Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

İrana hücum artıq an məsələsidir Deputatdan AÇIQLAMA

İrana hücum artıq an məsələsidir Deputatdan AÇIQLAMA

Redaktor.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Venesuela Prezidentinin ABŞ tərəfindən girov götürülərək ABŞ-yə aparılması beynəlxalq münasibətlər sistemində və beynəlxalq hüquq təfəkküründə yeni bir səhifənin başlanğıcı kimi qiymətləndirilə bilər. Bu hadisə bir daha təsdiq edir ki, ABŞ xüsusilə Qərb yarımkürəsində, Amerika qitəsində Monro doktrinasının yeni formasını, yeni təzahürünü reallaşdırmaqda qərarlıdır. ABŞ Amerika qitəsində öz maraqlarına qarşı ola biləcək istənilən təhdidi və təhlükəni beynəlxalq hüquqa və beynəlxalq münasibətlərə istinad etmədən, yerindəcə həll etmək və milli maraqlarını qorumaq yolunu seçib".

Bu fikirləri Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Tural Gəncəliyev bildirdi.

"ABŞ Prezident Administrasiyasının və Trampın öz sözlərinə görə, Venesuelada həyata keçirilən əməliyyat digər ölkələr, xüsusilə Kolumbiya və Kuba üçün də xəbərdarlıq kimi dəyərləndirilməlidir. Mən hesab edirəm ki, Venesuelaya qarşı ABŞ hökumətinin və Trampın atdığı bu addımın əsas səbəblərindən biri də Venesuelanın böyük neft ehtiyatlarına malik olmasıdır. Dünyanın təxminən 20 faiz neft yataqları məhz Venesuelada yerləşir. Təsdiqlənmiş hesablamalara görə, ölkədə 303 milyard barel neft ehtiyatı mövcuddur ki, bu da Venesuelanı dünyanın ən böyük neft resursuna malik ölkəsi edir. Digər mühüm məqam ondan ibarətdir ki, Venesuela bu qədər böyük enerji resurslarına malik bir ölkə olaraq ABŞ-yə qarşı sərt ritorika ilə çıxış edirdi. Bu isə ABŞ-nin iqtisadi siyasətinə, xüsusilə dollar-neft sisteminə ciddi zərbə hesab olunurdu. 2018-ci ildən başlayaraq Venesuela hökuməti, həm Nikolas Maduro, həm də ondan əvvəlki Prezident Uqo Çaves dəfələrlə bəyan etmişdilər ki, neftin artıq dollarla deyil, Çinlə ticarətdə yuanla, Rusiya ilə isə rubl və digər valyutalarla alqı-satqısı mümkündür. Təbii ki, bu yanaşma ABŞ-nin dünya iqtisadi hegemonluğuna qarşı ciddi təhdid kimi qiymətləndirilirdi", - deyə o, qeyd etdi.

Millət vəkili əlavə etdi ki, böyük neft ehtiyatlarına malik bir ölkənin ABŞ-yə qarşı sərt ritorika ilə çıxış etməsi ABŞ üçün “qırmızı xətt” sayılırdı və dollar hegemonluğuna qarşı açıq çağırış kimi qəbul edilirdi:

"ABŞ də Venesuelanın bu mövqeyinə artıq sakit qala bilmədi və hərəkətə keçdi. Bununla belə, mən hesab etmirəm ki, Kolumbiya Prezidenti Qustavo Petronun ritorikası və ya Kubada səsləndirilən fikirlər ABŞ üçün eyni səviyyədə təhlükə yaratsın. Çünki bu ölkələr Venesuela kimi böyük enerji resurslarına malik deyil. Bu səbəbdən onların ritorikası sadəcə ritorika olaraq qalır. Venesuela isə tamamilə fərqli bir hal və fərqli bir vəziyyətdir. ABŞ təbii ki, həm Kolumbiyada, həm də Kubada ABŞ-yə uyğun və ona qarşı olmayan hakimiyyətlərin olmasını istərdi. Ancaq mən hesab etmirəm ki, Venesuela ssenarisi bu ölkələr üçün də təkrarlansın. Daha çox ehtimal olunan variant iqtisadi sanksiyalar, iqtisadi təzyiqlər və müxtəlif iqtisadi tədbirlərin həyata keçirilməsidir. Dövlət başçılarının zorla götürülməsi və başqa ölkəyə aparılması kimi bir ssenarinin Kuba və Kolumbiya üçün mümkün olduğunu düşünmürəm. Burada digər mühüm məqam isə ondan ibarətdir ki, Venesuelanın neft resurslarının nəzarət altına alınmasından sonra ABŞ üçün Yaxın Şərqdə, xüsusilə İrana qarşı ikinci dalğa hücumları üçün geniş imkanlar yaranır. Mən hesab edirəm ki, İrana hücum artıq an məsələsidir. ABŞ və onun müttəfiqləri uzun müddət belə bir ehtimaldan ehtiyat edirdilər ki, İrana hücum olarsa, İran Hörmüz boğazını bağlaya bilər. Hörmüz boğazı isə dünya enerji daşımalarında və qlobal iqtisadiyyatda strateji əhəmiyyətə malikdir.

Ancaq artıq dünyanın ən böyük neft ehtiyatlarına malik ölkənin nəzarət altına alınması ABŞ üçün bu riski xeyli azaldır. Hətta İran mümkün müharibə şəraitində Hörmüz boğazını bağlasa belə, dünya iqtisadiyyatında yaranacaq böhran ABŞ üçün əvvəlki qədər ciddi təsirə malik olmayacaq. Çünki dünyanın əsas enerji resursları ABŞ-nin nəzarətində olacaq".

Müsahibimizin fikrincə, Venesuelada baş verən hadisələrə Yaxın Şərqdəki proseslərlə paralel şəkildə yanaşmaq lazımdır:

"Xatırlamaq lazımdır ki, Yeni ildən öncə Tramp İsrailin Baş naziri ilə ABŞ-də görüş keçirmiş və İranla bağlı sərt xəbərdarlıqlar səsləndirilmişdi. Venesueladakı hadisələrdən sonra Yaxın Şərqdə eskalasiyanın, daha alovlu münaqişələrin baş vermə ehtimalı yüksəlir və çox böyük ehtimalla İrana qarşı ikinci dalğa hücumun baş verməsi şansı da artır".

Xədicə BAXIŞLI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:238
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 05 Yanvar 2026 19:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see642

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see315

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see300

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see288

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see285

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see272

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see265

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

05 Noyabr 2026 09:05see264

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see259

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see256

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see246

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

05 Noyabr 2026 11:12see242

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see222

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see213

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see212

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see212

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see206

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

05 Noyabr 2026 13:56see201

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see198

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri