İrana hücum zamanı ilk hədəflər müəyyən olunub
Reyting.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
ABŞ İrana hücuma daha məhdud miqyasda başlayıb, Tehran administrasiyası nüvə proqramı ilə bağlı razılığa gələnə qədər intensivliyini tədricən artıracaq. Eyni zamanda hədəfləri açıq şəkildə sadalayacaq.
Reyting.az “Wall Street Journal” (WSJ) qəzetinə istinadla bildirir ki, ABŞ administrasiyası Tehranı nüvə proqramı ilə bağlı razılığa gəlməyə məcbur etmək üçün hücum variantlarını qiymətləndirməkdə davam edir.
Qəzetə danışan mənbələr bildiriblər ki, icazə veriləcəyi halda bir neçə gün ərzində həyata keçiriləcək ilk hücumda bir neçə hərbi nöqtə və ya dövlət obyektləri hədəfə çevriləcək.
Adları açıqlanmayan mənbələrin sözlərinə görə, əgər Tehran bu ilk hücumdan sonra Vaşinqtonun tələblərinə əməl etməsə, əməliyyatın əhatə dairəsi tədricən genişləndiriləcək.
ABŞ rəsmiləri isə son müzakirələrin daha çox genişmiqyaslı hücum planlarına yönəldiyini, hələlik yekun qərar verilmədiyini bildiriblər.
Bu arada, İranın BMT-dəki daimi nümayəndəsi Əmir Səid İrəvani deyib ki, hərbi hücuma məruz qalacağı təqdirdə, İran BMT Nizamnaməsinin 51-ci maddəsinə əsasən özünümüdafiə hüququndan istifadə edərək qətiyyətli və mütənasib şəkildə cavab verəcək.
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp dünən İranla bağlı prosesin hara aparacağını 10 gün ərzində görə biləcəklərini deyib: “İranla mənalı bir razılaşma əldə etməliyik, əks halda pis şeylər baş verəcək”.
E. KAMAL
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:101
Bu xəbər 20 Fevral 2026 15:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















