Icma.az
close
up
RU
İrana görə trilyonluq TƏKLİF Cəlalzadə planı açıqladı

İrana görə trilyonluq TƏKLİF Cəlalzadə planı açıqladı

GlobalInfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

ABŞ və İsrailin hücumlarına İranın sərt cavabları münaqişənin maliyyə və siyasi xərclərini günbəgün artırır. Ərəb mətbuatının məlumatına görə, ABŞ Prezidenti Donald Tramp Fars körfəzi ölkələrindən İranda rejim tamamilə məhv edilənə qədər müharibənin davam etdirilməsi üçün konkret məbləğ tələb edib. Alternativ variant kimi isə münaqişənin dayandırılması üçün 2,5 trilyon dolların ödənilməsinin təklif edildiyi bildirilir.

Oman hakimiyyətinə yaxınlığı ilə tanınan jurnalist Salem Əl-Cahurinin sözlərinə görə, Fars körfəzi monarxiyaları hansı variantı seçməsindən asılı olmayaraq – müharibənin davamı və ya dayandırılması – nəticədə ABŞ-a ödəniş etmək məcburiyyətində qalacaqlar.

Globalinfo.az-a danışan politoloq Əlimusa İbrahimov qeyd edib ki, cümə günü Tramp özü müharibənin məqsədinin yalnız İranda rejim dəyişikliyi ilə məhdudlaşmadığını bildirib və ABŞ-ın müttəfiqləri ilə koordinasiyalı şəkildə, uzunmüddətli münaqişəyə girmədən təhlükəsizlik hədəflərinə çatmağa çalışdığını vurğulayıb:

“Prezident həmçinin Vaşinqtonun rəhbərliyi altında İsraillə birgə həyata keçirilən hərbi təzyiqin İran infrastrukturuna ciddi ziyan vurduğunu və ABŞ-ın əməliyyatları dayandırmağa hazır olduğunu deyib. Bununla yanaşı, Amerika quru qoşunlarının İrana göndərilməsi ehtimalı ilə bağlı ziddiyyətli məlumatlar da yayılır.

Omanın son günlərdəki davranışı isə ciddi suallar doğurur. ABŞ-ın ənənəvi müttəfiqlərindən biri olan bu ölkə xarici siyasət kursunda dəyişiklik siqnalları verir. Omanın xarici işlər naziri Bədr Əl-Busaidi “The Economist” jurnalında dərc olunan məqaləsində İsraili ABŞ və İran arasında nüvə sazişinin pozulmasında ittiham edib. Onun sözlərinə görə, son doqquz ay ərzində tərəflər iki dəfə real razılaşma ərəfəsində olsalar da, bu proses İsrail tərəfindən pozulub.

Nazir bildirib ki, 28 fevralda keçirilən son danışıqlardan cəmi bir neçə saat sonra İsrail və ABŞ tərəfindən endirilən zərbələr regionda sülh perspektivlərini ciddi şəkildə zədələyib. Eyni zamanda, Əl-Busaidi ABŞ-la təhlükəsizlik əməkdaşlığına arxalanan ərəb ölkələrinin bu modelə artıq daha həssas yanaşdığını qeyd edib və faktiki olaraq Fars körfəzi monarxiyalarını öz ərazilərində yerləşən Amerika hərbi bazalarına yenidən baxmağa çağırıb.

Onun fikrincə, əgər Səudiyyə Ərəbistanı və ya Qətərdə ABŞ hərbi bazaları olmasaydı, İran tərəfindən bu ərazilərə zərbə ehtimalı da yaranmazdı. Əl-Busaidi həmçinin vurğulayıb ki, İsrailin İran rejimini devirmək istiqamətindəki məqsədləri ABŞ və Amerika xalqının maraqları ilə tam üst-üstə düşmür. Bu məqsədlərə çatmaq isə ABŞ-ın quru qoşunlarının cəlb olunacağı uzunmüddətli hərbi kampaniyanı zəruri edə və yeni “sonsuz müharibə” mərhələsinin başlanmasına səbəb ola bilər.


Əlimusa İbrahimov

Politoloq əlavə edib ki, diplomatik bəyanatlarla paralel olaraq Tehran və Maskat arasında praktiki əməkdaşlıq da güclənir:

“İran xarici işlər nazirinin müavini Vahid Cəlalzadə müharibə başa çatdıqdan sonra İran və Omanın birgə şəkildə Hörmüz boğazından tankerlərin və gəmilərin keçidi üçün yeni hüquqi rejim formalaşdırmağı planlaşdırdığını bildirib.

Bununla yanaşı, Tehranda İranın yeni ali lideri kimi təqdim olunan Müctəba Xameneiyə aid edilən yazılı müraciət də yayılıb. Həmin müraciətdə Oman və Türkiyəyə endirilən zərbələrin İran qüvvələri tərəfindən deyil, ABŞ və İsrail tərəfindən həyata keçirildiyi iddia olunur və bu, “sionist düşmənin hiyləsi” kimi qiymətləndirilir.

Bütün bu faktlar Omanın İran istiqamətində yenidən yönəlmə ehtimalını gücləndirir. Əgər əvvəllər Maskat münaqişənin ilk günlərində zərbələrin dayandırılmasına çağırırdısa, indi o, təkcə ABŞ və İsraili tənqid etmir, eyni zamanda regionda alternativ təhlükəsizlik sisteminin formalaşdırılması istiqamətində konkret addımlar atır.

Omanlı jurnalistin 5 trilyon dollarla bağlı səsləndirdiyi iddialar da məhz bu daha geniş geosiyasi oyunun tərkib hissəsi kimi qiymətləndirilməlidir. Yaxın günlərdə bu istiqamətdə yeni bəyanatların və informasiyaların ortaya çıxacağı istisna deyil”.

Turan Rzayev
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:209
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 23 Mart 2026 14:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see428

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see421

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see299

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see278

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see267

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see261

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see259

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see255

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see253

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see238

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see225

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see219

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see215

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see215

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see212

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see211

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see210

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see206

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see206

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri