Icma.az
close
up
RU
“Türkiyənin YPG/PYD terror qruplaşmalarına qarşı əməliyyat keçirmə ehtimalı artır”

“Türkiyənin YPG/PYD terror qruplaşmalarına qarşı əməliyyat keçirmə ehtimalı artır”

Icma.az, Xalqcebhesi portalına istinadən məlumat yayır.

Tural Gəncəliyev: “Bu, təkcə Türkiyənin deyil, bütün Yaxın Şərqin problemidir”

“Suriya ordusunun hazırlanması Türkiyə tərəfindən həyata keçirilir. Təbii ki, Türkiyənin Yaxın Şərqdə və xüsusilə də Suriyada maraqları kontekstində məsələyə yanaşsaq, Suriya ordusunun gücləndirilməsi, xüsusilə də ərazi bütövlüyünün qorunması, sərhədlərinin təhlükəsizliyinin möhkəmləndirilməsi çox önəmlidir”.

Bu sözləri Xalqcəbhəsi.az-a açıqlamasında Milli Məclisin deputatı Tural Gəncəliyev deyib.

Deputat qeyd edib ki, İsrail tərəfindən Suriyaya təcavüz edilib: “Suriyanın cənub hissələri, Əs-Süveyda bölgəsi separatçı druzların iştirakı ilə demək olar ki, bir növ mərkəzə tabe olmayıb və daha çox separatçıların əlindədir. Digər tərəfdən Suriyanın şimal-şərqində YPG, PYD terroru qruplarının mövcudluğunu nəzərə alsaq, bu da Türkiyənin, ilk növbədə isə Suriyanın özü üçün ciddi təhlükə yaradır. Ona görə də, Türkiyənin YPG/PYD terror qruplaşmalarına qarşı əməliyyat keçirmə ehtimalı artır. Çünki, bu terrorçu qrupların silahları yerə qoyması, təslim olması ilə bağlı məlumatlar yayılsa da, hələ də ortada konkret fakt yoxdur. Ona görə də, həm Əs-Süveyda bölgəsinin cənub hissəsində, həm şimal-şərq hissəsində terrorçuluğa və separatçılığa son qoyulmalıdır. Bu, təkcə Türkiyənin deyil, bütün Yaxın Şərqin problemidir. Ümumiyyətlə, artıq Suriyanın ərazi bütövlüyünə qarşı qəsdlərə son qoyulmalıdır. Təəssüflər olsun ki, fürsət düşdükcə həm Suriyanın müvafiq qonşuları, həm də terrorçular fürsətdən yararlanmağa çalışırlar”.

Deputatın sözlərinə görə, terror qrupları müvafiq razılaşmaya baxmayaraq, yenə də Suriyanın mərkəzi hökümətinin hakimiyyətini qəbul etmirlər: “Bütün bunlar təbii ki, Türkiyənin Suriyada hərbi əməliyyatlara başlanmasını zəruri edir. Çünki, bu problemlər həll edilməsə, Suriyanın ərazi bütövlüyü problemi davam edəcək, separatçı meyillər artacaq”.

Günel Elxan

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:46
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 10 Sentyabr 2025 23:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu həftə saatlar qış vaxtına qurulacaq

24 Oktyabr 2025 16:17see326

Türkiyə Universitetləri — Dünyada Tanınan Müasir Təhsil 2025

24 Oktyabr 2025 16:02see266

İsveç hökuməti 1990 cı illərdən bəri ən böyük vergi islahatını planlaşdırır

25 Oktyabr 2025 03:10see239

Ermənilər nə etdi, nə edə bilmədi?.. Əkbər QOŞALI YAZIR

25 Oktyabr 2025 16:23see205

Maduro ABŞ la gərginlik fonunda sülhə çağırıb

25 Oktyabr 2025 04:28see157

Dinamo Kiyev in əfsanəvi futbolçusu, üçqat SSRİ çempionu İvan Yaremçuk Polşada həbs edilib

24 Oktyabr 2025 15:49see147

Dünyanın ən yaxşı hava limanı şəlalə və damdakı hovuzla seçilib

24 Oktyabr 2025 22:42see142

HƏMAS dan Qəzza açıqlaması: Yerinə yetirmişik

24 Oktyabr 2025 19:42see137

İdman etməyin faydaları

24 Oktyabr 2025 12:06see134

Ailəsi şəhid olduğunu 12 gün sonra öyrəndi

25 Oktyabr 2025 13:02see129

“Toppuş bacı”nın qızı EFİRƏ ÇIXDI: “Dilarə xanım mənə anamı xatırladır” VİDEO

25 Oktyabr 2025 00:35see129

Gənclərdə ürək xəstəlikləri: Alimlər sağlam qalmağın yollarını araşdırıblar

25 Oktyabr 2025 07:44see127

Flavinyo küsgündü: “Neftçi” ilə danışmışdıq ki...

24 Oktyabr 2025 11:12see127

“Daim təhlükə altındayıq” Sakinlərdən ŞİKAYƏT

24 Oktyabr 2025 18:31see127

Britaniya məscidlərin təhlükəsizliyinin təmin edilməsinə milyonlarla funt sterlinq ayıracaq

25 Oktyabr 2025 05:45see126

Vüqar Bayramov: Təhsil sektorunda gender yanaşmanın nəzərə alınmasına ehtiyac var

24 Oktyabr 2025 16:31see125

Nazirliklərə məxsus avtomobillər satışa çıxarıldı QİYMƏTLƏR

24 Oktyabr 2025 19:31see124

“Zirə” “Sumqayıt”la üz üzə YENİLƏNİR

25 Oktyabr 2025 11:58see124

İsrail ordusundan Qəzzaya DƏQİQ ZƏRBƏ Həmin şəxs məhv edildi

25 Oktyabr 2025 23:39see123

Orbana ikiqat zərbə Budapeşt sammitinin ləğvi Baş nazirə nə vəd edir?

25 Oktyabr 2025 12:59see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri