Icma.az
close
up
RU
İrana qarşı quru əməliyyatı: Hücumda kimlər var?

İrana qarşı quru əməliyyatı: Hücumda kimlər var?

Cebheinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

ABŞ-nin İrana qarşı quru əməliyyatları keçirmək planı ərəb ölkələrinin də müharibəyə birbaşa qoşulması barədə xəbərlərin yayılmasına səbəb olub.

İrana qarşı hərbi əməliyyatlarda mümkün iştirakında iki ərəb dövlətinin adı çəkilir. Söhbət Birləşmiş Ərəb Əmirliklərindən və Səudiyyə Ərəbistanından gedir.

Adıçəkilən ölkələrin Tramp administrasiyası və rəsmi Tehran arasında danışıqlardan narahat olduğu, İran təhlükə yaratmayacaq qədər zəifləyənə qədər ABŞ-nin müharibəni davam etdirməsində maraqlı olduğu bildirilir.

Ona görə də BƏƏ və Səudiyyə krallığının Hörmüz boğazının açılması əməliyyatına qoşulacağı istisna edilmir. Bu, Avropa ölkələrindən hərbi dəstək ala bilməyən ABŞ prezidentini müharibəni davam etdirməyə həvəsləndirə bilər. 

“The Wall Street  Journal” qəzetinin yazdığına görə, BƏƏ Hörmüz boğazını yenidən açmaq üçün ABŞ və müttəfiqləri ilə hərbi əməliyyatlara qoşulmağa meyillidir.

Nəşr qeyd edir ki, onlar güc tətbiqini əsaslandıran BMT qətnaməsini axtarırlar. Lakin qəzetin yaydığı xəbərdən aydın olur ki, BƏƏ və digər ərəb ölkələri İranla açıq döyüşə girmək niyyətində deyil.

Belə ki, BƏƏ minaların təmizlənməsi və ya əsas ərazilərin təhlükəsizliyinin təmin edilməsi kimi əməliyyatlara kömək edə bilərlər. Əslində, həm BƏƏ, həm də Səudiyyə Ərəbistanı müharibə aparmaq üçün kifayət qədər hərbi potensiala malikdir. 

Birləşmiş Ərəb Əmirliklərinin silahlı qüvvələrinin sayı 63 min nəfər təşkil edir ki, onun 44 min nəfəri quru qoşunlarıdır. Silahlı qüvvələrin tərkibinə 7 ümumqoşun briqadası, 1 artilleriya və 1 ordu aviasiya briqadası daxildir. 

BƏƏ ordusu 385 tank, 2000 dəd zirehli döyüş maşını, 641 artilleriya qurğusu və yaylım atəşi sistemi, 300-dən artıq tank əleyhinə idarə olunan raketə malikdir.

Bundan başqa, BƏƏ-nin 165 döyüş təyyarəsi, 2 min nəfərlik şəxsi heyəti və 15 hərbi gəmidən ibarət donanması var. Əbu-Dabi İslam Respublikasının hərbi potensialına ciddi ziyan dəyənə qədər döyüşlərin davam etdirilməsi ideyasını irəli sürüb. 

Səudiyyə Ərəbistanının silahlı qüvvələrinin sayı 247 min nəfər təşkil edir. Krallıq 1085 ədəd tanka, 22 370 ədəd zirahli döyüş maşınına, 557 ədəd qoşqulu artilleriya qurğusu, 380 özüyeriyən artilleriya və 327 ədəd yaylım atəşi sisteminə malikdir.

Müharibənin ilk mərhələsində Səudiyyə Ərəbistanı İrana qarşı zərbə endirməkdən imtina etsə də, sonradan rəsmi Tehranın krallığın ərazisini atəşə tutması Ər-Riyadı mövqeyini dəyişməyə vadar edib. Lakin həm BƏƏ, həm də Səudiyyə Ərəbistanı hazırda hərbi əməliyyatları kənardan izləyir. ABŞ Hörmüz boğazını açmaq üçün İrana quru qoşunları yeridəcəyi təqdirdə, ərəb ölkələrindən dəstək istəyə bilər.

Bu halda BƏƏ və Səudiyyə Ərəbistanı konkret seçim qarşısında qalacaq. Xüsusilə BƏƏ-nin hücumda iştirak etmək ehtimalı daha çoxdur. Çünki Hörmüz boğazında İranla BƏƏ arasında 3 mübahisəli ada var. Hər iki tərəf Əbu Musa, Böyük Tumb və Kiçik Tumb adalarını özlərinin ərazisi hesab edir.

Həmin adalara sahib olan ölkə Hörmüz boğazına nəzarət etmək imkanı qazanır. Bu baxımdan, BƏƏ strateji əhəmiyyətə malik üç adanı İrandan geri almaq üçün hərbi əməliyyatlara qoşula bilər. 

ABŞ və müttəfiq qoşunların İrana daxil olacağı təqdirdə,  İraq ərazisindəki şiə milislərdən ibarət “Həşti-Şabi” qüvvələrinin İran rejimini müdafiə məqsədilə hücuma keçmək ehtimalı da istisna edilmir.

Nəticədə, müharibə İraq ərazisinə keçə bilər. Bu isə quru qoşunları ilə aparılan müharibənin miqyasının və dağıdıcı nəticələrinin daha çox olacağını deməyə əsas verir. 

Müşfiq Abdulla
“Cebheinfo.az”

Açar sözlər: İran quru əməliyyat

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:149
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 01 Aprel 2026 18:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see320

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see279

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see273

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see260

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see255

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see253

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see244

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see244

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see240

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see222

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see219

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see217

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see213

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see208

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see208

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see202

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see202

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see195

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see184

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri