İrana hücum tarixi açıqlandı, şirkətlərə xəbərdarlıq edildi Hər şey ona bağlıdır
GlobalInfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.
“The War Zone” nəşri ABŞ-ın İrana hücum planının hazır olduğunu və Prezident Donald Trampa təqdim edildiyini yazıb. İddialara görə, İsrail Müdafiə Nazirliyi ABŞ-ın İrana 31 yanvar – 1 fevral tarixlərində hücum edə biləcəyini düşünür.
Lakin hücum planının hər an təxirə salına biləcəyi və hər şeyin bir nəfərin qərarından asılı olduğu qeyd edilir. Həmçinin İsrailin xarici aviaşirkətləri sözügedən tarixlərdə regionun hava məkanında vəziyyətin gərginləşəcəyi barədə məlumatlandırdığı da bildirilir.
Bu iddia nə dərəcədə reallığa uyğun görünür? Belə bir hücum nə ilə nəticələnər?
Globalinfo.az-a danışan sabiq diplomat, Azərbaycanın Tehrandakı keçmiş səfiri Nəsib Nəsibli deyib ki, İrana hücum məsələsi Donald Trampın verəcəyi yekun qərardan asılıdır:
“Lakin biz ABŞ prezidentinin sözləri ilə hərəkətləri arasında kəskin fərq olduğunu görürük. Bu şəxs çox vaxt ciddi hazırlıq olmadan, düşünmədən bəyanatlar verir. Ertəsi gün isə tamamilə əks məzmunlu açıqlamalarla çıxış edir. Məhz buna görə də qeyri-müəyyənlik yaranır.
Nəsib Nəsibli
ABŞ hazırda İran ətrafında həqiqətən də ciddi hərbi aktivlik yaradıb. Xüsusilə donanmasının Fars körfəzini blokadaya almaq istəyi ciddi siqnaldır. Mümkündür ki, Tramp Tehranı danışıqlara qaytarmaq üçün belə bir addım atır. Lakin indidən konkret nəsə demək çətindir. Hər halda, Vaşinqton üçün bu proses hazırda mühüm əhəmiyyət daşıyır. İran–ABŞ gərginliyi region üçün müsbət heç nə vəd etmir”.
Turan Rzayev
Globalinfo.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:55
Bu xəbər 29 Yanvar 2026 17:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















