Icma.az
close
up
RU
“İRANA QARŞI HƏRBİ ƏMƏLİYYATLAR LABÜDDÜR” “ABŞ İsrail qüvvələrinə qarşı ciddi müqavimət olmayacaq”

“İRANA QARŞI HƏRBİ ƏMƏLİYYATLAR LABÜDDÜR” “ABŞ İsrail qüvvələrinə qarşı ciddi müqavimət olmayacaq”

Azpolitika.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Keçmiş dövlət müşaviri, politoloq Qabil Hüseynli İran ətrafında baş verən proseslərlə bağlı “AzPolitika”nın suallarını cavablandırıb. 

Müsahibəni təqdim edirik:

- Qabil bəy, İrana qarşı hərbi əməliyyatlar hansı miqyasda gözlənilir?

- İran üzük qaşı kimi mühasirəyə alınıb. ABŞ öz hərbi potensialının böyük bir hissəsini İran ətrafında toplayıb. Tramp hərdəmxəyal siyasətçi olsa da, məsələ elə bir həddə çatıb ki, bundan sonrakı prosesləri dayandırmaq mümkün görünmür. Vasitəçilər olub, bir müddət gizli danışıqlar aparılıb, lakin bunların hamısı nəticəsiz başa çatıb. Ona görə də hərbi əməliyyatların baş verməsi labüd görünür.

- Ötən ilin iyulundan fərqli olaraq bu dəfəki hərbi kampaniya rejimin devrilməsinə gətirib çıxra bilərmi?

- İran yenə də hərbi ritorikadan istifadə edir. “Balistik raketlərin uçuş məsafəsini artırmışıq, digər silah növlərini də təkmilləşdirmişik, ordu tam hazır vəziyyətdədir” kimi açıqlamalar verilir. Mən İranın bu fikirlərinə şübhə ilə yanaşıram. Çünki belə qısa müddətdə qitələrarası raket hazırladıq deyən İran əslində iddia edir ki, bu raketlər Amerikaya qədər çata bilər. Məncə, bunu real olaraq həyata keçirmək mümkün deyil. ABŞ özü İran ətrafına çox güclü hava hücumundan müdafiə sistemləri gətirib. Bu HHM-lər İranın ballistik raketlərinin böyük əksəriyyətini hələ havada ikən zərərsizləşdirəcək və məhv edəcək.

- İranın müqaviməti necə olacaq, ABŞ hərbi bazalarının mövcud olduğu region ölkələrini, xüsusi ilə İsraili nə gözləyir?

- ABŞ hərbi bazalarının yerləşdiyi region ölkələrini ciddi problemlər gözləmir. ABŞ artıq İran ətrafında hava hücumundan müdafiə sistemlərini yerləşdirib. Eyni zamanda bəzi ABŞ bazalarında qüvvələrin yerdəyişməsi aparılıb. Bu baxımdan İranın ABŞ bazalarına ciddi zərbələr endirməsi arzusu çətin ki, reallaşsın. Eləcə də İsrailə endirilə biləcək zərbələrin İsrailə ciddi ziyan vuracağı inandırıcı görünmür. Mən inanmıram ki, İsrail 12 günlük müharibədən sonra daha ciddi şəkildə hazırlaşmasın. Bu nöqteyi-nəzərdən İranın manevr imkanları xeyli məhdud olacaq.

- İranda hakim rejimin demontajı bu ölkəni uzun müddətli xaosa, yoxsa, tədrici yeni sistemə aparacaq? Daxili qüvvələrin uzlaşması, yoxsa parçalanaraq nüfuz müharibəsinə başlayacağı daha çox ehtimal edilir?

- Bu baxımdan rejimin devrilməsi, mollaların siyasi hakimiyyətdən uzaqlaşdırılması və dinin siyasi hakimiyyətdən ayrılması prosesi qaçılmaz görünür. Dünyəvi hakimiyyət sisteminə keçid mərhələli şəkildə baş verəcək. Əlbəttə, müəyyən bir keçid dövrü olacaq. Bu dövrdə mollaların bütün strukturlardan uzaqlaşdırılması, günahkar olan, insanların asılması barədə əmr verən şəxslərin məsuliyyətə cəlb edilməsi, bir sözlə, cəmiyyətin tamamilə mollakratiya rejimindən təmizlənməsi prosesi sürətlə aparılacaq.

- Pezeşkian bundan sonra proseslərdə hansı rolu oynaya bilər? Onun keçid dövrün lideri olması mümkündürmü?

- Xalq bu prosesə dəstək verəcək. Rejimin getməsi üçün ciddi müqavimət göstəriləcəyini düşünmürəm. Ən yaxşı halda neytral mövqe tutulacaq və proseslərin necə inkişaf etdiyini izləyəcəklər. İran rejimi müqavimət göstərməyə çalışacaq. Amma bu müqavimət İsrail və ABŞ-nin bölgəyə yığdığı hərbi potensiala adekvat deyil. Üstəlik, modern silahların mövcudluğu baxımından İran rəqiblərindən xeyli geri qalır. Bu da İran üzərində üstünlüyü təmin edən əsas amillərdən biridir. Trampın dediklərinə inansaq, müharibə ildırım sürətli olacaq. Hərbi əməliyyatlar mülki əhaliyə mümkün qədər az ziyan vurmaq üzərində qurulacaq. Əsas hədəf molla rejimi və SEPAH-ın komanda heyətinin sıradan çıxarılması olacaq. Hazırda İran ordusu neytral mövqe tutur və ABŞ-İsrail ordusuna qarşı ciddi müqavimət göstərəcəyini proqnozlaşdırmıram. SEPAH-ın orduya qarşı ikrahla yanaşması da ordunun bir növ inqilabi proseslərdə ən yaxşı halda neytral qalmasına səbəb ola bilər. Yerdə qalan məsələlər isə ABŞ və İsrailin hansı formada əhalinin öz üzərinə məsuliyyət qoyacağı ilə bağlı olacaq.

- Ümumiyyətlə İranda hakim rejimin devrilməsi Güney Azərbayana hansı perspektivlər və risklər yaradır?

- Hər halda İranda mövcud hakim rejimin demontajı o qədər də asan olmayacaq. Ölkə müəyyən müddət keçid dövrü yaşayacaq. Xaos, qarşıdurmalar, əks-müqavimət cəhdləri, mollaların əhali arasında pozucu təbliğatı və dağıdıcı qüvvələrin iştirakı mümkündür. Amma əhalini yenidən molla rejiminin təsiri altında toplamaq asan olmayacaq. İnsanlar hələ də inqilabi proseslərin ruhu içindədirlər və bu zülmü aydın şəkildə dərk edirlər. Molla rejiminin təbliğatı böyük ehtimalla nəticə verməyəcək. Pezeşkiana gəldikdə isə o, İrandakı azərbaycanlı əhalinin liderlərindən biri kimi tanınır. Farslar arasında da ona rəğbət bəsləyənlər az deyil. Çünki kifayət qədər ağıllı, humanist, korrupsiyadan uzaq və ölkəni yeniləşdirməyə yönəlmiş islahatlar paketinin müəllifidir.

Pəhləvinin hakimiyyətə gətirilməsini Tramp və onun ətrafındakı çevrə istəyir. Amma Trampın bir çox addımlarında olduğu kimi, burada da nə məntiq var, nə də ictimai-siyasi proseslərin inkişaf qanunauyğunluqlarının düzgün dərk edilməsi. O başa düşmür ki, molla hakimiyyətindən sonra feodal daşıyıcısı olan bir sistemin yenidən hakimiyyətə gətirilməsi xalq tərəfindən normal qarşılanmayacaq. Xalq Amerikanın bu arzusunu süngülərlə qarşılayacaq. Şahın oğlu isə zəif iradəli və idarəçilik qabiliyyəti olmayan biridir. Hakimiyyət başında nəyisə nizamlamaq, sistemi yoluna qoymaq bacarığı yoxdur. O, siyasi proseslərin içində itib-batacaq və özünü itirəcək.

E.Rüstəmli

E.Bəyməmmədli

"AzPolitika.info"

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:34
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 02 Fevral 2026 09:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see223

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see220

Fevral ayı üçün namaz vaxtları TƏQVİM

31 Yanvar 2026 17:29see218

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see212

Bizə diktə etməyə çalışırlar İranlı nazirdən AÇIQLAMA

01 Fevral 2026 03:09see195

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see192

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see191

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see178

İqtisadiyyat Nazirliyində müdir, SOCAR da rəis müavini Həbs olunan dələduzun ŞOK VƏDLƏRİ

31 Yanvar 2026 17:28see178

Teleradio Akademiyasında “Mediada Azərbaycan dili” mövzusunda növbəti təlim keçirilib

31 Yanvar 2026 16:15see171

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see167

İran XİN rəhbəri etirazlar zamanı 30 min nəfərin ölməsi ilə bağlı iddiaları təkzib edib

31 Yanvar 2026 12:22see164

Bakı Brüssel iqtisadi gündəliyi

31 Yanvar 2026 11:20see164

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see164

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see162

Bu ölkədə siyasi məhbus qalmadı

31 Yanvar 2026 20:26see160

Qaz sayğacında olan problemə görə fantastik məbləğdə borc GƏLDİ

01 Fevral 2026 00:06see158

Banklar daha çox hansı sahibkarı seçir? Biznes kreditlərinin bölgüsü

31 Yanvar 2026 16:18see154

Starmer: Britaniya kralının qardaşı Endryu Epşteyn işinə görə ifadə verməlidir

01 Fevral 2026 02:05see146

Gündə bir xörək qaşığı damarları təmizləyir

31 Yanvar 2026 20:44see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri