtina etmək niyyətində deyil. Onun sözlərinə görə, İran dinc məqsədlər üçün nüvə razılaşmasının tərəfdarı olsa da, milli təhlükəsizlik məsələlərində güzəştə getməyəcək. Bununla belə, Tehran ölkənin nüvə silahı əldə etməyə çalışmadığı ilə bağlı mövqeyini bir daha təsdiqləyib.

Pünhan ƏFƏNDİYEV
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:215
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 15 Noyabr 2025 12:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu qurum vətəndaşa qanunsuz borc yazdı ŞİKAYƏT

24 Sentyabr 2026 09:41see320

Ceyhun Bayramov kiprli həmkarı ilə Cənubi Qafqazda sülh prosesini müzakirə etdi

24 Sentyabr 2026 02:52see267

Psixoloqlara görə, birinin sizi qısqandığını göstərən 2 kəlməlik cümlə

24 Sentyabr 2026 03:04see226

Sensasion kəşf: Qalaktikamızın ən təhlükəli yerində su tapıldı

24 Sentyabr 2026 00:23see223

Ceyhun Bayramov: TRIPP regionda yeni imkanlar yaradacaq

24 Sentyabr 2026 03:00see220

Ərdoğan: BTC və TANAP etibarlı dəhlizlərdir

24 Sentyabr 2026 03:03see218

Millimiz Kəpəz lə qarşılaşacaq

23 Sentyabr 2026 20:52see217

Bu heyətlə çempionluq Ay qədər uzaqdır “Yunayted”in əfsanəsi

24 Sentyabr 2026 00:33see217

Beş il sonra nə baş verəcək? Süni intellektlə bağlı ciddi XƏBƏRDARLIQ

24 Sentyabr 2026 03:36see213

BBC: Britaniya hərbi məqsədlərlə digər ölkələrin peyklərinin fəaliyyətinə mane olur

24 Sentyabr 2026 03:56see213

Türkiyədə autizm diaqnozu qoyuldu, müayinələr fərqli həqiqəti üzə çıxardı VİDEO

24 Sentyabr 2026 07:01see210

Gürcüstan XİN rəhbəri: Bakı və İrəvanın sülh prosesində irəliləyişləri bütövlükdə region üçün önəmlidir

24 Sentyabr 2026 21:20see200

Moldova NATO ya üzvlüklə bağlı qərarını AÇIQLADI

24 Sentyabr 2026 21:46see198

Bu sülh prosesi Cənubi Qafqaz üçün vacibdir Boçorişvili

24 Sentyabr 2026 21:21see192

Prezident İlham Əliyev bu qanunu GERİ QAYTARDI

24 Sentyabr 2026 18:12see190

Albaniyanın Qəzza ilə bağlı qərarı: Qanun layihəsi təsdiqləndi

24 Sentyabr 2026 21:46see181

Macarıstan parlamenti baş nazirin toxunulmazlığını ləğv etməyi planlaşdırır

24 Sentyabr 2026 21:38see178

Əraqçi Uitkofla görüş qərarını özbaşına verib, icazə almayıb?

24 Sentyabr 2026 21:35see177

London konsertinə hazırlıq başladı

24 Sentyabr 2026 14:36see177

Yeni yaranan planet aşkarlandı

23 Sentyabr 2026 22:47see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri