İran yük maşını Zəngəzurda bu dəfə çaya düşdü
Axar.az saytına istinadən Icma.az xəbər verir.
Aprelin 17-də, saat 17:20 radələrində Zəngəzurda, Qarakilsə-Qafan yolunun 16-cı kilometrliyində İran İslam Respublikası vətəndaşı 48 yaşlı Salah Əsədularin idarə etdiyi “Volvo” markalı yük avtomobilini qoşqu ilə birlikdə yoldan çıxararaq Vorotan çayına aşarıb.
Axar.az xəbər verir ki, bu barədə erməni mediası yazıb.
Qəza nəticəsində xəsarət alan sürücü Qarakilsə Tibb Mərkəzinə aparılıb.
Qeyd edək ki, İran yük maşınlarının sürücüləri Qafan istiqamətindən Azərbaycan ərazisi ilə keçən daha etibarlı yoldan rüsum ödəməmək üçün istifadə etmirlər, əvəzində yük avtomobilləri üçün ciddi narahatlıq yaradan və kəskin döngələr, dolaylar olan “alternativ” marşrutla gedirlər ki, bu da hər gün qəzalarla nəticələnir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:82
Bu xəbər 17 Aprel 2025 23:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















