Rusiya Türkiyəyə möhtacdır Ankara Moskvanın enerji qapısına çevrilir
Sherg.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Rusiyanın Türkiyənin regional enerji mərkəzinə çevrilməsinə dəstək verməyə hazır olduğunu açıqlaması Moskva-Ankara münasibətlərində enerji əməkdaşlığının strateji əhəmiyyətini bir daha gündəmə gətirib.
Rusiya Baş nazirinin müavini Aleksandr Novakın bəyanatına görə, Türkiyə artıq enerji resurslarının tranzitində mühüm rol oynayır və Moskva bu ölkənin regional enerji ticarət mərkəzinə çevrilməsinə kömək etmək niyyətindədir. Bu istiqamətdə Rusiya Türkiyəyə qaz, neft və neft məhsullarının tədarükünü davam etdirir. Eyni zamanda, “Mavi axın” və “Türk axını” qaz kəmərlərinin fəaliyyəti iki ölkə arasında enerji əlaqələrinin əsas istiqamətlərindən biri olaraq qalır.
Türkiyənin enerji mərkəzinə çevrilməsi təkcə Rusiya-Türkiyə münasibətləri baxımından deyil, bütövlükdə regionun enerji və geosiyasi mənzərəsi kontekstində də diqqət çəkir. Belə bir mərkəzin formalaşması enerji resurslarının Avropaya və digər bazarlara çatdırılması marşrutlarına, tranzit imkanlarına, eləcə də regional ölkələr arasında iqtisadi münasibətlərə təsir göstərə bilər. Bu prosesdə Azərbaycanın da enerji ixracı və tranzit siyasəti baxımından maraqları xüsusi əhəmiyyət daşıyır.
AĞ Partiya sədrinin müavini, politoloq Əhəd Məmmədli Sherg.az-a açıqlamasında bildirib ki, indiki dünyada hər kəs tərəfdaşlar axtarır və müxtəlif ölkələrlə münasibətlər qurur:
“Xüsusilə Rusiyanın Türkiyəyə ehtiyacı var. Moskva Rusiya-Ukrayna müharibəsindən hələlik istədiyi nəticələri əldə edə bilməyib. Rusiya tərəfi həm də Qərblə, Avropa ilə qarşıdurmadadır. İndiki halda Türkiyə ilə əməkdaşlıq edir. Türkiyəyə də Rusiya lazımdır. Rusiyanın təbii sərvətləri var. Türkiyə həmin təbii sərvətlərin dünya bazarına çıxarılması üçün əlverişli məkandır. Yəni, Türkiyə bir marşrutdur. Ona görə də Rusiya Türkiyəyə marşrut kimi baxır”.
Analitik qeyd edib ki, Türkiyənin coğrafi mövqeyi və yerləşdiyi ərazi Asiya ilə Avropanı birləşdirir:
“Bu, Rusiya üçün vacibdir. Bu, Türkiyəyə sevgi deyil. Türkiyədə də Rusiyaya sevgi yoxdur. Son illərdə Türkiyə-Rusiya münasibətləri maraqların uyğunluğu əsasında formalaşıb. Bəlkə də, indiki vəziyyət empirik bir nümunədir. Düzdür, bir-birlərinin maraqlarının kəsişdiyi məqamlar da var, qarşıdurma yaşadıqları məsələlər də. Amma istər Ərdoğan, istər Putin, istərsə də digər böyük siyasətçilər hisslərlə oynamayan, hisslərlə deyil, ağılla hərəkət edən siyasətçilərdir. Onlar da bilirlər ki, bir-birlərinin toxunulmazlıq sərhədlərini pozmadan, hətta bu sərhədləri pozduqları hallarda belə, məsələləri həll edib tərəfdaşlığı və əməkdaşlığı davam etdirmək lazımdır.
Türkiyənin iqtisadi sıxıntıları, maliyyə böhranı, lirənin dəyərdən düşməsi kimi problemləri var. Türkiyənin yeni enerji resurslarına, həmçinin həmin resursların öz ərazisi üzərindən satılmasına ehtiyacı var. Rusiyanın da Ukrayna ilə bağlı siyasi problemləri, sanksiyalar və digər çətinlikləri mövcuddur. Rusiya məhsullarını satmaq üçün bazar axtarır, enerjisini, neftini və qazını sanksiyaların tətbiq olunmadığı ölkələrə ixrac etməyə ehtiyac duyur. Bu baxımdan, Türkiyə uyğun tərəfdaşdır. Buna görə də əməkdaşlıq edirlər. Bu əməkdaşlıq nə qədər davam edəcək? İnşallah, yaşayıb görərik”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:48
Bu xəbər 27 Noyabr 2026 18:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















