Icma.az
close
up
RU
İran yeni pul islahatına gedir

İran yeni pul islahatına gedir

Icma.az, Yeniazerbaycan saytına istinadən bildirir.

Milli valyutadakı sıfırlar silinəcək

İran parlamenti hökumətin pul islahatları ilə bağlı təqdim etdiyi qanun layihəsini dəstəkləyib. Parlamentin iqtisadiyyat komitəsi milli valyuta olan rialın yeni denominasiyası haqqında qanun layihəsini təsdiqləyib. Komitənin rəhbəri Şəmsəddin Hüseyni layihədə pul vahidinin adının rialdan tümənə dəyişdirilməsinin öz əksini tapmasını təklif edib. Lakin parlament üzvləri və iqtisadi qurumların rəhbərləri bunun “Mərkəzi Bank haqqında qanun”a zidd olduğunu əsas gətirərək valyutanın adının əvvəlki kimi saxlanmasını məqsəd?uyğun hesab edib. Buna baxmayaraq, deputatlar pul islahatının aparılmasını dəstəkləyərək denominasiya çərçivəsində rialın yeni dəyərinin müəyyənləşməsini vacib hesab etdiklərini bildiriblər.

10.000 rial 1 riala bərabər olacaq

Pul islahatı komissiyasının təklif etdiyi layihədə İran valyutasının yeni dəyər vahidinin 4 sıfır pozulmaqla nominasiyası nəzərdə tutulur. Yəni hazırkı 10.000 rial pul nişanının dəyəri 1 riala bərabər olacaq. Eyni zamanda, xırda pul nişanı olan kranın da yeni dəyər vahidliyi müəyyənləşəcək. Belə ki, yeni nominə edilmiş 1 rial 100 krana bərabər olacaq. Hər iki pul nişanı üzrə nominalların yenidən təsdiq edilməsi İranda pul dövriyyəsində olan pul kütləsinin azalmasına, inflyasiyanın hədəf çərçivəsində saxlanmasına, mili valyutanın tədavül aləti kimi xarici valyutalar qarşısında dəyərinin möhkəmləndirilməsinə xidmət edir.

Qeyd edək ki, İrandakı valyuta sektorunda son illərdə ciddi narahatlıqlar müşahidə edilməkdədir və dövriyyədə olan pul kütləsi davamlı olaraq artır. Rialın öz alıcılıq qabiliyyətini itirməsi, dollar və digər xarici valyutalar qarşısında dəyərdən düşməsi hökuməti narahat etməkdədir. Pul islahatı ilə bağlı təşəbbüslər də hələ 6 il əvvəl, 2019-cu ildə Nazirlər Kabineti tərəfindən irəli sürülüb, ancaq bu təklif müsbət rəy alsa da, pul komissiyası tərəddüt edərək denominasiyanı təxirə salmışdı. Bunun əsas səbəbi kimi ölkənin maliyyə-bank sisteminin islahatlara hazır olmaması, qlobal təsirlər və tədiyyə riskləri ilə bağlı olub.

Son 46 ildə...

Yeri gəlmişkən, İranda pul islahatları sonuncu dəfə 1979-cu il inqilabından sonra həyata keçirilib. Yeni nominallaşmadan sonra bir dollar 70 riala bərabər dəyişdirilirdi. Ancaq sonrakı illərdə milli valyutanın dəyəri getdikcə dəyərdən düşməklə rialın dollar qarşısında məzənnəsi 3 rəqəmli, son 15 ildə isə 4 rəqəmli nomin?llar üzrə konvertasiya olunurdu. Xüsusilə də ABŞ-nin  tətbiq etdiyi sanksiyalar ölkənin maliyyə sistemin? təzyiqləri artırmaqla iqtisadi vəziyyəti çətinləşdirib. Milli valyuta son 4-5 ildə daha da ucuzlaşıb,  pulun alıcılıq qabiliyyətini itirməsi sosial sahədə ciddi məyusluğu və işsizliyi artırır, orta təbəqə gündəlik tələbat mallarını almaqda çətinlik çəkir. İranın pul vahidi dünyanın ən zəif valyutalarından birinə çevrilib. Hazırda bir dollar 12-13 min riala dəyişdirilir. Ölkədə inflyasiya 40 faizi ötüb. İranın Avropa ilə ticarət əlaqələri zəifləyib, əsas ticarət partnyorları olan Çində iqtisadi durum yaxşı olsa da, Rusiya ilə sövdələşmələrdəki kəsirlər tədiyyə balansının mənfi saldosunu artırır.

Göründüyü kimi İranda xroniki inflyasiya, valyutanın alıcılıq qabiliyyətinin azalması, həmçinin gündəlik əməliyyatların həcminin artması və xarici valyutalara nisbətdə milli valyutanın imicinin pisləşməsi ilə bağlı problemlər pul islahatlarının aparılmasını qaçılmaz edir. Hökumət indiki şəraitdə pul islahatlarına getməyi məqsəd?uyğun hesab edir və denominasiyanın vaxtının çatdığını bildirir. İslahat çərçivəsində İranda denominasiya pul vahidinin möhkəmləndirilməsi və müəyyən nizama salınması məqsədi güdür.

Denominasiya hansı məqsədi güdür?

Pul komissiyası hesab edir ki, tədricən milli valyutanın ödəniş qabiliyyətinin artırılması, milli valyutanın əcnəbi valyutalara münasibətdə dəyərinin möhkəmləndirilməsi və s. nikbin gözləntilərə nail olmaq mümkündür. Bütün bu hədəflərə nail olunmasında isə İranın bölgədə yeni iqtisadi-ticari-kommunikasiya alyanslarına qoşulması, xarici tərəfdaşları ilə daha sıx inteqrasiya proseslərində fəal iştirakı zəruridir. Eyni zamanda, ölkədə dayanıqlı maliyyə sistemini möhkəmləndirmək üçün İranın ABŞ və Avropa İttifaqı ölkələri ilə normal münasibətləri bərpa etməsinə ehtiyac var. Nüvə danışıqlarının bərpa olunması bu istiqamətdə həlləedici amillərdən biri ola bilər. Denominasiyanı pul dövriyyəsini nizama salmaq və daha rahat şəkildə etmək üçün də həyata keçirmək mümkündür. Pul islahatı uzun bir müddət ərzində davam edir və bir neçə il tələb edə bilər. Bu müddətdə isə Tehranın bütün istiqamətlərdə pozitiv qərarlar vermək və yaxşı nəticələr əldə etmək fürsətləri var.

Onu da qeyd edək ki, İran hökuməti artıq beynəlxalq maliyyə sistemində baş verən rəqəmsal dəyişikliklərə də müsbət reaksiya verir. Bir müddət əvvəl Mərkəzi Bank pul tədavülündə elektron alətlərin tətbiqinə start verilməsinə rəqəmsal rialın tədavülə çıxarılmasını irəli sürüb. Bu plan ilə yeni monetar siyasətin başlanması nəzərdə tutulur. Azad ticarət zonası olan Kiş adasında pilot mərhələdə istifadəyə verilməsi planlaşdırılan rəqəmsal pul müştərilər üçün alış-veriş etməyə, pul köçürmələri aparmağa imkan verəcək. Bunun üçün istifadəçilər rəqəmsal rialın müvafiq cihazlarda ştrix-kodu skan etməklə, əməliyyatların həyata keçirilməsini nəzərdə tutur.

Hökumət alternativ yollar axtarır...

Qeyd edək ki, İran hakimiyyəti bir neçə il əvvəl “Bitcoin” rəqəmsal valyutasını da ölkə ərazisində ödəniş vasitəsi kimi qanuniləşdirmək istəyirdi, ancaq bu kriptovalyuta ilə bağlı qlobal bazarlarda artan təhdidlər və kibercinayətlər Mərkəzi Bankı fikrindən daşındırdı. Ancaq bununla yanaşı, hökumət müxtəlif vaxtlarda tətbiq olunan sanksiyalar fonunda yeni texnologiyaların tətbiqi yolu ilə dollardan və avrodan, qlobal iqtisadi sistemdən asılılığını azaltmaq üçün alternativ yollar axtarır, qlobal satışlarda blokçeynlərin istifadəsinin imkanlarını nəzərdən keçirir.

Görünən odur ki, Prezident Pezeşkian iradəli və tərəfdaşları ilə faydalı münasibətlər qurmaqda qərarlıdır, bu isə İranda denominasiyadan sonra ölkədə iqtisadi-maliyyə islahatlarının sürətlə həyata keçirilməsi fonunda monetar gözləntiləri müsbətə doğru dəyişə, inkişafda yeni mərhələ aça bilər. Denominasiya iqtisadiyyatda pulun real dəyərini dəyişir və bununla birlikdə qiymətlərin hesablanmasında, əmək haqlarında, təqaüdlərdə və s. ödənişlərdə dəyişikliklər baş verir. Bu baxımdan İranda əhalinin sosial vəziyyətinin xeyli yaxşılaşması da gözləniləndir.

ELBRUS

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:126
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 06 Avqust 2025 11:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yelo Bank dan mikro bizneslərə yay dəstəyi!

24 İyun 2026 14:50see274

“Aşkı Memnu”nun 82 yaşlı Firdevsi fit formada

24 İyun 2026 17:52see240

Tramp İranla sazişi tənqid edənlərə “maariflənməyi” tövsiyə edib

24 İyun 2026 00:19see235

Rəsmi Bakı Fransaya sərt cavab verdi

24 İyun 2026 18:34see230

“Fransadakı erməni diasporu maddi maraqlarını təmin etmək üçün Ermənistanın faciəsinə çalışır”

24 İyun 2026 19:47see229

QS sammitində Azərbaycan pavilyonu AÇILDI

24 İyun 2026 17:29see228

ADY Çində beynəlxalq nəqliyyat sərgisində Azərbaycanın tranzit və logistika imkanlarını təqdim edir FOTO

24 İyun 2026 17:47see225

Ursula fon der Lyayenə qarşı istintaq başlanıldı − Zelenski ilə gizli söhbətə görə

25 İyun 2026 00:07see224

ABŞ dan İran millisinə xoş xəbər

24 İyun 2026 01:30see214

Maksimum bal toplayan məzunlar Siyahı

25 İyun 2026 02:56see208

Prezident İlham Əliyev bir sıra fərmanlarda dəyişiklik edib

24 İyun 2026 23:38see208

Qarabağ Universitetinin tələbəsi Xankəndidə qəzaya düşdü

24 İyun 2026 02:47see204

Qətər millisi qrupda qaldı

25 İyun 2026 01:26see204

Uşaqların boyunu uzadan qidalar Mütəxəssislər açıqladı

24 İyun 2026 22:50see202

Pezeşkiandan Şərifə: Biz buna hazırıq!

24 İyun 2026 00:51see200

Uşağınız televizora belə baxırsa, diqqətli olun! Onlarda bu xəstəlik ola bilər

24 İyun 2026 22:43see190

Qara Hot doq faydalı, yoxsa iyrənc?

25 İyun 2026 00:08see181

SOCAR İtaliya ilə enerji təhlükəsizliyi və investisiya layihələri üzrə fikir mübadiləsi aparıb

24 İyun 2026 17:58see173

ŞOK! 50 azərbaycanlı gizlicə Afrikaya aparılıb? Orqan mafiyasının dəhşətli şəbəkəsi üzə çıxdı

25 İyun 2026 12:26see171

Qobustanda yol polisindən yayınan sürücü həbs edildi KONKRET

25 İyun 2026 12:27see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri