Icma.az
close
up
RU
İrana qarşı sanksiyalar sərtləşdiriləcək? AÇIQLAMA

İrana qarşı sanksiyalar sərtləşdiriləcək? AÇIQLAMA

Icma.az bildirir, Metbuat saytına əsaslanaraq.

Böyük Britaniya, Almaniya və Fransa BMT-yə məktub göndəriblər ki, əgər Tehran nüvə proqramı ilə bağlı danışıqları bərpa etməsə, onlar İrana qarşı sanksiyaların geri qaytarılması prosesini başlatmağa hazırdırlar. Bəs İrana qarşı sanskiyalar geri qaytarılarsa, regionda nə dəyişəcək?

Ədalət, Hüquq, Demokratiya(ƏHD) Partiyası İdarə Heyətinin üzvü, siyasi şərhçi Əli Zülfüqaroğlu Metbuat.az-a açıqlamasında bildirib ki, nüvə proqramı ilə bağlı İrana dəfələrlə sanksiyalar tətbiq olunub.

O qeyd edib ki, müəyyən danışıqlar prosesi zamanı müxtəlif Avropa dövlətləri və Birləşmiş Ştatlar hökumətləri tərəfindən bu sanksiyaların yumşaldılması da həyata keçirilib:

“Təbii ki, istər İranın nüvə proqramı, istər Yaxın Şərqdəki proksi qüvvələri ilə bağlı bu proses müşahidə olunub. İndiyədək İranın yüzlərlə şirkətinə, eləcə də neft ixracatı və müxtəlif fiziki şəxslərlə bağlı sanksiyalar tətbiq edilib. İsrailin İranı vurmasından sonra İran bəyan etdi ki, nüvə danışıqlarını dondurur. Burada məqsəd ABŞ-yə təzyiq göstərmək idi ki, ABŞ vasitəsilə İranın vurulma ehtimalı aradan qaldırılsın və nüvə danışıqları bərpa olunsun. İran, əslində, bu qarantiyanı ABŞ-dən almaq istəyir”.

Ekspertin fikrincə, bundan sonra İran nüvə danışıqlarının bərpasında maraqlı olacaq ki, İsrailin “İran nüvə təhdidi” arqumentini neytrallaşdıra bilsin:

“Əks halda, İsrail həm Avropa ölkələri, həm də ABŞ hökuməti ilə aparılan danışıqlar prosesini pozmağa yönəlik addımlar ata, hətta müəyyən hərbi əməliyyatlara başlaya, İrana yenidən zərbələr endirməklə digər qüvvələri prosesə cəlb etməyə çalışa bilər. Bu səbəbdən düşünürəm ki, İran nüvə danışıqlarının bərpasında maraqlıdır. Sadəcə olaraq, ABŞ hökumətindən zəmanət tələb edir ki, sonradan İsrail tərəfindən vurulması və ya hər hansı hərbi toqquşma riskinin olmaması üçün konkret addımlar atılsın. Məsələnin mahiyyəti də bundan ibarətdir”.

Ə.Zülfüqaroğlu qeyd edib ki, əgər hazırkı çətin iqtisadi vəziyyət fonunda İrana qarşı yenidən sanksiyalar tətbiq olunsa və daha da sərtləşdirilsə, o zaman İran daha ciddi problemlərlə üzləşə, daxildə gərginlik yarana bilər. Bu baxımdan o, ABŞ hökuməti ilə arxa planda İsrailin neytrallaşdırılması fonunda İranın nüvə danışıqlarının bərpasında maraqlı olacağını düşünür.

Sevinc İbrahimzadə / Metbuat.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:140
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 13 Avqust 2025 15:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiyanın enerji obyektlərinə dronlarla zərbə endirildi VİDEO

13 Sentyabr 2026 09:27see381

Rusiyada yaşa görə sığorta pensiyasının maksimum məbləği 77 min rubldan çox ola bilər

13 Sentyabr 2026 02:41see372

“Sabahın Ulduzları”nda XI tura yekun vuruldu

14 Sentyabr 2026 00:18see369

Bacı qardaşsız böyüyən insanların 10 fərqli xüsusiyyəti

13 Sentyabr 2026 01:29see353

Kravçenko: Ukrayna iqtisadiyyatına dəyən ziyan 2026 cı ildə 10 milyard dollar təşkil edəcək

13 Sentyabr 2026 04:10see310

Moskva 400 km hündürlükdən belə görünür

14 Sentyabr 2026 02:54see283

Amorim Modriçlə bağlı çətin seçimi açıqladı

14 Sentyabr 2026 03:38see277

Türkiyədə 26 şagird toyuq dönərindən zəhərlənib

14 Sentyabr 2026 04:45see270

Şimali Koreya qanadlı və ballistik raketlərlə təlim keçirib

14 Sentyabr 2026 03:45see265

Bu gün SOCAR ın yaranma günüdür

13 Sentyabr 2026 12:24see252

Simeone 3:0 dan sonra etiraf etdi

14 Sentyabr 2026 04:23see245

Bundesliqa: Leypsiq darmadağına sevindi

14 Sentyabr 2026 03:24see244

“Xetafe”nin müdafiəçisi Yamala meydan oxudu

14 Sentyabr 2026 05:46see241

ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmiləri yüksək hazırlıq vəziyyətinə gətirilib

14 Sentyabr 2026 02:45see239

Fransa ABŞ dən insan haqları ilə bağlı açıqlamaya görə üzr istəyib

14 Sentyabr 2026 03:26see231

Premyer Liqa: Mançester Siti yə 1 qol bəs etdi

14 Sentyabr 2026 03:20see230

Almaniyanın Aşağı Saksoniya əyalətində keçirilən bələdiyyə seçkilərində CDU birinci olub

14 Sentyabr 2026 03:03see216

Bu beş amil ömrümüzü 11 il uzadırmış Araşdırma

14 Sentyabr 2026 03:19see212

Bədəndə çoxlu xalınız varsa, buna diqqət edin!

13 Sentyabr 2026 02:01see211

Milçək deyib keçməyin, qidaya qonsa, yeməzdən əvvəl düşünün

13 Sentyabr 2026 16:32see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri