Icma.az
close
up
RU
16 yaşadək smartfon qadağan edilsin! Dövlətə çağırış

16 yaşadək smartfon qadağan edilsin! Dövlətə çağırış

Icma.az bildirir, Sherg.az saytına əsaslanaraq.

Sosial şəbəkələr uşaqlarda aqressiya və psixoloji pozuntular yaradır 

Pediatr qeyd edib ki, uşaqlar sosial şəbəkə və ekrandakı oyunlardan təsirlənir, gördüklərini təkrar edirlər və bu, bəzən aqressiv davranışlara səbəb olur

Sosial şəbəkələrdə çox zaman keçirmək uşaqların sağlamlığına, mənəvi-psixoloji vəziyyətinə və təhsil həyatına da ciddi zərbə vurur. 

Uzunmüddətli ekran istifadəsi görmə zəifliyi, göz yorğunluğu, onurğa və boyun ağrılarına səbəb olur. Üstəlik, vaxtını virtual dünyada keçirən uşaqlarda hərəkətsizlik səbəbilə artıq çəki və erkən piylənmə riski artır.

Sosial şəbəkələrdə həddindən artıq vaxt keçirməyin təhsilə təsiri artıq açıq şəkildə hiss olunur. Davamlı bildirişlər və qısa, sürətli videolar uşaqlarda diqqəti uzun müddət cəmləmək bacarığını zəiflədir. Bu isə dərs oxumaqda çətinlik, məlumatı dərin qavrama qabiliyyətinin azalması, ev tapşırıqlarına marağın itməsi ilə nəticələnir. Sosial şəbəkələrin azyaşlılar üzərində mənfi təsirləri səbəbindən dünyanın əksər ölkələrində qanunvericilik səviyyəsində zəruri addımlar atılıb.

2024-cü ilin noyabrında dünyada ilk dəfə olaraq Avstraliyada 16 yaşdan kiçik uşaqların sosial şəbəkələrdən istifadə etməsini qadağan edən qanun qəbul edilib. 

Fransa parlamenti isə bir neçə gün öncə 15 yaşdan kiçik şəxslərin sosial şəbəkə istifadəsini qadağan edən qanunu təsdiqləyib. Qanunun qəbulunda məqsəd uşaqların psixoloji sağlamlığını və təhlükəsizliyini artırmaqdır. 

Türkiyədə də 15 yaşadək olan şəxslərin sosial şəbəkələrə və oyun platformalarına girişinin qadağan ediləcək. 

Bundan əlavə, Böyük Britaniya və Misir kimi ölkələrdə də uşaqlar üçün onlayn məzmunun təhlükələrinə qarşı yeni qaydaların hazırlanması istiqamətində müzakirələr gedir.

Sosial şəbəkələrin uşaqlar üçün əlverişli olmadığına dair fikirlər Azərbaycanda da səsləndirilir. Lakin hələlik ölkəmizdə uşaqların sosial media istifadəsi hələ qanunla tənzimlənmir.

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsi "Uşaq hüquqları haqqında” yeni qanun layihəsi çərçivəsində uşaqların sosial şəbəkələrə sərbəst çıxışına qadağa qoyulması ilə bağlı dinləmənin keçirilməsini təklif edib. 

Komitənin sədri, deputat Hicran Hüseynova iclasda bildirib ki, Azərbaycanda uşaqların sosial şəbəkəyə rahat çıxışı narahatlıq doğurur. Onun sözlərinə görə, bir çox ölkələrdə uşaqların sosial şəbəkələrdən istifadəsi məhdudlaşdırılıb, bəzən hətta hansı filmləri izləyə biləcəkləri də tənzimlənir. Azərbaycanda isə bu sahədə hələ hüquqi tənzimləmə yoxdur. H. Hüseynova əlavə edib ki, məsələnin daha dərindən araşdırılması üçün dinləmə keçirilə və aidiyyəti qurumlar müzakirəyə dəvət oluna bilər. Məqsəd uşaqların onlayn mühitdə təhlükəsizliyini təmin etmək və onların sağlam inkişafını dəstəkləməkdir. 

 Pediatr Vaqif Qarayev “Sherg.az”a açıqlamasında Azərbaycanda uşaqlara sosial şəbəkə qadağalarının tətbiq olunmasının zəruri olduğunu bildirib. 

Pediatr qeyd edib ki, uşaqlar sosial şəbəkə və ekrandakı oyunlardan təsirlənir, gördüklərini təkrar edirlər və bu, bəzən aqressiv davranışlara səbəb olur. V. Qarayev həmçinin vurğulayıb ki, uşaqlar oyuna baxarkən valideynlərin çağırışlarını eşitmir və diqqətlərini yalnız ekrana yönəldirlər: “Nəticədə, sağlam uşaqlara bəzən autistik spektr diaqnozu qoyulur. Ən önəmlisi valideynlərin diqqətli olması, alternativ əyləncə və öyrədici fəaliyyətlər təqdim etməsidir. Uşağın inkişafı və psixoloji sağlamlığı üçün bu cür məhdudiyyətlər faydalı ola bilər. Bu vəziyyət çıxılmaz deyil, çünki uşağın əyləncəsi üçün alternativlər mövcuddur və valideyn istəsə, onları asanlıqla təmin edə bilər”.

Sağlam Cəmiyyət Hərəkatının sədri, sosioloq Elçin Bayramlı da “Sherg.az”a bütün dünyada sosial şəbəkələrin uşaqlar üçün təhlükəli məkana çevrildiyini bildirib. Bu sahədə ölkəmizdə ciddi boşluqlar olduğunu xatırladan sosioloq qeyd edib ki, 8-10 yaşından etibarən uşaqların əlinə smartfon verilir: “Sosial şəbəkələrdə yaş senzurası olmasına rəğmən nəzarətsiz qalan uşaqlar valideynlərinin hesablarından sosial şəbəkəyə daxil olur. Sosial şəbəkəyə girən azyaşlının psixologiyası korlanır, yaşına uyğun olmayan davranışlar sərgiləyir. Çox yaxşı haldır ki, bir sıra ölkələrdə məktəblərdə telefondan istifadəyə icazə verilmir. Bizdə də bəzi məktəblərdə telefon qadağası tətbiq olunub, amma yenə də uşaqlar yolunu tapıb məktəbə telefon keçirirlər. Valideynlər uşaqlarına nəzarət etmir, əksinə onların psixologiyasını korlayan vasitələrdən istifadə edirlər. Uşaqları nəzarətsiz qorxunc virtual dünyaya buraxırlar. Sonra da deyirlər ki, niyə belə faciə baş verdi? 10 ildən çoxdur israrla tələb edirəm ki, 16 yaşdan aşağı uşaqların smartfon istifadəsi tamamilə qadağan edilsin. Uşaqlar kompüterdən bilik əldə etmək məqsədilə istifadə edə bilər məktəbdə müəllimin, evdə valideynin nəzarəti ilə. Çünki internetdə heç bir məhdudiyyət yoxdur, açıq şəkildə psixotron terror yuvasıdır. Uşaqlar da bu mənfi təsirlərə tez məruz qalırlar. Burada artıq dövlətin qadağasına ehtiyac var. Dövlət sərt qadağalar qoymalı, ciddi cəzalar tətbiq etməli, cərimələr olmalıdır. Bəli, əlaqə saxlamaq üçün uşaq sadə telefondan istifadə edə bilər. Lakin görünür ki, vəziyyətin dəyişməsində heç kim maraqlı deyil. Sağlam cəmiyyətin qurulmasına nail olmaq istəyiriksə, problemlərə ciddi yanaşmalıyıq”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:201
embedMənbə:https://sherg.az
archiveBu xəbər 29 Yanvar 2026 18:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see310

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see304

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see300

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see285

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see284

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see277

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see268

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see266

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see265

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see251

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see237

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see227

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see226

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see223

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see221

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see219

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see212

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see211

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see187

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri