Icma.az
close
up
RU
İrana hücum ABŞ və İsrailin pərdəarxası razılaşmasının nəticəsi idi Konfliktoloq

İrana hücum ABŞ və İsrailin pərdəarxası razılaşmasının nəticəsi idi Konfliktoloq

Redaktor.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"İsrail-İran toqquşması regionda gedən böyük güc və nüfuz uğrunda savaşın bir hissəsidir. Hazırda hər şey göz qabağındadır. Bu, açıq müharibədir. Hər iki tərəf bir-birini açıq şəkildə silahlarla atəşə tutur. Burada ən vacib məqamlardan biri ABŞ-nin mövqeyidir. İran regionda İsrailə hər zaman meydan oxuyur. Lakin indi nüvə silahı hazırlamaq üçün uranın zənginləşdirilməsini yekunlaşdırdıqlarını bildirirlər və son anda ABŞ ilə bu məsələ ilə bağlı danışıqlara başladılar".

Bu fikirləri Redaktor.az-a açıqlamasında Bakı Dövlət Universitetinin dosenti, geosiyasət və konfliktologiya üzrə fəlsəfə doktoru, konfliktoloq Kərəm Məmmədov hazırda davam edən İsaril-İran müharibəsini şərh edərkən bildirdi.

Onun sözlərinə görə, ABŞ ilə İran arasında danışıqların bir neçə raundu keçirildi:

"Nəticəsiz dayandırılan bu danışıqlarda, yəqin ki, İran tərəfinin də məqsədi var idi ki, müəyyən şərtləri irəli sürərək öz mövqeyini ortaya qoysun. Ancaq ABŞ və İsrail bu şərtlərin irəli sürülməsinə imkan verməyəcəkdi. Mən inanıram ki, İsrailin İrana hücumu ABŞ və İsrailin pərdəarxası razılaşmasının nəticəsi idi. İranın həmin danışıqlarda şərtləri öz maraqlarına uyğun irəli sürməsi, təbii ki, onun qarşısının alınması ilə nəticələndi.

Sonradan İran bəyan etdi ki, danışıqlara hazırdır, hətta müqavilə bağlamağa da razıdır. Lakin bir şərtlə ki, dinc məqsədlərlə nüvə silahı əldə etmək hüququnu özündə saxlasınlar. Bu həm Amerika ilə danışıqları davam etdirmək məqsədilə İranın atdığı addım idi, həm də regionda qeyri-qanuni silahlanmış birləşmələrin – İran tərəfindən silahlandırılan qrupların – zərərsizləşdirilməsi məsələsində bir mövqe idi. Bu isə həmin qruplara zərbə anlamına gəlirdi".

Konfiliktoloq bu müharibənin tezliklə dayandırılacağına ehtimal vermir.

"Tərəflər artıq çox dərinə gediblər və hər iki tərəf kifayət qədər ziyan görüb. İsrailin rəsmi bəyanatlarından da görünür ki, onlar bu məsələni yarımçıq dayandırmaq niyyətində deyillər. Bu səbəbdən burada daha dərin məqsədlər var və bir neçə ssenari həyata keçirilə bilər. Onlardan biri də İranın daxildən parçalanması məsələsidir. İsrailin Baş naziri Benyamin Netanyahunun "bu rejimdən xilas olun" deməsi təsadüfi deyil. Bu, perspektivdə qarşıda duran böyük planlara işarədir.

İranın qarşısında təkcə İsrail dayanmır. İsrailin arxasında ABŞ kimi böyük bir güc var. İranın bu qüvvələrə sonadək tab gətirməsi demək olar ki, mümkün deyil. Əgər müharibə qısa müddətdə dayandırılacaqsa, bu yalnız İranın İsrailin bütün şərtləri ilə qeyri-şərtsiz razılaşması fonunda mümkün olacaq. Yox, əgər İran müqavimət göstərməkdə və əks zərbələr endirməkdə davam etsə, bu zaman İranın hərbi potensialının kifayət etmədiyi ortaya çıxacaq. İran daha çox hədə-qorxu gəlmək və sərt ritorika ilə çıxış etməklə məşğuldur. Dəfələrlə "İsraili yer üzündən siləcəyik" deyilsə də, kimin kimi silməyə gücünün çatdığı artıq aydındır.

Bu səbəbdən İsrailin yaxın vaxtlarda müharibəni dayandıracağı inandırıcı deyil. Onlar sona qədər gedəcəklər və bu yolun sonu İran üçün ən ağır şərtlərlə nəticələnəcək. Məncə, Amerika da bu prosesdə geri çəkilməyəcək, sadəcə müəyyən həddə qədər irəliləyəcək. Münaqişənin gələcək mərhələlərini proqnozlaşdırmaq bir qədər çətindir. Əgər proses Amerikanın bütün məqsədlərini tam qarşılamasa, onda onlar da sonadək getmək qərarı verə bilərlər. Bu halda isə ən böyük zərbə İrana dəyəcək.

Burada əhalinin reaksiyası da çox önəmlidir. Əgər xalq ayağa qalxsa, o zaman çoxlu mətləblər üzə çıxacaq. Hazırkı vəziyyətə nəzər saldıqda isə hadisələr Amerikanın və İsrailin istədiyi istiqamətdə davam edir. Ölkə daxilində hakimiyyətin nüfuzdan düşməsi prosesi baş verir, xalqın baş qaldırması ehtimalı getdikcə artır. Əgər bu proseslər yaxın günlərdə başlayarsa, İranın taleyi böyük ölçüdə dəyişəcək.

Bu məqamda bizi ən çox maraqlandıran məsələ isə Cənubi Azərbaycandakı soydaşlarımızdır. Onlar bizim üçün əsas məsələdir. Bu məsələ də istisna deyil ki, yaxın vaxtlarda ciddi şəkildə gündəmə gəlsin. Yəni hal-hazırda baş verənlərə əsasən dəqiq nəticə çıxarmaq və qəti proqnoz vermək çətindir", - deyə Kərəm Məmmədov vurğuladı.

Xədicə BAXIŞLI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:59
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 21 İyun 2025 14:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see164

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see164

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see162

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see161

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see153

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see151

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see148

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see141

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see140

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see138

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see134

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see133

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see132

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see131

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see130

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see129

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see127

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see127

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see126

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri