UEFA "Beşiktaş" "Hapoel" matçındakı insidentlərlə bağlı araşdırmaya başladı
Qol.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
UEFA Avropa Liqasının iki oyununda baş verən azarkeş insidentlərinə münasibət bildirib və intizam araşdırmasına başlayıb.
QOL.az xəbər verir ki, qurum noyabrın 26-da keçirilən “Marsel” – “Levski” (1:0) və “Beşiktaş” – “Hapoel” (2:1) matçlarında yaşanan hadisələri qətiyyətlə pisləyib.
Marseldə keçirilən qarşılaşma zamanı meydan sahiblərinin azarkeşləri “Levski” tərəfdarlarına hücum edib. Nəticədə 10-dan çox bolqar azarkeşin xəsarət aldığı bildirilir.
Gürcüstanın Batumi şəhərində isə “Beşiktaş” – “Hapoel” matçında stadionun mühafizəçilərinin tribunadakı azarkeşlərdən birinin Fələstin bayrağını götürmək istəməsi insidentə səbəb olub. Digər türkiyəli tərəfdarların həmin şəxsə dəstək verməsindən sonra qarşıdurma yaranıb. Polis hadisəyə gözyaşardıcı qazdan istifadə etməklə müdaxilə edib.
UEFA bəyanatında futbol qarşılaşmalarında zorakılıq, aqressiya, nifrət, ayrı-seçkilik və ekstremist davranışlara yer olmadığını vurğulayıb.
Qurum hər iki hadisə ilə bağlı etika və intizam müfəttişləri təyin edib. Onlar baş verənləri araşdıracaq, mövcud sübutları və insidentlərin bütün təfərrüatlarını öyrənəcəklər.
UEFA araşdırmaların nəticələrinə uyğun olaraq intizam qaydaları çərçivəsində müvafiq qərar qəbul edəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:83
Bu xəbər 27 Noyabr 2026 18:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















