Icma.az
close
up
RU
“İrana daha geniş hərbi əməliyyatların təşkil ediləcəyi qarşıda ciddi bir təhlükə kimi durub...”

“İrana daha geniş hərbi əməliyyatların təşkil ediləcəyi qarşıda ciddi bir təhlükə kimi durub...”

Icma.az, Moderator.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Rəsmi olmasa da, İrana ultimatum verilib ki,  əgər ABŞ və İsrailin tələbləri ilə razılaşmasa, növbəti zərbələr raket istehsal edən müəssisələr və nüvə proqramını həyata keçirən obyektlər olacaq...”

“Əslinə qalsa, ABŞ və İsrailin İranla bağlı hədəfləri çoxdan bəyan olunub. Bildiyiniz kimi, İsrail öz ətrafında yaradılmış “Müqavimət cəbhəsi” deyilən proksi qüvvələrin, hərbiləşmiş qruplaşmaların bəzilərini, demək olar ki, tamamilə məhv edib, digərlərini isə tam zəiflədib. Növbəti hədəflər isə İranın nüvə və raket istehsalı obyektləridir.  Yadınızdadırsa, bir neçə ay öncə İsrail hərbi qüvvələri İrana hücum etmişdi. Və onların əsas məqsədi bu ölkənin hava hücumundan müdafiə sistemlərini sıradan çıxarmaq idi”. Məhz həmin hücum nəticəsində artıq İranın hava hücumundan müdafiə sistemini 4 zonada darmadağın edilib”.

Bunu Moderator.az-a açıqlamasında ABŞ və İsrail tərəfindən İrana qarşı növbəti hərbi əməliyyatların keçirilməsi təhlükəsindən bəhs edən keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov söyləyib. 

“İndi isə rəsmi olmasa da, İrana ultimatum verilib ki,  əgər ABŞ və İsrailin tələbləri ilə razılaşmasa, növbəti zərbələr raket istehsal edən müəssisələr və nüvə proqramını həyata keçirən obyektlər olacaq. Bunlar bəyan olunub və doğrusu, mən inanmırdım ki, İsrail bu və ya digər mövzularda İranın razılaşmasını gözləyir. Bütün hallarda hesab edirəm ki, rəsmi Təl-Əviv hansısa mövzuları bəhanə edərək İrana qarşı öz planlarını sonadək həyata keçirəcək”, -deyə davamında politoloq bildirib. 

“Bundan əvvəlki illərdəki hücumlarda məsafənin uzaqlığı baxımından İsrail hərbi hava qüvvələri o qədər də uğurlu ola bilmirdilər.  Amma sonuncu hücumda yeni bir taktika tətbiq edilib. Belə ki, İraqın, yaxud Suriyanın səmasında qırıcı və bombardmançı təyyarələr digər hərbi nəqliyyat təyyarələrinin köməyi ilə əlavə yanacaq əldə edərək İranın istənilən nöqtəsinə çata bilirlər. Odur ki, bundan sonra İrana daha geniş hərbi əməliyyatların təşkil ediləcəyi ciddi bir təhlükə kimi qarşıda durub”, -deyə sabiq baş diplomat vurğulayıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:195
embedMənbə:https://moderator.az
archiveBu xəbər 18 Mart 2025 20:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see408

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see341

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see339

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see309

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see308

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see298

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see295

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see294

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see288

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see279

Zəngəzur dəhlizi İpək Yolunun yeni iqtisadi arteriyasına çevrilə bilər

24 Noyabr 2026 17:41see272

“PayPal” Azərbaycanda tam işləyəcək

24 Noyabr 2026 16:33see271

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see258

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see255

Yatmazdan əvvəl su içmək istəyi hansı xəstəliklərdən xəbər verir? Həkim AÇIQLADI

24 Noyabr 2026 16:27see250

Kəlbəcər bir güllə atılmadan azad edildi ŞƏRH

24 Noyabr 2026 19:11see244

Səhiyyə nazirinə yeni müşavir TƏYİN EDİLDİ

24 Noyabr 2026 20:11see243

İş görməyə həvəsin, gücün yoxdur? Bu iki hormonu yoxladın

24 Noyabr 2026 19:02see239

Sabahdan hava dəhşət soyuyacaq

24 Noyabr 2026 17:39see230

Rusiyanın avtobus nəhəngi iflas həddindədir...

24 Noyabr 2026 20:51see227
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri