Icma.az
close
up
RU
İrana qarşı əməliyyat ehtimalı artır?

İrana qarşı əməliyyat ehtimalı artır?

Icma.az bildirir, Bizimyol portalına istinadən.

ABŞ-ın Yaxın Şərqə əlavə hərbi qüvvə və texnika yerləşdirməsi Vaşinqtonun İrana qarşı mümkün əməliyyatların miqyasını genişləndirməyə hazırlaşdığı ilə bağlı ehtimalları gücləndirib. İddialara görə, nəzərdən keçirilən ssenarilər arasında İranın enerji infrastrukturuna zərbələr və Hörmüz boğazı ətrafında hərbi aktivliyin artırılması da var. Bu addımlar regionda onsuz da gərgin olan təhlükəsizlik mühitini daha da mürəkkəbləşdirə bilər.ABŞ-ın hərbi hazırlığını artırması İrana qarşı genişmiqyaslı əməliyyat ehtimalını nə dərəcədə yüksəldir və bunun Yaxın Şərqdə, xüsusilə enerji bazarları və regional təhlükəsizlik baxımından mümkün nəticələri nələr ola bilər?

Politoloq Tural İsmayılov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, ABŞ-ın Yaxın Şərqə əlavə hərbi qüvvə və texnika cəmləşdirməsi ilk növbədə hərbi çəkindirmə və operativ hazırlığın artırılması kimi qiymətləndirilə bilər.

“Belə addımlar Vaşinqtonun yalnız müdafiə xarakterli mövqe nümayiş etdirməsi deyil, həm də zərurət yaranacağı təqdirdə daha genişmiqyaslı əməliyyatlar keçirmək imkanlarını artırması kimi də şərh olunur. Bununla belə, təkcə hərbi qüvvələrin yerləşdirilməsi genişmiqyaslı müharibənin qaçılmaz olduğu anlamına gəlmir. ABŞ xarici siyasətində hərbi təzyiq çox zaman diplomatik danışıqlarda üstün mövqe qazanmaq məqsədi daşıyan vasitə kimi də istifadə olunur”, – deyə politoloq bildirib.

O vurğulayıb ki, İranın enerji infrastrukturu və ya strateji hərbi obyektlərinə qarşı mümkün əməliyyatların miqyasının genişlənməsi regionda qarşılıqlı eskalasiya riskini əhəmiyyətli dərəcədə artırar. Belə ssenaridə İranın özünün və ya regiondakı müttəfiq silahlı qrupların cavab addımları ehtimalı yüksələr. Bu isə münaqişənin yalnız iki ölkə arasında deyil, daha geniş regional təhlükəsizlik böhranına çevrilməsi riskini artıran amillərdən biridir.

Politoloqun fikrincə, enerji bazarları baxımından da risklər kifayət qədər ciddi görünür. Hörmüz boğazı dünya neft və mayeləşdirilmiş təbii qaz tədarükünün mühüm hissəsinin keçdiyi strateji marşrutdur. Burada hərbi aktivliyin artması və ya nəqliyyatın məhdudlaşdırılması beynəlxalq bazarlarda enerji qiymətlərinin kəskin dəyişməsinə, logistika xərclərinin yüksəlməsinə və qlobal inflyasiya təzyiqlərinin güclənməsinə səbəb ola bilər. Xüsusilə enerji idxalından asılı ölkələr üçün belə bir ssenari iqtisadi riskləri artıracaq.

“Regional təhlükəsizlik baxımından mümkün hərbi əməliyyatların genişlənməsi Yaxın Şərqdə onsuz da kövrək olan qüvvələr balansını yenidən formalaşdıra bilər. Son illərdə bir sıra ərəb ölkələri ilə İran arasında münasibətlərin normallaşdırılması istiqamətində atılan addımlar yeni təhlükəsizlik böhranı fonunda zəifləyə bilər. Eyni zamanda, region dövlətləri təhlükəsizlik prioritetlərini yenidən nəzərdən keçirməyə və hərbi hazırlığı artırmağa məcbur qala bilərlər”, – deyə o əlavə edib.

Politoloqun fikrincə, Türkiyə belə bir ssenaridə balanslaşdırılmış siyasət yürütməyə çalışacaq əsas aktorlardan biri kimi görünür. Ankara bir tərəfdən NATO müttəfiqi kimi Qərblə koordinasiyanı qorumağa çalışacaq, digər tərəfdən isə regionda genişmiqyaslı müharibənin qarşısının alınmasını prioritet hesab edəcək. Türkiyə üçün əsas məqsədlər sərhəd təhlükəsizliyinin təmin olunması, enerji marşrutlarının sabitliyinin qorunması və yeni miqrasiya dalğalarının qarşısının alınması olacaq.

“Rusiya isə ABŞ-ın regiondakı hərbi fəallığının artmasını öz geosiyasi maraqları baxımından diqqətlə izləyəcək. Moskva diplomatik müstəvidə Vaşinqtonun addımlarını tənqid etməklə yanaşı, İranla siyasi və təhlükəsizlik sahəsində əməkdaşlığını gücləndirməyə çalışa bilər. Bununla belə, Rusiya da münaqişənin nəzarətdən çıxaraq daha geniş regional müharibəyə çevrilməsində maraqlı deyil. Çünki belə vəziyyət həm Suriyadakı balansı dəyişə, həm də Rusiyanın digər geosiyasi prioritetlərinə əlavə yük yarada bilər”, – deyə o bildirib.

Çinə gəldikdə isə, politoloq bildirib ki, Çin üçün əsas prioritet enerji təhlükəsizliyi və beynəlxalq ticarət marşrutlarının sabit qalmasıdır. Pekin İranın əsas enerji tərəfdaşlarından biri olmaqla yanaşı, Yaxın Şərqdə sabitliyin "Bir Kəmər, Bir Yol" təşəbbüsü baxımından strateji əhəmiyyət daşıdığını nəzərə alır. Buna görə də Çin böyük ehtimalla hərbi eskalasiyadan daha çox diplomatik vasitəçilik və gərginliyin azaldılması çağırışlarını ön plana çıxaracaq.

“ABŞ-ın hərbi hazırlığının artırılması mümkün əməliyyat ehtimalını müəyyən qədər yüksəltsə də, bunun mütləq genişmiqyaslı müharibə ilə nəticələnəcəyini söyləmək üçün kifayət qədər əsas yoxdur. Hazırkı mərhələdə hərbi hazırlıq, diplomatik təzyiq və qarşılıqlı çəkindirmə elementləri paralel şəkildə davam edir. Lakin tərəflərdən hər hansı yanlış hesablanmış addım və ya nəzarətdən çıxan insident Yaxın Şərqdə geosiyasi vəziyyəti qısa müddətdə daha mürəkkəb və proqnozlaşdırılması çətin mərhələyə keçirə bilər. Bu səbəbdən qarşıdakı dövrdə hərbi hazırlıqla yanaşı, diplomatik kanalların açıq saxlanılması regional sabitliyin qorunması baxımından həlledici əhəmiyyət daşıyacaq”, – deyə o bildirib.

İradə Cəlil, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:103
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 23 İyul 2026 18:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see292

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see275

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see267

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see259

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see258

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see254

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see249

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see249

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see239

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see231

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see225

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see223

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see217

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see212

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see209

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see208

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see206

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see191

Qışda sağlam qalmaq üçün bunlara diqqət EDİN

30 Oktyabr 2026 10:18see191

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri